Azərbaycan hökuməti Böyük Vətən müharibəsi veteranlarına yüksək diqqət və qayğı göstərir
09.05.2012 [17:18]
Prezident İlham Əliyevin uğurla gerçəkləşdirdiyi sosialyönümlü iqtisadi siyasət və çevik islahatlar nəticəsində ölkə vətəndaşlarının yaşayış səviyyəsi yüksəlib, ölkəmiz öz iqtisadi inkişaf tempinə görə, öncül mövqeyini qoruyub saxlayıb, bütün proqramlar icra olunub, pensiyaçıların sosial müdafiəsi sahəsində mühüm addımlar atılıb. Bir sözlə, sosial sahədə dövlətin siyasəti uğurla davam edir. Məsələn, ötən il maaşlar, pensiyalar artırılıb. 900 minə yaxın pensiyaçını əhatə edən həmin artım 40 faiz təşkil edib. Azərbaycanda orta pensiyanın səviyyəsi hazırda təqribən 180-190 dollar səviyyəsindədir. Orta maaş 460 dollara yaxındır.
Pensiya sistemində həyata keçirilən köklü islahatlardan sonra pensiyaların orta aylıq məbləği MDB-də ən yüksək göstərici sayılır. MDB məkanında Azərbaycan 1941-1945-ci illər müharibəsi iştirakçılarına ayrılan birdəfəlik maddi yardımın məbləğinə görə də ilk yerdədir. Bu isə o deməkdir ki, aztəminatlı ailələrin böyük əksəriyyətini təşkil edən pensiyaçılar dövlətin qayğı göstərdiyi, diqqət mərkəzində saxladığı əhali qruplarındandır.
Bu qayğının göstəricisi olan və ənənəyə çevrilən daha bir addım 1941-1945-ci illər Böyük Vətən müharibəsinin iştirakçılarına ayrılan birdəfəlik yardımlardır.
Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev dünya savaşında həlak olan və ya sonralar vəfat edən azərbaycanlı döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi barədə Sərəncam imzalayıb. Dövlət başçısı bu məqsədlə 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 7.5 milyon (yeddi milyon beş yüz min) manat vəsait ayrılması barədə tapşırıq verib.
ölkə Prezidentinin Sərəncamında birdəfəlik maddi yardımın müvafiq şəxslərə çatdırılmasını təmin etmək Dövlət Sosial Müdafiə Fonduna tapşırılıb. Xatırladaq ki, 2005-ci ildən etibarən bu proses Dövlət Sosial Müdafiə Fondunun xətti ilə davam edir. İndiyə qədər olduğu kimi, bu il də Fond birdəfəlik yardımın Sərəncamın şamil olunduğu şəxslərə çatdırılmasını gecikdirmədən həyata keçirib. Belə ki, Sərəncama uyğun olaraq ayrılan məbləğ həmin şəxslərin hesablarına köçürülüb.
Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümovun sözlərinə görə, Sərəncam 28 968 nəfərə şamil olunub. Bunlardan 2739 nəfəri bilavasitə Böyük Vətən müharibəsi iştirakçılarıdır və Sərəncama əsasən, onlara 500 manat məbləğində birdəfəlik yardım göstərilib.
Böyük Vətən müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad mühasirəsinin iştirakçılarına isə 200 manat məbləğində birdəfəlik maddi yardım verilib. Bu kateqoriyaya aid olan şəxslərin sayı isə 26 229 nəfər təşkil edib.
RUHİYYƏ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23

