Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Superliqa: "Fənərbağça" üç xala sevinib

Superliqa: "Fənərbağça" üç xala sevinib

10.05.2025 [08:48]

Türkiyə Superliqasında XXXV turun növbəti oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, "Başakşəhər" doğma meydanda çempionluq mübarizəsi aparan "Fənərbağça" ilə qarşılaşıb. Görüş qonaqların 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

"Sarı lacivərdlilər"in qollarını Mert Müldür, Milan Şkrinyar, Yusuf En-Nesiri və Oğuz Aydın vurublar. "Başakşəhər"də isə Ömər Beyaz fərqlənib.

Bu nəticədən sonra xallarını 78-ə çatdıran "Fənərbağça" ikinci pillədə qərarlaşıb. Meydan sahibləri isə 51 xalla beşinci yerdədir.

Paylaş:
Baxılıb: 426 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31