Dördüncü İslam Həmrəylik Oyunları idmanın 20 növü üzrə keçiriləcək
03.11.2015 [09:52]
Noyabrın 2-də Bakıda, “Bulvar” otelində İslam Həmrəylik İdman Federasiyasının (ISSF) Əlaqələndirmə Komissiyasının iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan gənclər və idman naziri Azad Rəhimov ölkəmizin “Bakı-2017” IV İslam Həmrəylik Oyunlarına ciddi hazırlaşdığını bildirib. Qeyd edib ki, Azərbaycan bu mötəbər tədbirin İslam dəyərlərinə uyğun təşkili üçün əlindən gələni edir. Artıq ölkəmizin mötəbər beynəlxalq tədbirlərin və yarışların təşkili sahəsində zəngin təcrübəsi var. Belə ki, respublikamızda Avropa və dünya çempionatları, “Eurovision-2012” beynəlxalq mahnı müsabiqəsi, “Bakı-2015” ilk Avropa Oyunları, şahmat üzrə dünya kuboku və digər turnirlər yüksək səviyyədə təşkil olunub. Gələn il ölkəmiz “Formula-1” üzrə Avropa Qran-prisinə və Şahmat Olimpiadasına ev sahibliyi edəcək.
Nazir birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil edilməsinin gələcəkdə IV İslam Həmrəylik Oyunları kimi daha möhtəşəm idman tədbirinin keçirilməsi üçün təkan olduğunu vurğulayıb. “Bakı-2017”də yarışlar ilk Avropa Oyunları zamanı istifadədə olan arenalarda keçiriləcək. Həmin idman obyektləri ən müasir texniki tələblərə cavab verir.
ISSF-nin birinci vitse-prezidenti Hamad Kalkaba Malboum Azərbaycana növbəti səfərindən məmnunluğunu bildirərək göstərilən yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Vurğulayıb ki, Azərbaycan ilk Avropa Oyunlarına uğurla ev sahibliyi etməklə yüksək təşkilatçılıq qabiliyyətini bütün dünyaya göstərdi. Ümid edirəm ki, IV İslam Həmrəylik Oyunları da yüksək səviyyədə keçiriləcək və həm iştirakçılar, həm də qonaqlar Bakıdan xoş təəssüratlarla ayrılacaqlar.
Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) və ISSF-nin vitse-prezidenti Çingiz Hüseynzadə sürətlə inkişaf edən Azərbaycanın ilk Avropa Oyunlarını uğurla keçirməklə ölkəmizin dinamik tərəqqisini, dostluq və əməkdaşlıq məkanı olduğunu bütün dünyaya bir daha sübut etdiyini vurğulayıb. Vitse-prezident idmanın 20 növü üzrə 14 arenada keçiriləcək “Bakı-2017”nin Azərbaycanın idman tarixində mühüm yer tutacağını ifadə edib.
Sonra MOK-un beynəlxalq əlaqələr idarəsinin rəisi, ISSF-nin İcraiyyə Komitəsinin üzvü Könül Nurullayeva ölkəmizin ev sahibliyi edəcəyi IV İslam Həmrəylik Oyunları ilə bağlı təqdimatla çıxış edib. Təqdimatda təhlükəsizlik, informasiya-kommunikasiya, nəqliyyat, Atletlər və Media kəndi, idman obyektləri və digər məsələlərlə bağlı hazırlıq prosesi haqqında məlumat verilib.
Noyabrın 3-də Bakıda ISSF-nin 24-cü İcraiyyə Komitəsinin, bir gün sonra isə IX Baş Assambleyası keçiriləcək.
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10

