Bakıda “Olimpiya hərəkatı” proqramının təqdimatı olub
18.12.2015 [10:07]
Dekabrın 17-də Azərbaycan Milli Olimpiya Komitəsində (MOK) “Olimpiya hərəkatı” proqramının təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə bu proqramdan bəhs edən videoçarx nümayiş olunub.
Sonra MOK-un marketinq departamentinin rəhbəri Mehman Kərimov “Olimpiya hərəkatı” proqramı barədə məlumat verib. Bildirib ki, bu proqram Beynəlxalq Olimpiya Komitəsi (BOK), Olimpiya Oyunlarının ümumdünya tərəfdaşı olan “Coca-Cola” şirkəti, Azərbaycan Milli Olimpiya Komitəsi, Gənclər və İdman, Təhsil nazirlikləri tərəfindən birgə həyata keçirilir. Layihə idmanın dörd növünü - basketbol 3x3, velosiped, atletika və badmintonu əhatə edir. “Olimpiya hərəkatı” proqramı ölkəmizdə uşaqların idmana daha geniş cəlb olunması, idmanın, xüsusən də həmin dörd növün kütləviləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə respublikamızda idmana göstərilən dövlət qayğısından danışıb, Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını diqqətə çatdırıb. Vitse-prezident vurğulayıb ki, 2015-ci il təkcə Azərbaycanın deyil, dünyanın idman tarixinə qızıl hərflərlə yazılıb. İlk Avropa Oyunlarının Azərbaycanda yüksək səviyyədə təşkili və bu çoxnövlü idman yarışının standartlarının ölkəmizdə müəyyənləşdirilməsi bizi çox sevindirir. “Bakı-2015”in özündən sonra buraxdığı irs uşaqların idmana cəlb olunmasında mühüm rol oynayır. Təbii ki, idman federasiyaları da bu prosesə fəal dəstək verirlər. “Olimpiya hərəkatı” proqramı Azərbaycanda uşaqların idmana cəlb olunması və onların asudə vaxtının səmərəli təşkilinə mühüm töhfə verəcək. Olimpiya çempionlarımızı proqrama dəstək olmağa çağıran Çingiz Hüseynzadə 12-16 yaşlı uşaqların yarışında onların iştirakının vacibliyini vurğulayıb.
Bu ilin Azərbaycan idmanı üçün əlamətdar olduğunu vurğulayan gənclər və idman naziri Azad Rəhimov bildirib ki, Bakının birinci Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi etməsi, həmçinin idmançılarımızın qazandıqları medalların sayının artması ölkəmizin mühüm uğurudur. İl ərzində atletlərimiz Olimpiya və qeyri-Olimpiya idman növləri üzrə 820-dən çox medal qazanıblar. Bu, ötənilki göstəricidən yüksəkdir.
Nazir vurğulayıb ki, Azərbaycanda idman infrastrukturu təkcə paytaxt Bakıda deyil, regionlarda da inkişaf etdirilir. Hazırda bölgələrdə fəaliyyət göstərən 41 Olimpiya İdman Kompleksində uşaqlar sərbəst şəkildə idmanla məşğul olurlar. Həmçinin regionlarda uşaqlar arasında zona yarışları da təşkil olunur ki, bu da idmanın kütləviləşdirilməsinə xidmət edir.
Təhsil naziri Mikayıl Cabbarov Azərbaycanda idmanın kütləviləşdirilməsinin və sağlam həyat tərzinin təbliğinin əsas məqsədlərdən olduğunu diqqətə çatdırıb. Bildirib ki, idman sağlamlıq, sosiallaşma və uşaqların şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayır. Gələcək Olimpiya çempionları hazırda məktəblərdə oxuyurlar. Bu gün ölkəmizdə bütün orta təhsil müəssisələrində güclü idman infrastrukturu mövcuddur.
Layihənin əhəmiyyətindən danışan nazir “Olimpiya hərəkatı” proqramına salınan idman növlərinin sayının gələcəkdə artırılacağını diqqətə çatdırıb. Vurğulayıb ki, növbəti tədris ilindən Olimpiya və qeyri-Olimpiya idman növləri üzrə seksiyalar məktəblərdə keçiriləcək. Bunun üçün orta təhsil müəssisələrində yetərli infrastruktur var.
“Azerbaijan Coca-Cola Bottlers” şirkətinin baş direktoru Cem Becel proqramın əhəmiyyətindən danışıb, ölkəmizdə idmanın kütləviləşdirilməsi istiqamətində həyata keçirilən layihələr barədə məlumat verib. O, təmsil etdiyi şirkətin “Olimpiya hərəkatı” proqramına fəal dəstək verəcəyini diqqətə çatdırıb.
Sonra proqramın “ulduz idmançı”ları seçilib. Nazim Babayev atletika, Amil Həmzəyev basketbol 3x3, Aqşin İsmayılov velosiped, Orxan Qələndərov isə badminton üzrə “ulduz idmançı” seçiliblər.
Sonda milli Olimpiya səfirləri - Olimpiya çempionu Fərid Mansurov və Əməkdar Artist Tünzalə Ağayeva mükafatlandırılıblar.
Tədbirin sonunda jurnalistlərin sualları cavablandırılıb.
İlk dəfə 2003-cü ildə Niderlandda həyata keçirilən “Olimpiya hərəkatı” proqramı genişlənərək digər ölkələri əhatə edib. Azərbaycan “Olimpiya hərəkatı” proqramının icra olunduğu beşinci ölkədir. Proqramın əsas hədəf qrupu Bakının 350-dək orta ümumtəhsil məktəbində təhsil alan 12-16 yaşlı şagirdlərdir. Proqramın icrasını müvafiq idman növləri üzrə fəaliyyət göstərən milli idman federasiyaları da dəstəkləyir. Məktəbdaxili yarışlarla başlayan proqram Bakı şəhərinin rayonları üzrə birinciliklərlə davam edəcək. Proqram gələn ilin əvvəlində “Bakı-2015” ilk Avropa Oyunlarında yarışların keçirildiyi obyektlərin birində təşkil olunacaq final və idman festivalı ilə başa çatacaq.
“Olimpiya hərəkatı” proqramının xüsusi hazırlanmış “Facebook”, “Instagram” və “YouTube” səhifələrində onun icrası, həmçinin məktəblilər arasında idman, sağlam və fəal həyat tərzi təşviq edilir.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46

