Birinci Avropa Oyunlarının məşəli Qazaxda alovlandırılıb
19.05.2015 [10:07]
Son illərdə daha da gözəlləşən, müasirləşən, abadlıq-quruculuq işlərinin geniş vüsət aldığı Qazax şəhəri bu günlərdə bayram libasına bürünüb. Birinci Avropa Oyunlarının məşəlinin qarşılanacağı Heydər Əliyev prospektində, eləcə də şəhərin Nizami, Vidadi, M.Carçıyev, M.Dilbazi, Şəhidlər xiyabanı, Vaqif, Azadlıq, Bakı, N.Nərimanov, Ə.Şıxlinski küçələrində və Heydər Əliyev parkında əsl bayram əhval-ruhiyyəsi hökm sürürdü. Minlərlə rayon sakini, gənclər, idmançılar və veteranlar birinci Avropa Oyunlarının məşəlini böyük maraq və sevinc hissi ilə gözləyirdilər.
AZƏRTAC xəbər verir ki, birinci Avropa Oyunlarının məşəli mayın 18-də Qazax şəhərinə gətirilib.
Heydər Əliyev prospektində minlərlə rayon sakininin və idmançıların iştirakı ilə birinci Avropa Oyunlarının məşəlinin möhtəşəm qarşılanma mərasimi olub. Birinci Avropa Oyunlarının rəmzi qapısında rayonun fəal gənclərindən olan Vüsal İsmayılov qazaxlıların sevinc dolu alqışları və gül-çiçək yağışı altında məşəli qəbul edib.
Sonra məşəlçilərin yürüşü başlayıb. Heydər Əliyev prospekti boyunca üç kilometrə yaxın məsafədə on məşəlçi bir-birini əvəzləyərək yürüşü davam etdirib. Məşəl minlərlə rayon sakininin alqış sədaları və müşayiəti ilə Heydər Əliyev parkına gətirilib. Sonuncu yürüşçü - rayonun fəal gənci Tərxan Əhmədov burada qurulmuş səhnəyə çıxaraq məşəli alovlandırıb.
Birinci Avropa Oyunlarının çırağı dördqat dünya, altıqat Avropa çempionu Qismət Vəkilova təqdim edilib. Çıraq ilk Avropa Oyunları başa çatanadək Heydər Əliyev Mərkəzində saxlanılacaq.
Daha sonra aprelin 26-da Atəşgah məbədində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, birinci xanım, ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin və 150-dən çox qonağın iştirakı ilə dövlətimizin başçısı tərəfindən birinci Avropa Oyunlarının məşəlinin alovlandırılması mərasimini əks etdirən videoçarx nümayiş olunub.
Rayon sakini, idmançı, Prezident təqaüdçüsü Kamal Əhmədov birinci Avropa Oyunlarının məşəlinin Qazax şəhərinə gətirilməsindən duyduğu sevinc hislərini AZƏRTAC-ın müxbiri ilə bölüşərək deyib: “Birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsi hər bir Azərbaycan vətəndaşı kimi bizi də sevindirir. Bu sevinci bizə bəxş etdiyinə görə Prezidentimizə dərin minnətdarlığımızı bildiririk. Arzu edirik ki, bu gün Azərbaycanın “Qərb qapısı” olan Qazaxda yandırılan alov tezliklə Qarabağımızda - Xankəndidə, Şuşada, Ağdamda və işğal olunmuş digər şəhərlərimizdə yandırılsın”.
Respublikamızın, eləcə də rayonun incəsənət ustalarının ifasında konsert proqramı qazaxlıların bayram sevincini daha da artırıb.
Qazaxlılara xoş ovqat bəxş edən mərasim atəşfəşanlıqla başa çatıb.
Xəbər lenti
Hamısına baxİdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07
Xəbər lenti
17 İyul 16:03
YAP xəbərləri
17 İyul 15:20
Sosial
17 İyul 14:50

