Ağır atletika yarışlarının dördüncü günündə Azərbaycan idmançısı bürünc medala layiq görülüb
17.05.2017 [10:22]
Mayın 16-da İslamiadanın ağır atletika yarışlarının dördüncü günündə 77, 85 və 94 kiloqram çəki dərəcələrində çıxış edən kişi idmançılar arasında qaliblər müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, yarışların dördüncü günündə Azərbaycanı Əfqan Bayramov (77 kq), Kamran İsmayılov, Ceyhun Tağızadə (85 kq), Nailxan Nəbiyev və Rövşən Fətullayev (94 kq) təmsil ediblər.
Yarışlarda 77 kiloqram çəki dərəcəsində mübarizədə 348 kiloqramı (158+190) baş üzərinə qaldıran misirli Mahmoud Mohamed qızıl medal qazanıb. Gümüş medala iraqlı Ahmad Faro Al Huseyn (320 kq, 141+179), bürünc mükafata isə türkiyəli Cəlil Erdoğdu (319 kq, 146+173) layiq görülüb. Əfqan Bayramov 297 kiloqram (132+165) nəticə ilə yarışı doqquzuncu sırada başa vurub.
İslamiadada 85 kiloqram çəki dərəcəsində mübarizənin qalibi iraqlı Safa Alcumaili olub. O, 346 kiloqramı (152+194) ram edərək qızıl medala sahib olub. Özbəkistanlı Uluqbek Alimov (339 kq, 151+188) və Səudiyyə Ərəbistanı təmsilçisi Xəlil Əl Hamqan (329 kq, 147+182) müvafiq olaraq ikinci və üçüncü yeri tutublar.
Bu çəki dərəcəsində yarışan ağır atletlərimiz Ceyhun Tağızadə 324 kiloqram (148+176 kq) nəticə ilə beşinci, Kamran İsmayılov isə 312 kiloqram (142+170 kq) göstərici ilə yeddinci yerdə qərarlaşıblar.
Gün ərzində sonuncu - 94 kiloqram çəki dərəcəsində yarışda qızıl medal uğrunda 13 atlet gücünü sınayıb. Azərbaycan idmançısı Rövşən Fətullayev 376 kiloqramlıq (165+211 kq) nəticə ilə bürünc mükafata yiyələnib. İranlı Seyedayub Mousavi Carahi 381 kiloqramı (169+212) başı üzərinə qaldıraraq hamıdan üstün olub. Gümüş medala toplam 380 kiloqram (170+210 kq) nəticə göstərən Özbəkistan idmançısı Farxodbek Sobirov layiq görülüb.
Bu çəki dərəcəsindəki digər təmsilçimiz Rövşən Nailxan Nəbiyev isə toplam 360 kiloqramlıq (162+198 kq) nəticə ilə sıralamada yeddinci olub.
Qalib idmançılara medalları Azərbaycan Ağır Atletika Federasiyasının prezidenti Cahangir Əsgərov, İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Faysal Əbdüləziz Əl-Nassar və ABŞ-ın Ağır Atletika Federasiyasının prezidenti Ursula Papandrea təqdim edib.
Xəbər lenti
Hamısına baxDünya
06 Sentyabr 19:23
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Dünya
06 Sentyabr 11:43
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41

