Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / "Qarabağ" Avropa Liqasında növbəti mərhələyə vəsiqə qazandı

"Qarabağ" Avropa Liqasında növbəti mərhələyə vəsiqə qazandı

24.07.2009 [12:50]

Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində dünən cavab oyunları keçirilib. Turnirdə mübarizə aparan Ağdamın “Qarabağ” klubu T.Bəhramov adına Respublika stadionunda Norveçin “Rusenborq” klubunu qəbul edib. Komandalar arasında Norveçdə keçirilən ilk oyun 0-0 hesabı ilə başa çatmışdı. Bu isə komandamızın doğma azarkeşlər qarşısında qələbə qazanaaraq mərhələ adlamaq imkanlarını artırırdı. Oyun komandamız üçün heç də pis başlamadı. “Qarabağ” klubu rəqibin ad-sanından çəkinməyərək hücum futbolu sərgiləyirdi. Buna baxmayaraq “Rusenborq” hər an təhlükəi vəziyyət yarada bilən komanda olduğu üçün Ağdam klubu ehtiyatı əldən vermədi. Oyunda ilk təhlükəli vəziyyəti futbolçularımız yaratdı. Amma Vüqar Nadirov şansdan yararlana bilmədi. Norveç klubu da bu hücuma layiqli cavab verdi. Amma qapıçımız Fərhad Vəliyev yaxşı oynayaraq qola imkan vermədi. İlk yarının sonlarına yaxın rəqib qol şansı əldə etsə də, bundan yararlana bilmədi. Əks-hücuma keçən komandamızın futbolçusuna qarşı kobudluq edildiyi üçün hakim cərimə zərbəsi təyin etdi. Topa yaxınlaşan Rəşad Sadıqov qüvvətli zərbə ilə hesabı açdı. “Rusenborq”un qapıçısı nə olduğunu anlayana qədər top artıq qapıda idi. İlk hissə “Qarabağ”ın 1-0 hesablı qələbəsi ilə başa çatdı. İkinci hissə həddindən artıq həyacanlı şəraitdə davam etdi. Rəqib artıq itirməyə heç nə olmadığı üçün var qüvvə ilə hücuma atılmışdı. Qapımızın önündə bir-birinin ardınca təhlükəli vəziyyətlər yaranırdı. Amma qapıçımız Fərhad Vəliyev başda olmaqla müdafiə xətti etibarlı oynayırdı. Qapıçı bir neçə dəfə komandamızı real qoldan xilas etdi. Matçın 82-ci dəqiqəsində isə bəxt rəqibin üzünə güldü. Vaqif Cavadovun zərbəsindən sonra top qapı tirinə dəydi. Qarşılaşma 1-0 hesabı ilə “Qarabağ”ın xeyrinə başa çatdı. Ağdam klubu tarixi zəfərə imza ataraq Avropa Liqasında növbəti mərhələyə vəsiqə qazandı.

Paylaş:
Baxılıb: 1207 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30