Mingəçevirdə Olimpiya Oyunlarının gümüş mükafatçısı ilə görüş keçirilib
30.08.2016 [09:42]
Valentin Demyanenko: İdmançılar üçün yaratdığı şəraitə görə Prezident İlham Əliyevə minnətdaram
Natiq Abbasov: Növbəti Olimpiadada ən azı budəfəki nailiyyətləri təkrarlamalıyıq
Azərbaycan kanoeçisi Valentin Demyanenkonun “Rio-2016” Yay Olimpiya Oyunlarında gümüş medal qazanması münasibətilə avqustun 27-də Mingəçevir şəhərindəki “Kür” Olimpiya Təlim-Tədris Mərkəzində tədbir keçirilib. 33 yaşlı idmançı əvvəlcə Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) rəsmiləri ilə birgə Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib.
Gümüş medalçı Mingəçevirin idman ictimaiyyəti, gənc avarçəkənləri ilə görüşüb, onlarla xatirə şəkli çəkdirib. Sonra mətbuat konfransı keçirilib. KİV təmsilçiləri qarşısındakı çıxışına “İlk növbədə, idmançılar üçün yaratdığı şəraitə görə Prezident İlham Əliyevə minnətdaram” sözləri ilə başlayan Valentin Demyanenko, eyni zamanda, gənclər və idman naziri Azad Rəhimova, AMAF-ın prezidenti Elçin Zeynalova, “Kür” Olimpiya Təlim-Tədris Mərkəzinin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edib: “9 il ərzində uzun yol qət etmişik. Yekunda Olimpiadada gümüş medal qazandım. Bu uğurda mənə dəstək və kömək olan hər kəsə təşəkkürümü bildirirəm”.
Təcrübəli idmançı Olimpiya Oyunlarında qızıl deyil, gümüş medal qazanmasının səbəbini belə izah edib: “Finalda hər şey qaydasında idi. Qalib olmağım üçün 0,2 saniyə çatmadı. 7 santimetr məsafə gümüş medalla kifayətlənməyimə səbəb oldu”.
Hazırda istirahət barədə düşündüyünü bildirən Valentin Demyanenko hələlik gələcək karyerası haqqında qərar qəbul etmədiyini vurğulayıb: “Növbəti Olimpiadada iştirak edib-etməyəcəyimi indidən deyə bilmərəm. Karyeramı davam etdirib-etdirməyəcəyim hələ məlum deyil. Lakin istənilən halda, karyeramı bitirdikdən sonra məşqçi işləyəcəyəm. Çünki bütün həyatımı bu idman növünə həsr etmişəm. Məşqçilərimdən çox şey öyrənmişəm. Onların hər biri, eyni zamanda, mərhum məşqçilərim Vasili Kovbanovski və Anatoli Dudnik mənə çox kömək ediblər”.
“Azərbaycan Milli Avarçəkmə Federasiyası 2007-ci ildə yaradılıb. Həmin vaxtdan etibarən 3 idman növü - kayak, kanoe və avarçəkmə üzrə xaricdən məşqçilər ölkəmizə dəvət olunub, idmançılar hazırlanıb. Mingəçevir şəhərində Kür çayının üzərində və Bakı şəhərində bu idman növü üzrə məşqlər, yarışlar keçirilməyə başlanıb. Artıq bu gün Azərbaycanda yüzlərlə gənc avarçəkmə ilə məşğul olur”. Bunu isə Azərbaycan Milli Avarçəkmə Federasiyasının vitse-prezidenti, “Kür” Olimpiya Təlim-Tədris Mərkəzinin direktoru Natiq Abbasov deyib.
Natiq Abbasov kanoeçimiz Valentin Demyanenkonun Rioda gümüş medal qazanmasına belə münasibət bildirib: “Demyanenko 2007-ci ildən yığmamızın üzvüdür, kanoe yarışlarında Azərbaycanı təmsil edir. 4 qat dünya, 4 qat Avropa çempionudur. Bir neçə dəfə Dünya Kubokuna sahib çıxıb. Daha əvvəl ölkəmizi London Olimpiadası və “Bakı 2015” Avropa Oyunlarında da təmsil edib. Avropa Oyunlarında ikinci olmuşdu. Rioda isə karyerasının ən böyük uğuruna imza atdı. Gərgin mübarizədə Demyanenko arzuladığımız nəticəyə nail oldu”.
O, Valentin Demyanenkonun Mingəçevirdə hər kəs tərəfindən sevildiyini qeyd edib: “Valentin artıq 9 ildir ki, Mingəçevirdə yaşayır. Burada onu balacadan böyüyə hər kəs tanıyır, sevir. O, Mingəçevir şəhərinin fəxridir. Bu gün keçirilən görüşdə də sıravi vətəndaşların ona olan sevgisinə şahid oldunuz”.
“Növbəti Olimpiadada ən azı budəfəki nailiyyətləri təkrarlamalıyıq”, deyən Natiq Abbasov ölkəmizdə avarçəkmə idmanının daha da inkişaf etməsi üçün atılması vacib olan addımlar, həmçinin Azərbaycanda yetişən gənc idmançılar barədə də danışıb: “Gələcəkdə Mirnazim Cavadov və Cavid Əfəndiyevdən uğur gözləyirik. Onların idmançı karyeralarının parlaq alınacağına ümidimiz var. Hazırda gəncdirlər, potensialları var. Eləcə də bəzi legionerlərlə hazırda danışıqlar aparırıq. Amma Azərbaycanda qadın idmançı tapmaq çətindir. İdmançılar var, amma gənclərdir. Radomskaya gələcəkdə burada məşqçi kimi fəaliyyət göstərə bilər”.
Mingəçevir Gənclər və İdman İdarəsinin rəisi Kamal Cəfərli, öz növbəsində, Valentin Demyanenkonun qazandığı Olimpiya mükafatının Azərbaycanın avarçəkmə tarixində ilk olduğunu vurğulayıb: “Bu Olimpiadada Demyanenko ilə yanaşı, Azərbaycanın digər idmançıları da böyük uğurlara imza atdılar. Bu gün hamımız sevinir və qürur hissi keçiririk. Bütün Mingəçevir ictimaiyyəti adından idmançılarımızı təbrik edirəm”.
“Azərbaycan xalqına minnətdaram. Məhz sizlərin sayəsində oğlum Olimpiadada gümüş medal qazandı”. Bu sözləri isə Valentin Demyanenkonun anası Vera Demyanenko deyib. O, oğlunun uşaqlıqdan liderlik keyfiyyətlərinə sahib olduğunu bildirib: “Oğlum uşaqlıqdan lider olub. Əvvəlcə skripka ilə məşğul olub. Amma sona qədər hövsələsi çatmadı. Sonra müxtəlif idman növləri ilə məşğul oldu. 5 yaşından üzgüçülüyə başladı. Sonra kanoe ilə maraqlandı. Bu idman növünə təzə maraq göstərəndə müəllimi bildirdi ki, Valentin gələcək çempiondu. Elə də alındı. Oğlumla fəxr edirəm”.
Sonda jurnalistlər idman qurğusunda yaradılan şəraitlə tanış olub, uşaq və yeniyetmə avarçəkənlərin məşqini izləyiblər.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxDünya
01 Oktyabr 23:14
Dünya
01 Oktyabr 22:35
Dünya
01 Oktyabr 21:50
Dünya
01 Oktyabr 21:22
Dünya
01 Oktyabr 20:45
Dünya
01 Oktyabr 20:17
Dünya
01 Oktyabr 19:54
Dünya
01 Oktyabr 19:20
Sosial
01 Oktyabr 18:32
Dünya
01 Oktyabr 18:14
Dünya
01 Oktyabr 17:33
Sosial
01 Oktyabr 17:12
Hadisə
01 Oktyabr 16:24
Sosial
01 Oktyabr 15:26
Sosial
01 Oktyabr 15:19
Sosial
01 Oktyabr 14:59
YAP xəbərləri
01 Oktyabr 14:58
MEDİA
01 Oktyabr 14:35
YAP xəbərləri
01 Oktyabr 14:30
YAP xəbərləri
01 Oktyabr 14:18
İqtisadiyyat
01 Oktyabr 13:23
Gündəm
01 Oktyabr 12:55
İdman
01 Oktyabr 12:49
Hadisə
01 Oktyabr 12:46
Siyasət
01 Oktyabr 12:27
Yeni texnologiyalar
01 Oktyabr 12:13
Siyasət
01 Oktyabr 12:11
Siyasət
01 Oktyabr 11:43
Sosial
01 Oktyabr 11:16
YAP xəbərləri
01 Oktyabr 11:14
Xəbər lenti
01 Oktyabr 11:09
Gündəm
01 Oktyabr 11:04
İqtisadiyyat
01 Oktyabr 10:58
Siyasət
01 Oktyabr 10:36
Analitik
01 Oktyabr 10:24
Analitik
01 Oktyabr 09:45
Sosial
01 Oktyabr 09:19
Mədəniyyət
01 Oktyabr 08:52
Sosial
01 Oktyabr 08:36
Gündəm
01 Oktyabr 08:10
Mədəniyyət
30 Sentyabr 23:53
Hadisə
30 Sentyabr 23:41
Dünya
30 Sentyabr 23:00
YAP xəbərləri
30 Sentyabr 22:49
Elm
30 Sentyabr 22:37
Dünya
30 Sentyabr 22:05
Dünya
30 Sentyabr 21:25
Dünya
30 Sentyabr 21:18
Dünya
30 Sentyabr 20:52
İqtisadiyyat
30 Sentyabr 20:29
Elm
30 Sentyabr 20:15
Dünya
30 Sentyabr 19:45
Dünya
30 Sentyabr 19:37
İqtisadiyyat
30 Sentyabr 19:23
Gündəm
30 Sentyabr 18:47
Dünya
30 Sentyabr 18:21
Elanlar
30 Sentyabr 17:56
Asiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09

