Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Naxçıvan karateçisi ölkə çempionu olub

Naxçıvan karateçisi ölkə çempionu olub

21.12.2024 [14:54]

Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzində Azərbaycan Karate Federasiyasının ənənəvi karate üslubu üzrə ölkə birinciliyi və çempionatı keçirilib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, yarışlarda 35-dən çox klub və nümayəndəlikdən 300-ə yaxın karateçi öz qüvvəsini sınayıb.

Ölkə çempionatında muxtar respublika idmançılarından ikisi mükafatçılar sırasına düşüb. Vüsal Seyidov 18-20 yaşlılar arasında bütün rəqiblərini üstələyərək ölkə çempionu olmağı bacarıb. Vüsal, eyni zamanda, 18+ yaş kateqoriyasında gümüş medal da qazanıb. Digər təmsilçimiz Məhəmməd Bağırov isə 16-17 yaşlılar arasında gümüş medala layiq görülüb.

Qeyd edək ki, ilk üç yeri tutmuş idmançılar ənənəvi karate üslubu üzrə milli komandanın tərkibinə cəlb olunmaqla, 2025-ci ildə keçiriləcək dünya və Avropa çempionatlarında ölkəmizi təmsil etmək imkanı qazanıb.

Paylaş:
Baxılıb: 428 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31