Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Azərbaycan idmançısı beynəlxalq yarışda kubokun sahibi olub

Azərbaycan idmançısı beynəlxalq yarışda kubokun sahibi olub

04.06.2024 [13:52]

Atçılığın dresaj növü üzrə Azərbaycan millisinin üzvü Aqata Zəhrabəyova Fransanın Le Mans şəhərində keçirilən CDİP kateqoriyalı beynəlxalq yarışda kubokun sahibi olub.

Dövlət Sərhəd Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Belçika, Fransa, İsveçrə və İrlandiya daxil olmaqla, ümumilikdə 21 ölkənin iştirak etdiyi turnirin final mərhələsinə yüksələn idmançı rəqiblərini 75,9 faizlik balla qabaqlayaraq buna nail olub.

Qeyd edək ki, ilin sonunadək daha bir neçə beynəlxalq turnirdə iştirakı planlaşdırılan Aqata Zəhrabəyova təlimlərini Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Almaniyanın Düsseldorf şəhərində davam etdirir.

Paylaş:
Baxılıb: 767 dəfə

Xəbər lenti

Hamısına bax

Maraqlı

Gündəm

Dövlətin sosial qayğısı

04 Sentyabr 12:37  

Gündəm

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30