BMX üzrə dünya çempionatının üçüncü günü maraqlı idman mübarizəsi ilə yadda qalıb
08.06.2018 [08:54]
Bakıda velosiped idmanının BMX növü üzrə dünya çempionatının üçüncü günündə - iyunun 7-də yeniyetmələr, həvəskarlar və “Masters” kateqoriyasında qaliblər müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, 13 yaşlı oğlanların mübarizəsində avstraliyalı Tomas Tuker çempion adını qazanıb. Danimarkalı Hyalt Beç Feldt ikinci, fransalı Leo Akkord üçüncü pillədə qərarlaşıblar.
On dörd yaşlı oğlanların yarışında Avstraliya velosipedçisi Cordan Kallum birinci, Belçika idmançısı Vannes Maqdeliyns ikinci, ekvadorlu Pedro Xose Benalkazar Querrero üçüncü pillənin sahibi olublar.
Argentinalı Qianni Antonio Daddona 15 yaşlı velosipedçilər arasında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İtaliyalı Tommaso Qasparoli və niderlandlı Tim Qussens ilk üçlüyü tamamlayıblar.
Çempionatda 16 yaşlılar arasında Fransa idmançısı Tatyan Lui Hin Tsan bütün rəqiblərini qabaqlayıb. Latviyalı Niks Rozukalns yarışı ikinci, Yeni Zelandiya idmançısı Tasman Vakelin üçüncü yerdə başa vurublar.
On üç yaşlı qızların mübarizəsində Yeni Zelandiya idmançısı Leila Valker fərqlənib. Niderland velosipedçisi Lissi Van Şiyndel ikinci, çexiyalı Sabina Kosarkova üçüncü yeri tutublar.
Avstraliyalı Kira Hill 14 yaşlı qızlar arasında birinci pilləyə yüksəlib. Böyük Britaniya idmançıları Emma Ceffers və Cennifer Rozenmuller ilk üçlükdə qərarlaşıblar.
Mundialda 15 yaşlı qızların yarışında britaniyalı Lauren Anyon dünya çempionu adına sahib olub. Fransa velosipedçiləri Mariana Beltrando və Kapuçina Favre müvafiq olaraq ikinci və üçüncü pillədə yer alıblar.
On altı yaşlı qızların mübarizəsində isə İsveçrə idmançısı Nadine Aeberhard birinci yeri tutaraq ölkəsinin aktivinə qızıl medal yazdırıb. Argentinalı Aqustina Kavalli ikinci yerlə kifayətlənməli olub. Belçikalı Marte Qusens isə üçüncü yerdə qərarlaşıb.
Həvəskar oğlanlar arasında 17-24 yaş kateqoriyasında Niderland idmançıları Kevin Spanninq və Rodi Van Den Heuvel ilk iki pillədə qərarlaşıblar. Böyük Britaniya təmsilçisi Ryan Stak üçüncü yeri tutub.
Kişilər arasında 25-29 yaş kateqoriyasında niderlandlı Robin Van Der Kolk çempion adını qazanıb. Latviyalı Klavs Lisovskis ikinci, braziliyalı Mathes Ferreire Povoas üçüncü yerdə qərarlaşıblar.
Mundialda 30-34 yaş kateqoriyasında kişilərin mübarizəsində Böyük Britaniya idmançısı Skott Vaterhaus bütün rəqiblərini qabaqlayıb. İspaniya velosipedçisi Xavier Manuel Morales Qonzales və latviyalı Kristaps Ozolins ilk üçlüyü tamamlayıblar.
Çempionatda 35 və daha yuxarı yaş qrupunda kişilərin yarışında yeni zelandiyalı Tim Ferqusan fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Portuqaliya idmançısı Huqo Martinz və çilili Felipe Perez müvafiq olaraq ikinci və üçüncü yerdə qərarlaşıblar.
Yarışda 17-24 yaş kateqoriyasında qızların mübarizəsində Böyük Britaniya idmançıları Şarlotte Qrin və Lauren Stik ilk iki pilləyə yüksəliblər. Fransa idmançısı Salome Ernotte üçüncü olub.
Qadınların 25 və yuxarı yaş qrupunda Niderland idmançısı Lieke Klaus birinci, Çili velosipedçisi Karlo Ortiz ikinci və niderlandlı Suela Ruitenqa üçüncü yeri tutublar.
“Masters” kateqoriyasında 30 və yuxarı yaş qrupunda ABŞ idmançısı Teylor Braun dünya çempionu olub. Venesuelalı Conatan Suarez və kolumbiyalı Xose Luis Diaz Montana ilk üçlükdə yer alıblar.
Start xəttinə çıxan Azərbaycan velosipedçiləri Orxan Məmmədov, Vüqar Nəsibov, Kənan Babayev və Yelmar Şahmarzadə mükafatçılar sırasında yer ala bilməyiblər.
Mükafatlandırma mərasimində fəxri kürsüdə yer alan idmançılara medallar təqdim olunub.
Medalları və mükafatları qaliblərə Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti, Avropa Velosipedçilər Birliyinin Rəhbər Komitəsinin üzvü Sahib Ələkbərov və Beynəlxalq Velosipedçilər İttifaqının idman direktorunun müavini, BMX şöbəsinin rəisi Peter Van Den Abel təqdim ediblər.
Mükafatlandırma mərasimindən sonra elit kateqoriyasında idmançıların məşq yürüşləri keçirilib.
Xəbər lenti
Hamısına baxElanlar
25 May 13:35
Dünya
25 May 13:30
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Gündəm
25 May 11:55
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17

