Bakıdakı Əjdərbəy məscidi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib
23.12.2011 [11:24]
Dünən Bakıdakı Əjdərbəy məscidi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva məscidin açılışı mərasimində iştirak ediblər.
Dövlətimizin başçısı və xanımı məscidin təmirdən əvvəlki və sonrakı vəziyyətini əks etdirən fotostendə baxıblar.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Azərbaycan Prezidentinə və xanımına məsciddə görülmüş işlər barədə məlumat verib. Bildirilib ki, 2010-cu ildə dövlətimizin başçısı müsəlmanların birliyinin rəmzi kimi ilk vaxtlar “İttifaq” məscidi adı ilə tanınan bu məbədin bərpası ilə əlaqədar tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, məsciddə yenidənqurma işlərinin yüksək keyfiyyətlə, Azərbaycanın çoxəsrlik milli memarlıq irsi ənənələrinə uyğun şəkildə aparılması üçün dövlət büdcəsində Prezidentin ehtiyat fondundan vəsait ayrılıb.
Qeyd edilib ki, Əjdərbəy məscidi 1912-1913-cü illərdə tanınmış xeyriyyəçi Əjdərbəy Aşurbəyov tərəfindən tikilib. Günbəzi göy rəngdə olduğuna görə xalq arasında “Göy məscid” kimi də tanınan və Bakının memarlıq incilərindən sayılan bu məbəd əvvəllər 400 nəfərin ibadəti üçün nəzərdə tutulmuşdu. Ancaq Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra məscidə gələnlərin sayı xeyli artdığından ərazidə böyük sıxlıq yaranırdı. Buna görə də məsciddə təmir-bərpa ilə yanaşı, genişləndirmə işlərinə də zərurət yaranmışdı. Məhz milli mənəvi dəyərlərimizə xüsusi diqqət və qayğı göstərən Prezident İlham Əliyevin təşəbbüsü ilə bu tarixi abidəyə yeni həyat verilib. Əjdərbəy məscidində aparılan bərpa və genişləndirmə tədbirlərini daim diqqətdə saxlayan dövlətimizin başçısı mütəmadi olaraq tikinti işlərinin gedişi ilə tanış olub, tapşırıq və tövsiyələrini verib. Bununla da paytaxtımıza xüsusi yaraşıq verən Əjdərbəy məscidində bərpa işləri sürətləndirilib və qısa müddətdə bu ibadət ocağı möhtəşəm görkəm alıb.
Məlumat verilib ki, təmir-bərpa işlərində müasir texnologiyadan istifadə olunsa da, tarixi abidə olması nəzərə alınaraq məscid yenidənqurma prosesində ilkin görkəminə uyğunlaşdırılıb. Məsciddə kişi və qadınlar üçün ayrı-ayrılıqda dəstəmazxanalar tikilib.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva burada Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərini salamlayıblar.
Məsciddə yaradılmış şəraitlə tanış olan Azərbaycan Prezidentinə və xanımına məlumat verilib ki, təmir-bərpa işlərindən sonra burada eyni vaxtda üç minə yaxın mömin ibadət edəcək. ümumi sahəsi 4 min kvadratmetr olan məscidin həyətində də ibadət üçün xüsusi sahə ayrılıb. Burada Mədinədəki Peyğəmbər məscidində olduğu kimi, hərəkətli tavanlar quraşdırılıb. Məscidin müqəddəs Qurani-Kərimdən surələr yazılmış divarları və sütunları Azərbaycan nəqqaşlıq məktəbinin və Şərq ornamentlərinin nadir nümunələrindən istifadə olunmaqla dini rəmzlərlə bəzədilib.
Qeyd edilib ki, müasir işıqlandırma və havalandırma sistemlərinin quraşdırıldığı məscidin girişində Əjdərbəy Aşurbəyovun məzarı yerləşir. Burada qadınlar üçün də ayrıca ibadət yeri yaradılıb.
Görülən işləri yüksək qiymətləndirən Prezident İlham Əliyev Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri ilə görüşüb.
Prezident İlham Əliyev din xadimləri arasında bu cür görüşlərin əhəmiyyətinə toxunaraq bildirib ki, bu formatda keçirilən tədbirlər ümumi maraq doğuran məsələlərin müzakirəsi baxımından önəmlidir. Dövlətimizin başçısı din xadimlərinin dostluq münasibətlərinin gənclər arasında əlaqələrin genişlənməsinə və möhkəmlənməsinə də nümunə olduğunu deyib və bu baxımdan Qafqaz Gəncləri Forumunun keçirilməsinin əhəmiyyətini qeyd edərək tədbirin gələcəkdə ənənəvi xarakter alacağına ümidvar olduğunu bildirib.
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Əjdərbəy məscidinin yenidən qurularaq istifadəyə verilməsinə göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib və ölkədə dini-mənəvi dəyərlərin hər zaman uca tutulmasında Ulu öndər Heydər Əliyevin xidmətlərini xatırlayıb.
Sonra Rusiya Federasiyasının Adıgey Respublikası və Krasnodar vilayətinin müftisi Yemij Nurbıy çıxış edib.
Prezident İlham Əliyev isə Şimali Qafqaz xalqları arasında əsrlər boyu mövcud olan ənənəvi dostluq əlaqələrinin bölgədə əmin-amanlığın və sülhün möhkəmləndirilməsinə xidmət etdiyini bildirib və bu baxımdan gənclərin xeyirxah, yaradıcılıq ruhunda tərbiyə olunmasının gələcək ümumi inkişafa töhfə verəcəyini deyib.
Bakı İslam Universitetinin rektoru hacı Sabir Həsənli Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərinin Azərbaycan Prezidentinə müraciətini oxuyub.
Sonra Tatarıstan Prezidenti Aparatının Dini Qurumlarla Əməkdaşlıq İdarəsinin rəisi Marat Qatin, Qafqaz Müsəlmanları İdarəsinin Moskvadakı səlahiyyətli nümayəndəsi Şafiq Psixaçev və Şimali Osetiya-Alaniya Respublikasının müftisi Hacı Murad Qatsalov çıxış edərək, Azərbaycan Prezidentinə bu məscidin yenidən qurulmasına verdiyi dəstəyə görə təşəkkür ediblər.
Əjdərbəy məscidinin açılışına həsr olunmuş mərasim Quran ayəsinin oxunması ilə başlanıb.
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə çıxış edib.
Rusiya Federasiyasının çeçenistan Respublikasının müftisi, Qafqaz Xalqları Ali Dini Şurası sədrinin birinci müavini Soltan Mirzəyev çıxış edib. O, həmçinin din xadimlərinin mütəmadi görüşlərinin əhəmiyyətli nəticələrindən danışıb.
Tatarıstan Respublikası Prezidenti Aparatının Dini Qurumlarla Əməkdaşlıq İdarəsinin rəisi Marat Qatin Prezident Rüstəm Minnixanovun Əjdərbəy məscidinin yenidənqurmadan sonra istifadəyə verilməsi münasibətilə təbrik məktubunu oxuyub.
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə bu günü dindarların həyatında çox mühüm bir tarix kimi səciyyələndirib. O, dindarlar arasında qarşılıqlı anlaşmaya və birliyə xidmət edən dini məbədlərin bərpasında Ulu öndər Heydər Əliyevin xidmətlərini xatırlayıb.
Qafqaz Müsəlmanları İdarəsinin sədri bundan sonra da ölkəmizdə İslam dininin, onun yüksək əxlaqi məziyyətlərinin və bütövlükdə milli mənəvi dəyərlərimizin inkişaf etdirilməsi üçün görülən tədbirlərin davamlı olacağına əminliyini bildirib.
Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan Prezidenti İlham Əliyevə müqəddəs Qurani-Kərim hədiyyə edib.
Xəbər lenti
Hamısına baxDünya
08 İyun 23:32
Dünya
08 İyun 23:17
Müsahibə
08 İyun 22:45
Dünya
08 İyun 22:31
Dünya
08 İyun 22:18
Elanlar
08 İyun 22:01
Dünya
08 İyun 21:50
Sosial
08 İyun 21:29
İqtisadiyyat
08 İyun 21:10
Dünya
08 İyun 20:42
İdman
08 İyun 20:35
Dünya
08 İyun 20:17
YAP xəbərləri
08 İyun 20:02
Dünya
08 İyun 19:50
Dünya
08 İyun 19:23
Hadisə
08 İyun 19:05
Dünya
08 İyun 18:35
Dünya
08 İyun 17:19
Maraqlı
08 İyun 16:30
YAP xəbərləri
08 İyun 16:10
YAP xəbərləri
08 İyun 15:57
YAP xəbərləri
08 İyun 15:42
Siyasət
08 İyun 15:41
YAP xəbərləri
08 İyun 15:33
Dünya
08 İyun 15:27
YAP xəbərləri
08 İyun 15:13
Dünya
08 İyun 15:09
Dünya
08 İyun 14:48
Dünya
08 İyun 14:34
İdman
08 İyun 14:30
Dünya
08 İyun 14:26
Dünya
08 İyun 14:05
Xəbər lenti
08 İyun 14:05
Dünya
08 İyun 13:38
Dünya
08 İyun 13:10
Sosial
08 İyun 12:55
Dünya
08 İyun 12:51
Dünya
08 İyun 12:45
Dünya
08 İyun 12:25
İqtisadiyyat
08 İyun 12:21
Sosial
08 İyun 12:20
YAP xəbərləri
08 İyun 12:09
Dünya
08 İyun 11:42
YAP xəbərləri
08 İyun 11:34
İdman
08 İyun 11:19
İqtisadiyyat
08 İyun 11:02
Elm
08 İyun 11:01
Dünya
08 İyun 10:57
Sosial
08 İyun 10:56
Dünya
08 İyun 10:22
Dünya
08 İyun 09:45
YAP xəbərləri
08 İyun 09:27
Dünya
08 İyun 09:17
Dünya
08 İyun 08:50
Dünya
08 İyun 08:25
Dünya
08 İyun 07:46
Dünya
08 İyun 07:30
Hadisə
07 İyun 23:42
Dünya
07 İyun 22:30
Siyasət
07 İyun 21:23
Dünya
07 İyun 20:17
Dünya
07 İyun 19:31
Sosial
07 İyun 18:34
Sosial
07 İyun 17:12
Siyasət
07 İyun 16:13
Dünya
07 İyun 15:40
Dünya
07 İyun 14:27
Dünya
07 İyun 13:31
Dünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19

