Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / "Qarabağ" növbəti transferini həyata keçirib

"Qarabağ" növbəti transferini həyata keçirib

12.07.2025 [11:25]

"Qarabağ" yeni mövsüm üçün üçüncü transferini reallaşdırıb.

Klubdan AZƏRTAC-a verilən məlumata görə, Portuqaliyanın “Mafra” komandası ilə aparılan danışıqlar uğurla nəticələnib və yarımmüdafiəçi Kris Kuaku heyətə cəlb olunub.

Kot d'İvuardan olan 25 yaşlı futbolçu ilə 2+2 illik müqavilə imzalanıb. Yarımmüdafiəçi “Qarabağ”da 6 nömrəli forma ilə çıxış edəcək.

Peşəkar karyerasına 2018-ci ildə Tunisin “Sfaksien” klubunda başlayan Kris 4 il sonra Danimarka təmsilçisi “Midtüllan”a keçib. O, 2023-cü ildən “Mafra”nın formasını geyinib.

Qeyd edək ki, "Qarabağ" bunadək daha iki futbolçunu – braziliyalılar Dani Bolt və Pedro Bikalyonu transfer edib.

Paylaş:
Baxılıb: 371 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31