Avropa Komissiyasının prezidenti də məruzə etdi
06.04.2024 [10:20]
Aİ rəsmisinin Blinkenin ardından Bakıya zəngi...
Brüsseldə keçirilən üçtərəfli görüş Ermənistan tərəfindən “miqyasından böyük” şəkildə təqdim edilməyə çalışılsa da, reallıq ortadadır. Görüşöncəsi ard-arda ABŞ Dövlət katibi Blinkenin və Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayenin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng etməsi rəsmi İrəvan üçün “soyuq duş” xarakteri daşıyır. Günlər idi ki, Ermənistan bu görüşün mahiyyətini özünə yönəltməyə çalşısa da, ard-arda edilən zənglər və məruzələr onu göstərir ki, Aİ və ABŞ sadəcə Ermənistanı öz maraqlarının aləti kimi istifadə edir.
Azərbaycanla hesablaşırlar
Vurğulandığı kimi, aprelin 4-də AK prezdentinin Bakıya zəngi bir sıra məqamlarla diqqəti cəlb edir. Bu, ilk növbədə Azərbaycan dövlətinin və Prezidentinin qlobal siyasətdə oynadığı rolu, tutduğu yeni bir daha önə çıxarır. Ursula fon der Lyayenin Bakıya zəng edərək görüşlə bağlı izahat verməsi Aİ-nin Azərbaycanı regionun əsas dövləti kimi qəbul etməsinin göstəricisidir. Son illərdə həm siyasi, həm iqtisadi, həm də digər kontekstlərdə geriləmələr yaşayan, adı bir sıra xoşagəlməz proseslərdə hallanan, özünün əvvəlki qüdrətini bərpa etmək üçün çabalayan Avropa kontingenti və onun təsisatlarının Qafqaza yönəlik “tədbirlərin”də Ermənistandan sadəcə istifadə etmək “arzusu” tam şəkildə ortaya çıxır. Və Avrokomissiya özü bu addımları ilə bağlı Azərbaycana izahat verməklə ölkəmizin və dövlət başçımızın qüdrətinin və nüfuzunun hansı səviyyədə olduğunu bir daha sübuta yetirir.
Avropa Azərbaycanın regionda yaratdığı yeni reallıqları və konfiqurasiyanı görür, eyni zamanda dəyərləndirir. Çünki:
- Azərbaycan son dövrlərdə atdığı addımlarla yerləşdiyimiz regionun beynəlxalq əhəmiyyətini artırır;
- Bölgədəki stabil durum cəlbediciliyi ilə göz oxşayır;
- İqtisadi - ticari yol, rentabelli və rəqəmsal daşımacılıq imkanları real olaraq təşviq edilir;
- Son 4 ildə bölgədə yeni siyasi-hərbi situasiya yaratmış Azərbaycan indi də Avroasiyanın mərkəzində yeni iqtisadi nizam formalaşdırır.
Bütün bunlar isə Cənubi Qafqazın dəyərini və siyasi əhəmiyyətini yüksəldir. Avropanın və ABŞ-ın apardığı siyasət isə bu konfiqurasiyaya bu və ya digər şəkildə müdaxilə imkanları qazanmaqdan ibartədir - hər kəs anlayır ki, bölgədə yaranacaq yeni balans Azərbaycanın qaydalarına əsasən nizamlanacaq və ən real oyunçu kimi iqtisadi əlaqələrin formatını Azərbaycan təyin edəcək. Bunun üçün də ucuz və keyfiyyətsiz Ermənistanı “oyunun” tərkib hissəsi kimi “alətə”ə çeviriblər...
Aİ özünü niyə təhlükəyə atır?
Telefon danışığı əsnasında tərəflər Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər, bu xüsusda, bərpaolunan enerji, nəqliyyat bağlantıları, enerji təhlükəsizliyi və digər əməkdaşlıq sahələri qeyd olunub. Söhbət zamanı
2022-ci ildə Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun əhəmiyyəti vurğulanıb.
Bəli, ölkəmiz Aİ ilə müxtəlif proqramlar üzrə sıx əməkdaşlıq edir - Aİ- yə daxil olan ayrı-ayrı dövlətlərlə yüksəksəviyyəli münasibətlərə malikdir. Enerji sektoru Azərbaycan - Aİ əməkdaşlığının ən mühüm istiqamətini təşkil edir. Quruda və dənizdə zəngin resurslara malik olan Azərbaycanın Avropa İttifaqı məkanının enerji təhlükəsizliyinin təmin olunmasında rolu getdikcə artır. Əgər enerji əməkdaşlığının birinci mərhələsində respublikamız “qoca qitə”yə yalnız neft və neft məhsulları tədarük edirdisə, indiki mərhələdə Avropaya enerji məhsullarının ixracına qaz seqmenti də əlavə olunub. Azərbaycanın Avropaya qaz ixracının tarixi qısa dövrü əhatə etsə də, ölkəmizin bu sahədə mövqeyi əhəmiyyətli dərəcədə möhkəmlənib. Perspektivdə isə Azərbaycanla Avropanın enerji dialoqu yalnız nefti və qazı deyil, həm də enerji bazarının digər seqmentlərini, xüsusilə də elektrik enerjisini, hidrogen və yaşıl hidrogen enerjisini əhatə edəcək. Azərbaycanda bərpa olunan mənbələrdən alınan elektrik enerjisi Qara dənizin dibi ilə çəkiləcək kabel xətti ilə Avropaya ötürüləcək.
Bu kimi faktlar göstərir ki, Azərbaycan bərabərtərəfli əlaqələrin inkişaf etdirilməsi xətti üzrə düzgün mövqe müəyyənləşdirib. Aİ isə özünün qeyri-adekvat davranışları ilə bu əməkdaşlığa kölgə salır, bölgədə yeni münaqişə axtarışında olduğunu “bəyan edir”. Bu yolverilməzdir. Azərbaycan kimi vacib bir tərəfdaşa qarşı bu kimi çirkin niyyətlər irəli sürmək, Ermənistanın işğalçı mahiyyətindən istifadə etməyə çalışmaq, bölgədə yaranacaq yeni iqtisadi-siyasi situasiyanı aradan qaldırmaq üçün cəhdlər göstərmək və nəhayət Aİ-nin özü üçün həyati əhəmiyyətə malik enerji planlarını çətin duruma salmaq nə “köhnə qitə”nin, nə də onun strukturlarının maraqlarına uyğun gələ bilməz...
Yeni qlobal çağırışların ən fəal iştirakçısı...
Qeyd edək ki, fon der Lyayenin telefon zəngi zamanı Azərbaycanın sədrliyi ilə Bakıda keçiriləcək COP29-un iqlim fəaliyyəti və yaşıl keçid sahəsində əməkdaşlıq üçün əlverişli imkanlar yaratdığı bildirilib. Avropa Komissiyasının Prezidenti Avropa İttifaqının humanitar minatəmizləmə fəaliyyətində Azərbaycana dəstək göstərməyə hazır olduğunu vurğulayıb. Telefon danışığında aprelin 5-də Brüsseldə keçiriləcək üçtərəfli görüş məsələsi qaldırılıb. Prezident İlham Əliyev ABŞ Dövlət katibi Antoni Blinken ilə müzakirə olunduğu kimi, bu görüşlə bağlı Azərbaycan tərəfinin mövqeyini ifadə edib və regional inklüzivliyin vacibliyini bildirib.
Bəli, Azərbaycan bu gün ən vacib qlobal çağırışları özü üçün prioritetə çevirən azsaylı ölkələrdəndir. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında” müvafiq Sərəncam imzalayıb. Sabit və sakit dünya, silahsız və müharibəsiz həyat, sosial təminatı olan və ali təfəkkürə malik cəmiyyət prioritetləri kimi vacib şərtə çevrilən “yaşıl dünya” şüarı özündə sağlam gələcəyi tərənnüm etməkdədir. “Yaşıl dünya” şüarı Azərbaycanın ümumi inkişaf prosesinin ən ümdə ştrixlərini özündə birləşdirir - bu gün dünyanın bir sıra regionlarının enerji təminatçıları sırasında yer alan Azərbaycan yeni dövr üçün yeni prioritetlər müəyyənləşdirir və bu prioritetlərin həyata keçməsi prosesində böyük cəsarət, qətiyyət nümayiş etdirir.
Belə mühüm çağırışları özünün siyasi proriteti kimi ortaya qoyan dövlətimizə qarşı Aİ-nin və ABŞ-ın Ermənistan üzərindən oynamağa çalışdığı oyunlar isə siyasi-iqtisadi inkişafa mane olan amil kimi ortaya çıxır. Təbii ki, Ermənistana göstərilicək hansısa hərbi və ya silah yardımı bölgədə yeni reallıq yaratmaq imkanında deyil - sadəcə olaraq, bu fakt bir daha illərdir demokratiya və sülh adı altında təbliğat aparan dövlətlərin və strukturların əsl simasını üzə çıxarır...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47

