Azərbaycan -Türkiyə qardaşlığının növbəti rəmzi
21.02.2024 [10:10]
Birgə universitetin yaradılması elmi-mədəni inteqrasiyanı daha da gücləndirəcək
Qardaş Türkiyə uğurlu inkişaf modelinə malik olan ölkədir. Yaxşı haldır ki, Azərbaycan da tarixi ənənələr, milli-mənəvi dəyərlər və ortaq maraqlar baxımından dərindən bağlı olduğu, Şuşa Bəyannaməsi ilə müttəfiqlik münasibətləri qurduğu Türkiyə ilə sıx əməkdaşlıq edir və ayrı-ayrı sahələrdə qardaş ölkənin təcrübəsindən bəhrələnir. Bu günlərdə Prezident İlham Əliyevin Türkiyəyə baş tutan uğurlu səfəri çərçivəsində keçirilən tədbirlərdə tərəflər o mövqedən çıxış ediblər ki, artıq təhsil sahəsində də səyləri əlaqələndirmək zamanı çatıb. Yeri gəlmişkən, fevralın 19-da Ankarada Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimi olub. Mərasimdə “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu” imzalanıb. Çox doğru olaraq vurğulanır ki, bu sənəd iki ölkə arasında təhsil sahəsində inteqrasiyanın genişlənməsinə yeni imkanlar yaradacaq. Mətbuata verdiyi Bəyanatında bəhs olunan sənədin böyük önəm daşıdığını diqqətə çatdıran Prezident İlham Əliyev “Bu gün təhsillə bağlı önəmli anlaşma imzalanmışdır. Bu, gələcəyə yönəlmiş təşəbbüsdür”, - deyə vurğulayıb.
Gənclər milli-mənəvi dəyərlərimizə sadiq olmalıdırlar
Azərbaycanla Türkiyənin təhsil sahəsində əməkdaşlığının dərinləşdirilməsinin zəruriliyini müxtəlif amillər şərtləndirir. Burada dünyada sürətlə gedən qloballaşma prosesinin milli dövlətlərə mənfi təsirlərini xüsusi vurğulaya bilərik. İnternet bütün dünyanı, necə deyərlər, bir ovuc içinə sığışdırıb. Əlbəttə, innovasiyalar inkişafdır, bunsuz həyatımızı heç təsəvvür etmək belə mümkün deyil. Ancaq internet üzərindən xalqların həyatına, ənənələrinə, milli dəyərlərinə nüfuz edilməsi cəhdlərini də yaddan çıxartmamalıyıq. Verilən statistika həyəcan təbili çalmağa əsas yaradır. Müəyyən qüvvələr qloballaşma adı altında gənclərlə əlaqələr quraraq onları milli köklərdən uzaqlaşdırmağa çalışırlar.
Milli ideyası olmayan cəmiyyətin və ölkənin gələcəyi isə məhvə məhkumdur. Azərbaycan və Türk xalqları eyni bir ağacın qol-budaqlarıdırlar, mənşəyimiz birdir və çoxlu ortaq dəyərlərimiz var. Bəzi cəmiyyətlər öz dəyərlərini və ənənələrini inkar edirlər, sanki bundan utanırlar. Azərbaycan və Türkiyə cəmiyyətləri üçün isə tarix, ənənələr xalqlarımızın qürur mənbəyidir. Biz ənənəvi, müəyyən mənada mühafizəkar cəmiyyətlərdə yaşayırıq və bunu özümüzün üstünlüyümüz sanırıq. Qərbin ayrı-ayrı ölkələrində gənclərin həyatında nələrin yaşandığının fərqindəyik. Müşahidə edilən mənəvi deqeradasiya ürək ağrıdır. Baş verənlər milli dövlətlər və xalqlar üçün mühüm çağırışlar yaradır. “... Bizim gənc nəslimiz həm Türkiyədə, həm Azərbaycanda qardaşlıq, müttəfiqlik, ortaq dəyərlər prinsipləri əsasında tərbiyə almalıdır, bizim milli-mənəvi dəyərlərimizə sadiq olmalıdır, yad təsirdən uzaq olmalıdır, bilikli, savadlı vətənpərvər insanlar olmalıdır”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Birgə təhsil ənənələri
Azərbaycanla Türkiyə arasında təhsil sahəsində əməkdaşlığın genişlənməsi bu sahədə ötən dövrdə əsası qoyulan ənənələrə və təcrübəyə əsaslanır. İndiyədək Türkiyənin respublikamızda bir sıra təhsil müəssisələri qurulub və uğurla fəaliyyət göstərir. Gənclərin müxtəlif qarşılıqlı təqaüd proqramlarından bəhrələnmək imkanları var. Hər iki ölkədə həm Azərbaycandan, həm də Türkiyədən olan tələbələr təhsil alırlar və professor-müəlim heyətləri çalışırlar. Türkiyənin təhsil naziri, professor Yusuf Tekin KİV-ə müsahibəsində bildirib ki, Bakıda onun rəhbərlik etdiyi quruma tabe olan uşaq bağçası, ibtidai və orta təhsil, eləcə də lisey səviyyələrində olan məktəblərdə 3 minə yaxın şagird təhsilini davam etdirir. Türkiyənin Təhsil Nazirliyi tərəfindən göndərilən 100-ə yaxın müəllim türk məktəblərində çalışır. Bundan əlavə, həmin təhsil müəssisələrinə köməkçi müəllimlər də təhkim olunub.
Azərbaycan və Türkiyə təhsil nazirliklərinin dəstəyi ilə həyata keçirilən beynəlxalq Qardaş Məktəb layihəsinin təcrübəsi çərçivəsində iki ölkənin 30 məktəbi ilə eyni tipli və səviyyəli təhsil ocaqları arasında qardaşlıq əlaqələri qurulub. Qurum rəsmsi vurğulayıb ki, bu məktəblər təhsil müəssisələrimiz arasında əməkdaşlıq, təcrübə mübadiləsi və mədəniyyətlərimizin təbliği baxımından mühüm rol oynayır. Hazırda Türkiyənin ali təhsil müəssisələrində 604-ü qardaş ölkənin burs proqramlarının təqaüdçüsü olmaqla 35 minə yaxın azərbaycanlı tələbə təhsilini davam etdirir. Azərbaycanda isə Türkiyədən olan 7 tələbə doktorantura təhsili alır.
Eyi zamanda, Türkiyə Maarif Fondunun tabeliyində olan məktəblər də Azərbaycanda fəaliyyətlərini davam etdirirlər. Bu məktəblər həm də yerləşdikləri ölkənin insan resurslarına mühüm investisiyalar rolunu oynayır. Türkiyə və Azərbaycan arasında peşə təhsili sahəsində əməkdaşlıq protokolu iki ölkənin təhsil nazirləri tərəfindən iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclasında imzalanıb. Protokol çərçivəsində Bakıda və Qəbələdə iki təhsil müəssisəsinin açılması nəzərdə tutulur. Protokolla müəyyən edilib ki, bu təhsil müəssisələrində 5 istiqamət (informasiya texnologiyaları, qonaq evləri və səyahət xidmətləri, mebel və interyer dizaynı, moda dizayn texnologiyaları, qida və içki xidmətləri) üzrə tədris aparılacaq.
Ötən illərdə əsası qoyulan ənənələr, yaradılan baza, həmçinin imzalanan sənədlər Azərbaycanla Türkiyənin təhsil sahəsində perspektiv əməkdaşlığının əsasını təşkil edir. Yaradılacaq birgə universitetin gələcəkdə aparıcı təhsil müəssisəsinə çevriləcəyinə əminliyini bildirən Prezident İlham Əliyev “Bu gün Türkiyə-Azərbaycan Universitetinin yaradılması, sadəcə olaraq, təhsil məsələsi deyil. Bu, bizim birliyimizin növbəti rəmzidir. Əminəm ki, yaxın gələcəkdə bu universitet nəinki Azərbaycanda, bölgədə ən aparıcı ali məktəblərdən birinə çevriləcəkdir”, - deyə vurğulayıb.
M.FEYİZLİ
Xəbər lenti
Hamısına baxDünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50
Sosial
19 İyun 08:34
Dünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58

