“Rio-2016” Olimpiya Oyunlarının medalçısı Rəsul Çunayev Balakəndə böyük coşqu ilə qarşılanıb
27.08.2016 [10:03]
Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında yunan-Roma güləşi üzrə yarışlarda bürünc medal qazanan Rəsul Çunayev avqustun 26-da doğulub boya-başa çatdığı Balakəndə böyük coşqu ilə qarşılanıb.
AZƏRTAC xəbər verir ki, Olimpiya Oyunlarının mükafatçısını Balakən şəhərindəki Ümummilli lider Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkının qarşısındakı meydanda rayon sakinləri, ictimaiyyətin nümayəndələri, idmançılar, onun ailə üzvləri gül-çiçəklə qarşılayıblar.
Rəsul Çunayev Rioya qızıl medal üçün getdiyini, lakin qazandığı bürünc medalın da onun üçün çox qiymətli olduğunu vurğulayıb, onu dəstəkləyən hər bir kəsə minnətdarlığını bildirib.
Olimpiya medalçısı və onu qarşılamağa gələnlər Ümummilli lider Heydər Əliyevin mədəniyyət və istirahət parkında, dağüstü yüksəklikdə ucaldılan abidəsi önünə gül-çiçək düzüb, xatirəsini ehtiramla yad ediblər.
Xatırladaq ki, Rəsul Çunayev 1991-ci ildə Balakən şəhərində anadan olub. O, 2015-ci ildə Las-Veqasda keçirilən dünya çempionatında qızıl medal qazanıb. Avropa çempionatının qızıl və gümüş mükafatçısı olan Rəsul Çunayev həm də ötən il Bakıda keçirilən birinci Avropa Oyunlarının qızıl mükafatçısıdır.
Birinci Avropa Oyunlarında qazandığı yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə R.Çunayev Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edilib.
Xəbər lenti
Hamısına baxİdman
06 Sentyabr 22:40
Hadisə
06 Sentyabr 21:45
Sosial
06 Sentyabr 20:59
Dünya
06 Sentyabr 19:23
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Dünya
06 Sentyabr 11:43
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02

