Şamaxıda baş verən qəzada ölən və xəsarət alanlar var
13.08.2025 [22:43]
Şamaxı rayonunun Çöl Göylər kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. İlkin məlumata görə, hərəkətdə olan minik avtomobili idarəetməni itirərək aşıb. Qəza nəticəsində müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan 23 yaşlı Leyla Qasımova hadisə yerində dünyasını dəyişib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, hadisə nəticəsində ümumilikdə 9 nəfər (4 kişi, 5 qadın) müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım şöbəsinə hospitalizasiya olunub.
Tibb müəssisəsində yaralılara bel və döş fəqərələrinin kompression sınıqları, sol bazu sümüyünün sadə və çoxqəlpəli sınıqları, bel, sol çiyin və sol diz nahiyəsinin yumşaq toxumalarının əzilməsi, qapalı kəllə-beyin travması, sağ göz ətrafı toxumalarda hematoma, eləcə də üz nahiyəsində çoxsaylı səthi sıyrıntılar diaqnozu qoyulub.
Zəruri tibbi yardım göstərildikdən sonra 2 nəfər ambulator müalicə üçün evə buraxılıb. 1983-cü il təvəllüdlü qadın isə ixtisaslaşdırılmış tibbi yardım məqsədilə Elmi Tədqiqat Travmatologiya-Ortopediya İnstitutuna göndərilib. Digər şəxslərin müalicəsi Təcili Tibbi Yardım şöbəsində davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan AZƏRTAC-ın yerli bürosuna verilən məlumata görə, faktla bağlı ərazi üzrə polis orqanında cinayət işi başlanılıb və araşdırma aparılır.
Xəbər lenti
Hamısına baxDünya
14 Sentyabr 23:39
Müsahibə
14 Sentyabr 23:17
Elm
14 Sentyabr 22:40
YAP xəbərləri
14 Sentyabr 22:29
Dünya
14 Sentyabr 22:14
Sosial
14 Sentyabr 21:59
Dünya
14 Sentyabr 21:23
Dünya
14 Sentyabr 20:45
Dünya
14 Sentyabr 20:17
Gündəm
14 Sentyabr 19:59
Maraqlı
14 Sentyabr 19:58
Dünya
14 Sentyabr 19:24
Analitik
14 Sentyabr 19:02
Dünya
14 Sentyabr 18:30
Gündəm
14 Sentyabr 18:17
Dünya
14 Sentyabr 17:43
Dünya
14 Sentyabr 17:19
Dünya
14 Sentyabr 16:45
YAP xəbərləri
14 Sentyabr 16:34
Dünya
14 Sentyabr 16:34
Elm
14 Sentyabr 16:31
YAP xəbərləri
14 Sentyabr 16:25
Dünya
14 Sentyabr 16:22
YAP xəbərləri
14 Sentyabr 16:04
Dünya
14 Sentyabr 15:50
YAP xəbərləri
14 Sentyabr 15:47
Elm
14 Sentyabr 15:46
Elm
14 Sentyabr 15:46
Elm
14 Sentyabr 15:46
Siyasət
14 Sentyabr 15:45
Dünya
14 Sentyabr 15:34
Dünya
14 Sentyabr 14:59
YAP xəbərləri
14 Sentyabr 14:51
YAP xəbərləri
14 Sentyabr 14:26
Hadisə
14 Sentyabr 14:20
İqtisadiyyat
14 Sentyabr 14:19
YAP xəbərləri
14 Sentyabr 13:59
YAP xəbərləri
14 Sentyabr 13:54
YAP xəbərləri
14 Sentyabr 13:50
YAP xəbərləri
14 Sentyabr 13:46
Dünya
14 Sentyabr 13:45
YAP xəbərləri
14 Sentyabr 13:44
Dünya
14 Sentyabr 13:18
Dünya
14 Sentyabr 12:56
Sosial
14 Sentyabr 12:45
Sosial
14 Sentyabr 12:40
Gündəm
14 Sentyabr 12:32
Dünya
14 Sentyabr 12:20
Elm
14 Sentyabr 12:00
Dünya
14 Sentyabr 11:43
İqtisadiyyat
14 Sentyabr 11:41
Sosial
14 Sentyabr 11:39
Dünya
14 Sentyabr 11:19
Xəbər lenti
14 Sentyabr 11:15
Gündəm
14 Sentyabr 10:54
Dünya
14 Sentyabr 10:51
Dünya
14 Sentyabr 10:25
Gündəm
14 Sentyabr 09:48
Dünya
14 Sentyabr 09:40
İdman
14 Sentyabr 09:17
Dünya
14 Sentyabr 08:52
İdman
14 Sentyabr 08:35
Dünya
13 Sentyabr 23:18
Dünya
13 Sentyabr 22:40
İdman
13 Sentyabr 22:01
Dünya
13 Sentyabr 21:14
Dünya
13 Sentyabr 20:31
Dünya
13 Sentyabr 19:17
Dünya
13 Sentyabr 18:25
Dünya
13 Sentyabr 17:52

