Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Azərbaycanın yunan-Roma güləşçiləri beynəlxalq turnirdə 3 medal qazanıblar

Azərbaycanın yunan-Roma güləşçiləri beynəlxalq turnirdə 3 medal qazanıblar

25.09.2024 [19:29]

Azərbaycanın yunan-Roma güləşçiləri Rusiyanın Tümen şəhərində dünya və Avropa çempionu, olimpiya mükafatçısı Vladimir Çeboksarovun şərəfinə təşkil edilən yarışda üç medal qazanıblar.

Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, finala vəsiqə qazanan Eldəniz Əzizli və Ülvi Qənizadə (hər ikisi 72 kiloqram) zədə səbəbindən həlledici görüşə çıxmadıqları üçün gümüş mükafatla kifayətləniblər.

Qurban Qurbanov (82 kiloqram) isə üçüncü yeri tutub.

Qeyd edək ki, milli komandanı yarışda baş məşqçi Aleksandr Tarakanov və məşqçi Kamran Məmmədovun rəhbərliyi altında 6 güləşçi təmsil edib. Ənənəvi turnirdə Azərbaycanla yanaşı Rusiya, Belarus, Ermənistan, Qazaxıstan və Qırğızıstan komandaları mübarizə aparıblar.

Paylaş:
Baxılıb: 770 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Siyasət

Analitik

Sosial

Sosial

Daxili siyasət

Ədəbiyyat

Payızın ilk “Ulduz”u 

30 Sentyabr 13:43  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31