Azərbaycan idman sahəsində böyük nailiyyətlər əldə edir
02.09.2016 [09:59]
XXXI Yay Olimpiya Oyunlarında idmançılarımızın uğurları bu faktı təsdiqləyir
Braziliyada keçirilən XXXI Yay Olimpiya Oyunlarında idmançılarımızın uğurları Azərbaycan cəmiyyəti tərəfindən böyük sevinclə qarşılanır. Olimpiya Oyunlarının ümumi nəticələrinə əsasən idmançılarımızın əldə etdiyi nailiyyətlər təqdir edilməklə yanaşı, xüsusi olaraq vurğulanır ki, ölkəmizdə idmanın inkişafına dövlət tərəfindən göstərilən diqqət və qayğı, eləcə də idmançılarımızın yüksək nəticələr əldə etməsi üçün yaradılan şərait bayrağımızın mötəbər yarışlarda dalğalanmasını şərtləndirən mühüm komponentlərdəndir. Daha dəqiq desək, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət, həmçinin əldə edilən uğurlar Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasına yol açıb.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Dilarə Cəbrayılova bildirib ki, ölkə Prezidentinin idmana göstərdiyi diqqət və qayğısının nəticəsində Azərbaycan bu gün yeni uğurlara imza atır. Onun sözlərinə görə, Azərbaycan Olimpiya Oyunlarında iştirak etdiyi müddət ərzində medallarının sayını yüksələn xətlə artırıb. “Olimpiya Oyunları idman yarışlarının ən yüksək zirvəsidir və bu yarışlara güclü idmançılar gedə bilərlər. Yəni Olimpiya Oyunlarında iştirakın özü belə böyük uğurdur. Ümumiyyətlə, ölkəmizdə idman sahəsinə böyük diqqət var, idmançılara və onların məşqçilərinə yüksək qayğı göstərilir. Həm idmançılarımız, həm də məşqçilərimiz bu etimadı layiqincə doğrultmaq üçün mötəbər beynəlxalq yarışlarda ölkəmizin bayrağının daim yüksəlməsinə çalışırlar. Bu çalışmalar da öz məntiqi nəticəsi ilə yekunlaşır. Azərbaycanın komandası Braziliyada yüksək nəticə göstərdi”, - deyə D.Cəbrayılova vurğulayıb.
“İdmançılarımızın Olimpiya Oyunlarında qazandıqları uğurlar Azərbaycanın dünyada tanıdılmasında çox böyük əhəmiyyət kəsb edir”. Bunu isə millət vəkili Mahir Abbaszadə deyib. Bu uğurların təsadüfi olmadığını deyən millət vəkili “Cənab Prezident İlham Əliyevin bəyan etdiyi kimi, düşünülmüş siyasət, məqsədyönlü işlər idmanı Azərbaycan cəmiyyətində önəmli bir ictimai amilə çevirib. Bu gün idmançılara cəmiyyətdə çox böyük hörmət var, idmançılar cəmiyyətdə layiqli yer tutublar. İdmanla məşğul olmaq istəyənlərin sayı getdikcə artır. Bunun əsas səbəbi idmançıların uğurları və onlara göstərilən dövlət qayğısıdır” sözlərini də əlavə edib.
Mahir Abbaszadə bildirib ki, məhz Prezident İlham Əliyevin diqqəti və qayğısı sayəsində idmançılarımız bu Olimpiya Oyunlarında da Azərbaycanı layiqincə təmsil etdilər: “Uğurlarımız göz qabağındadır. 18 medal qazanmaq kiçik bir ölkə üçün böyük bir qəhrəmanlıqdır. Mən bütün Azərbaycan xalqını olimpiyaçılarımızın qazandıqları uğurlar münasibətilə təbrik edirəm! İnanıram ki, növbəti Olimpiya Oyunlarında medallarımızın sayı daha da artacaq”.
“Hər Olimpiadadan Olimpiadaya medallarımızın sayının artması, yeni idman qəhrəmanlarımızın ortaya çıxması, əlbəttə, bizi çox sevindirir. Bu, Prezident İlham Əliyev tərəfindən idmana, Olimpiya hərəkatına böyük qayğının nəticəsidir”. Bunu millət vəkili Kamaləddin Qafarov olimpiyaçılarımızın Rioda qazandıqları uğurlara münasibət bildirərkən deyib.
Millət vəkili bildirib ki, əgər 1996-cı ildə Olimpiya Oyunlarında Azərbaycan 1 medal qazanmışdısa, artıq 2016-cı ildə 18 medal qazanmışıq. Bu, Azərbaycanın uğurlu inkişafının əyani göstəricisidir: “Məlum olduğu kimi Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarında Azərbaycanın 56 idmançısının mübarizə aparırdı. Hər dəfə olduğu kimi bu Olimpiya Oyunlarında da idmançılarımız yaxşı nəticələr göstərdilər. Ümumilikdə 18 medal qazanaraq 200-dən çox ölkənin iştirak etdiyi bu mötəbər idman yarışlarında medalların sayına görə 15-ci sırada qərarlaşmaq Azərbaycan üçün əla nəticədir”.
Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatının sədri Asif İmaməliyev də Olimpiya Oyunlarında idmançılarımızın mübarizəsini maraqla izlədiyini deyib: “Uğurlarımız yüksəkdir və bu münasibətlə idmançılarımızı təbrik edirəm. Azərbaycan son Olimpiya Oyunları ilə müqayisədə medalların sayını artırdı. Biz bu dinamikanı gözləyirdik. Hesab edirəm ki, qazanılan uğur Azərbaycan dövlətinin və şəxsən Prezident İlham Əliyevin idmanın inkişafına göstərdiyi diqqətin parlaq nümunəsidir. İnanıram ki, gələcək beynəlxalq idman yarışlarında nailiyyətlərimiz daha yüksək olacaq”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

