Bu gün “Tour d’Azerbaidjan-2016” veloyürüşünə start verilir
04.05.2016 [10:04]
Sahib Ələkbərov: Bu veloyürüş həm gözəl bir idman tədbiridir, həm də ölkəmizin beynəlxalq arenada təbliği baxımından mühüm rol oynayır
Mayın 4-də start götürəcək “Tour d’Azerbaidjan-2016” beynəlxalq velosiped turu ilə əlaqədar Respublika Velotrekində mətbuat konfransı keçirilib. Mətbuat konfransı başlamazdan əvvəl xarici qonaqlar və jurnalistlər yenidən qurulmuş və genişləndirilmiş Respublika Velotreki ilə tanış olublar.
Mətbuat konfransı Prezident İlham Əliyevin ailəsi ilə birlikdə 2015-ci il Avropa Oyunları ərəfəsində Veloparkda inşa olunmuş yeni BMX stadionu ilə tanış olarkən “Synergy Baku” komandası ilə görüşünü əks etdirən videoçarxın nümayişi ilə başlanıb. Konfrans iştirakçılarının nəzərinə çatdırılıb ki, həmin görüşdə ölkə başçısı “Tour d’Azerbaidjan” beynəlxalq yarışlarını “Eurosport” kanalı vasitəsilə izlədiyini, bu turun Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) təqvimində özünə möhkəm yer tutduğunu, Bakının və bütövlükdə ölkəmizin dünyaya tanıtdırılmasında müstəsna rol oynadığını məmnunluqla vurğulayıb.
Sonra veloturun Təşkilat Komitəsinin sədri, Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov “Tour d’Azerbaidjan-2016” barədə ətraflı məlumat verərək bildirib ki, bu veloyürüş həm gözəl bir idman tədbiridir, həm də ölkəmizin beynəlxalq arenada təbliği baxımından mühüm rol oynayır: “Velosiped idmanı başqa idman növlərindən onunla fərqlənir ki, digər yarışlar əsasən qapalı məkanda keçirildikləri halda, bu yarışlar yüz kilometrlərlə məsafəni əhatə edir və düzənlik, dağlıq ərazilərdən, müxtəlif şəhər, rayon, qəsəbə və kəndlərdən keçməklə təşkil olunur. Təbii ki, bu da ölkənin beynəlxalq səviyyədə tanınması, onun görməli yerlərinin, turistləri maraqlandıran məkanların bütün dünyaya təqdim edilməsi üçün çox vacibdir”.
Qeyd olunub ki, “Eurosport” kanalının rəsmi məlumatına görə keçən il “Tour d’Azerbaidjan” beynəlxalq veloturu barədə videosüjetlər dünyanın 56 ölkəsinin 72 telekanalı vasitəsilə yayımlanarkən 32,7 milyondan çox televizor bu kanallara köklənib. Hər televizor qarşısında da bir neçə nəfərin yarışları izlədiyini, habelə “Eurosport” kanalının rəsmi internet səhifəsinə “Tour d’Azerbaidjan”la bağlı 15 milyondan çox daxilolma qeydə alındığını nəzərə alsaq, yüz milyondan çox insanın həm velotur, həm də Azərbaycan barədə geniş məlumat əldə etdiyini əminliklə söyləmək olar.
Bildirilib ki, builki yarışda 18 ölkədən 21 komanda mübarizə aparacaq və onlardan da 6-sı peşəkar kontinental, “Synergy Baku” da daxil olmaqla 14-ü kontinental, 1-i isə milli komandadır. Velotur 5 mərhələdən ibarətdir və velosipedçilər 5 gün ərzində Bakı və Sumqayıt şəhərlərinin, Abşeron, Qobustan, Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ, Oğuz, Şəki rayonlarının ərazilərindən keçməklə, 790 km-dən çox məsafə qət edəcəklər.
Azərbaycana hər səfərində bir çox müsbət dəyişikliklərin şahidi olduğunu deyən Avropa Velosipedçilər Birliyinin fəxri baş katibi Roland Hofer, ölkəmizdə velosiped idmanının gündən-günə inkişaf etməsindən, yeni idman qurğularının tikilməsindən məmnunluğunu bildirib. O qeyd edib ki, Azərbaycanda artıq velosiped idmanının inkişafı üçün gözəl baza yaradılıb, Velopark, BMX stadionu, Dağ Velosipedi parkı, Velotrek istifadəyə verilib. Azərbaycanın “Synergy Baku” kontinental komandası bu günlərdə Xorvatiyada 5 Dünya Turu, 7 peşəkar kontinental və 9 kontinental kollektivin iştirakı ilə keçirilən nüfuzlu yarışda həm ümumkomanda hesabında çempion olub, həm də komandanın üzvü Matiya Kvasina lider köynəyini qazanıb. Azərbaycanın milli yığma komandasının üzvü Yelena Pavluxina da bir neçə gün əvvəl Çexiyada keçirilən 5 günlük beynəlxalq turnirin qalibi olub. O, yenicə inkişaf mərhələsinə qədəm qoymuş Azərbaycan velosipedçilərinin “Rio-2016” Yay Olimpiya Oyunlarına 3 lisenziya qazanmalarını da böyük uğur kimi dəyərləndirib.
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunan 5 mərhələdən ibarət “Tour d’Azerbaidjan-2016” beynəlxalq velosiped turunun əvvəlki illərdə olduğu kimi, bu dəfə də uğurla keçəcəyinə əmin olduğunu deyən Roland Hofer, qonaqların Azərbaycandan ən xoş hisslərlə ayrılacaqlarına şübhə etmədiyini vurğulayıb.
Sonra jurnalistlərin çoxsaylı sualları cavablandırılıb.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxİdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07

