Azərbaycan beynəlxalq birliyin nüvə təhlükəsizliyi istiqamətindəki səylərini dəstəkləyir
28.03.2012 [00:32]
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Seulda keçirilən Nüvə Təhlükəsizliyi Sammitində iştirak etmək üçün martın 25-də Koreya Respublikasına işgüzar səfərə gəlib.
Martın 26-da Koreya Respublikasının paytaxtı Seulda Nüvə Təhlükəsizliyi Sammiti işə başlayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sammitdə iştirak edib.
Nüvə təhlükəsizliyi Sammiti XXI əsrdə beynəlxalq birlik üçün ciddi təhlükə yaradan nüvə terrorçuluğunun qarşısını almağa həsr olunan yüksək səviyyəli zirvə görüşüdür. Əllidən çox ölkənin dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların rəhbərlərinin iştirak etdikləri Sammitdə nüvə təhlükəsizliyinin əsas məsələləri, o cümlədən nüvə terrorçuluğuna qarşı mübarizə, nüvə materiallarının və nüvə qurğularının mühafizəsi, nüvə materiallarının qanunsuz dövriyyəsinin qarşısının alınması, həmçinin Fukusima Atom Elektrik Stansiyasında baş verən hadisə fonunda nüvə təhlükəsizliyi problemləri müzakirə olunub.
Cənubi Qafqazın əsas dövləti olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu Sammitdə iştirakı ölkəmizə beynəlxalq aləmdə verilən dəyərin göstəricisidir.
Sammit çərçivəsində martın 26-da Koreya Respublikasının Prezidenti Li Men Bak adından nümayəndə heyətləri başçılarının şərəfinə qəbul təşkil olunub.
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Sonra nümayəndə heyətləri başçılarının işçi naharı olub.
Günün sonunda Koreya Respublikasının xarici işlər və ticarət nazirinin adından nümayəndə heyətlərinin üzvlərinin şərəfinə işçi nahar verilib.
Koreya Respublikasının paytaxtı Seul şəhərində keçirilən Nüvə Təhlükəsizliyi Sammiti dünən öz işini davam etdirib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sammitdə çıxış edib.
Sammitin ikinci günü nüvə təhlükəsizliyi sahəsində milli tədbirlərin təhlilinə və fiziki nüvə təhlükəsizliyinin möhkəmləndirilməsində beynəlxalq əməkdaşlığa həsr olunub. Zirvə görüşündə dünya liderləri nüvə terrorizminin qarşısının alınması üzrə uzunmüddətli və səmərəli beynəlxalq əməkdaşlıq məsələsində yeni səylər haqqında fikir mübadiləsi aparıblar. çıxışlarda bildirilib ki, ölkələrin rəhbərlərinə elə bir qurumun təşkili vacibdir ki, burada ən yaxşı təcrübəni bölüşmək və götürülən öhdəliklərin reallaşmasına kömək göstərmək mümkün olsun. Sammit iştirakçıları məsələ ilə bağlı son iki ildə əldə edilən irəliləyişə baxmayaraq, nüvə terrorizmi təhlükəsinin hələ də mövcud olduğunu və bu təhlükənin qarşısının alınması üçün dünyanın düzgün istiqamətdə irəlilədiyini bildiriblər.
Sammitin birinci plenar iclasında çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev nüvə təhlükəsizliyinin bu gün dünya üçün, o cümlədən Azərbaycan üçün mühüm məsələ olduğunu deyib. Dövlətimizin başçısı ölkəmizin nüvə təhlükəsizliyi ilə bağlı dünyada qəbul edilən qərarlara hörmətlə yanaşdığını diqqətə çatdırıb. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan bu qərarları yerinə yetirir, beynəlxalq birliyin bu istiqamətdə səylərini dəstəkləyir və bundan sonra da dəstəkləyəcək. Dövlətimizin başçısı regionda nüvə təhlükəsizliyi məsələsinə toxunaraq bildirib ki, 1976-cı ildə Ermənistanda tikilən Atom Elektrik Stansiyası köhnəlib, müasir standartlara cavab vermir və seysmik zonada yerləşir. Bütün bunlar Ermənistandakı Atom Elektrik Stansiyasını təhlükə mənbəyinə çevirib.
Prezident İlham Əliyev Sammitin müasir dünyada nüvə təhlükəsizliyinə dair çağırışlarla bağlı müzakirələrin aparılması baxımından səmərəli nəticələr verəcəyinə əminliyini vurğulayıb.
Zirvə görüşündə nüvə terrorizmi təhlükəsinin qarşısının alınması üçün daha ciddi tədbirlərin görülməsi və yeni öhdəliklərin götürülməsi niyyəti ilə 50-dən çox ölkənin dövlət və hökumət rəhbərinin Seulda danışıqlar masası arxasında bir araya gəlməsinin bu sahədə yeni, daha real addımların atılacağına ümidlər yaratdığı və bunun nəticəsi kimi dünya əhalisinin özünü nüvə terrorizmindən təhlükəsiz hiss edəcəyi vurğulanıb. Müzakirələrdə atom energetikası obyektlərində terror təhlükəsinin qarşısının alınması, yüksək zənginləşdirilmiş uran və plutonium kimi xammalın istifadəsini minimuma endirməklə bağlı məsələlər də müzakirə olunub. Diqqət yetirilən əsas məsələlərdən biri də nüvə enerjisindən və radioaktiv materiallardan məkrli məqsədlərlə istifadənin qarşısının əvvəlcədən alınması olub.
İclasın yekununda liderlər birgə foto çəkdiriblər.
Sonra dövlət və hökumət başçılarının şərəfinə işçi nahar verilib. Azərbaycan Prezidenti İlham Əliyev naharda iştirak edib.
Günün ikinci yarısında Sammitin ikinci qapalı plenar iclası keçirilib.
Sammitdə yekun kommunike qəbul olunub və növbəti nüvə təhlükəsizliyi sammitinin 2014-cü ildə Niderlandda keçirilməsi qərara alınıb.
Daha sonra Koreya Respublikasının Prezidenti Li Men Bakın və xanımı Kim Yun-Okun adından nümayəndə heyətlərinin başçıları və onların xanımlarının şərəfinə nahar verilib.
Prezident İlham Əliyev naharda iştirak edib.
Xəbər lenti
Hamısına baxDünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35

