Bakıda su polosu üzrə beynəlxalq turnirin açılış mərasimi olub
08.05.2015 [09:53]
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Bakı Su İdmanı Sarayında keçirilən su polosu üzrə beynəlxalq turnirin mayın 7-də açılış mərasimi olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Üzgüçülük Federasiyası və Gənclər və İdman Nazirliyi tərəfindən təşkil olunan yarışda yığmamız ilə yanaşı, Macarıstan, İtaliya, Rusiya, Türkiyə, Yunanıstan, Gürcüstan və Qazaxıstan komandaları iştirak edir. Turnir ilk Avropa Oyunlarında mübarizə aparacaq millimiz üçün test xarakteri daşıyıb.
Əvvəlcə turnirdə iştirak edən komandalar hovuz kənarına dəvət olunublar.
Ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışan Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Xanlar Fətiyev turnirin bundan sonra ənənəvi xarakter daşıyacağını yarış iştirakçılarının diqqətinə çatdırıb. Qeyd edib ki, yarışın keçirildiyi məkan qısa müddət ərzində inşa olunub. Burada yaradılan infrastruktur beynəlxalq standartlara tam cavab verir. Turnirin yüksək səviyyədə təşkil olunduğunu diqqətə çatdıran federasiya prezidenti layiqli komandanın qalib gələcəyinə əminliyini ifadə edib.
Azərbaycanda idman siyasətinin əsasının Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu deyən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov atletlərimizin beynəlxalq arenalarda qazandıqları nailiyyətlər barədə məlumat verib. Vurğulayıb ki, ölkəmiz möhtəşəm idman bayramı ərəfəsindədir. Tarixdə ilk dəfə təşkil olunacaq birinci Avropa Oyunları təkcə qitənin deyil, bütün dünyanın diqqətini iyunda paytaxtımıza yönəldəcək. İyirmi idman növü üzrə təşkil olunacaq ilk Avropa Oyunlarında qitənin 6 mindən çox güclü atleti birincilik uğrunda mübarizə aparacaqdır.
Milli Məclisin deputatı Rauf Əliyev ölkəmizdə idman sahəsində qazanılan nailiyyətlərdən danışıb və paytaxtımızın ilk Avropa Oyunlarını qəbul etməyə tam hazır olduğunu bildirib.
Sonra Beynəlxalq Su Polosu Federasiyasının prezidenti Paollo Barellinin turnir iştirakçılarına təbrik məktubu oxunub.
Turnir açıq elan edildikən sonra dövlət himni səsləndirilib.
Yarışda 8 komanda iki qrupda əvvəlcə dairəvi sistem, sonra isə yerlər uğrunda mübarizə aparacaq.
Mayın 9-dək davam edəcək yarışın qalibləri medal, diplom və qiymətli hədiyyələrlə təltif olunacaq.
Xəbər lenti
Hamısına baxElm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Siyasət
20 İyun 23:26

