Berlindən Dubaya uzanan “yol”...
02.12.2023 [10:00]
İqlim dəyişikliyinin müzakirə edildiyi yeganə beynəlxalq platforma...
Qlobal problemə həssas yanaşma - 28 konfrans bunu təsdiqləyir
Müasir dövrümüzün ən mühüm problemlərindən sayılan iqlim dəyişikliyi bütövlükdə Yer kürəsi üçün qlobal təhdidə çevrilib. Bu problem həm də insanlardan qaynaqlanan emissiyanın səbəb olduğu qlobal istiləşməni, həm də bunun nəticəsində hava modellərində özünü göstərən böyükölçülü dəyişiklikləri əhatə edir. İqlim dəyişikliyi problemi tarixən aktuallığını qorusa da, XX əsrdə daha real mənfi tendensiyaları özündə əks etdirməyə başladı. Bu baxımdan, qlobal iqlim dəyişikliyi probleminə qarşı effektiv mübarizənin təşkili məsələsi 100 ildən artıqdır ki, ən mühüm çağırışlardan birinə çevrilib.
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası - COP28 çərçivəsində təşkil olunan Dünya İqlim Fəaliyyəti Sammitdə bu qlobal məsələnin müzakirəsinə həsr edilib. Xatırladaq ki, adıçəkilən Çərçivə Konvensiyası dünyanın 180-dən çox ölkəsi tərəfindən iqlim dəyişmələri problemi ilə əlaqədar ölkələrin ümumi fəaliyyət prinsiplərinə dair bir müqavilədir. Konvensiya 1992-ci ildə Rio-de-Janeyroda keçirilən “Yer Sammiti”ndə təntənəli şəkildə qəbul edilib və 21 mart 1994-cü ildə qüvvəyə minib.
İllik konfrans...
COP28, başqa sözlə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası isə illik BMT konfransıdır. Konfrans qlobal iqlim dəyişikliyinin nəticələri ilə mübarizədə irəliləyişləri qiymətləndirmək üçün konvensiyaya qatılan ölkələrin rəsmi görüşlərinə ev sahibliyi edir. 1990-cı illərin ortalarından etibarən bu konfranslarda həm də Kioto Protokolu çərçivəsində danışıqlar həyata keçirilir. Bu protokol isə inkişaf etmiş ölkələr üçün ziyanlı qazların emissiyalarını azaltmaq üçün hüquqi öhdəlikləri müəyyən edir. Qeyd edək ki, BMT-nin İqlim Dəyişikliyi Konfransının ilk sessiyası 1995-ci ildə Berlində keçirilib.
COP müstəvisi iqlim dəyişikliyi probleminin mərkəzləşdirilmiş şəkildə müzakirəsi üçün yeganə beynəlxalq platformadır. İllik sessiya rotasiya əsasında BMT-nin regional qrupunu təmsil edən ölkələrdən birində keçirilir. 2022-ci ildə keçirilən konfransa rekord sayda - 3024 QHT və 154 kommersiya təşkilatlarının nümayəndələri qatılıb. Sessiyada müşahidəçi qismində iştiraka da icazə verilir. Tərəflər Konfransının katibliyinin qərargahı isə Bonn şəhərindədir. Keçirilən konfransların nəticələrinə əsasən ənənəvi yekun sənəd imzalanır. Bu sənədin tamhüquqlu BMT paktına çevrilməsi üçün isə sammitdə iştirak edən bütün ölkələrin onu imzalaması şərtdir.
Ənənəvi COP - müzakirələr, razılaşmalar, hətta qalmaqallar...
Qeyd edildiyi kimi, 1995-ci ildən keçirilən konfranslar xüsusi özəllikləri ilə yadda qalıb. Məsələn, COP1 - Berlin konfransı Berlin Mandatının imzalanması ilə yadda qalıb. Bu sənədə əsasən “Əlavə I” ölkələr UNFCCC-ni tamamlayan və “istixana qazı” emissiyalarının azaldılması üçün xüsusi dəyərlər təyin edən vahid hüquqi qüvvəyə malik sənəd üzərində işə başlamaq barədə razılığa gəliblər. 1996-cı ildə Cenevrədə baş tutan COP2 konfransının yekun sənədi - Nazirlər Bəyannaməsində isə əsasən ABŞ-ın qlobal iqlim dəyişikliyi probleminə dair fikirləri öz əksini tapıb. Kioto şəhərində baş tutan COP3-ün yaddaqalan mühüm nəticəsi sənayesi ən inkişaf etmiş 37 ölkəni istixana qazı emissiyalarını azaltmağı öhdəliyini əks etdirən Kioto Protokolunun imzalanması olub. Kioto Protokolu 16 fevral 2005-ci ildə qüvvəyə minib.
1998-ci ildə Buenos-Ayres şəhərində baş tutan COP4 isə qalmaqalla yadda qalıb. Bu sessiya əslində Kioto konfransından sonra qalan məsələləri həll etməli idi, lakin iştirakçılar bütün mübahisəli məsələlər üzrə razılığa gələ bilmədilər, səbəb kimi isə COP3-dən sonra hazırlıq işləri üçün kifayət qədər vaxtın olmaması göstərilirdi. Müvəqqəti tədbir olaraq, Buenos-Ayres Kioto Protokolunun həyata keçirilməsi üçün səyləri artırmaq və mexanizmləri inkişaf etdirmək üçün iki illik fəaliyyət planı qəbul etdi. COP4-ün mühüm hadisəsi Argentina və Qazaxıstanın istixana qazı emissiyalarını azaltmaq öhdəliyi götürdüklərini elan etmələri idi.
“Kopenhagen sazişi” və 20 milyon dollarlıq yardım...
Bonnda baş tutan COP5 xüsusi özəlliyi ilə seçilməsə də, 2001-ci ildə Haaqada reallaşan COP6 ABŞ prezidenti Corc Buşun qərarı ilə ölkəsinin Kioto protokolunu ratifikasiya etməkdən imtina etməsi ilə yadda qaldı. Yeni Dehlidə baş tutan COP8 -də isə Rusiya Kioto Protokolunu ratifikasiya etdi - Avstraliya isə ABŞ-ın protokolu ratifikasiya etməkdən imtinasına qoşuldu. 2005-ci il Monreal konfransı isə Kioto Protokoluna qoşulan tərəflərin ilk görüşü kimi tarixə yazıldı - COP11-də Rusiya inkişaf etməkdə olan ölkələr üçün könüllü öhdəliklərin tanınması mexanizminin yaradılması təklifini irəli sürdü.
COP15 çərçivəsində 2009-cu ildə keçirilən Kopenhagen konfransının əsas məqsədi isə Kioto Protokolunu əvəz etməli olan sazişin imzalanması idi. Sammitin rəsmi açılışına 3 ay qalmış ABŞ və Çin konfransın qərarlarını “tövsiyə xarakterli adlandırdı”. Sessiya isə prosessual qalmaqallarla və xeyli sayda qarşılıqlı ittihamlarla müşayiət olundu, çünki tərəflər hətta kiçik və qeyri-müəyyən razılaşmaları da rəsmiləşdirə bilmədilər. Bununla belə, sessiya nəticəsində qəbul edilmiş yekun “Kopenhagen sazişi”nə görə Çərçivə Konvensiyasına qoşulan bütün ölkələr 2010-cu ilin yanvar ayına qədər karbon qazı emissiyalarının azaldılması planlarını yazılı şəkildə təsdiqlədilər. Həmçinin Kopenhagendə inkişaf etməkdə olan ölkələrə 2020-ci ilə qədər 100 milyard dollara qədər maliyyə yardımı ayrılması razılaşdırıldı.
Ötən ilin noyabrında Şarm əl-Şeyxdə baş tutan 27-ci konfrans isə daha mühüm uğurları ilə seçildi. Sammitdə yanacaq sənayesi nümayəndələrinin sayı da artmışdı və ilk dəfə olaraq, onlar rəsmi proqramda iştirak etməyə dəvət edilmişdilər. Məsələn, Afrika Neft İstehsalçıları Təşkilatının rəhbəri Ömər Faruk İbrahim açıq şəkildə bildirmişdi ki, Afrikada neft və qazın inkişafını artırmaqda israrlı olacaq, çünki o, Qərb ölkələrinin “yaşıl” texnologiyalarını və onların maliyyə dəstəyini qitəsi üçün “xəyal” hesab edir. Eyni zamanda, “iqlim ədalətsizliyi” sammitin əsas mövzusuna çevrildi.
Builki konfransın da aparıcı ana xətti məhz “yaşıl enerji” məsələlərinin müzakirəsidir. Yeni dövr üçün mühüm üstünlüklər yaradacaq, eyni zamanda təmiz iqlim, təmiz ekologiya vəd edən bu müzakirələr yaşadığımız Yer kürəsinin təmiz gələcəyi üçün də mühüm fürsətdir...
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

