/ / Prezident İlham Əliyev Bakıda Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində görülən işlərlə tanış olub
Prezident İlham Əliyev Bakıda Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində görülən işlərlə tanış olub
05.10.2011 [10:41]
Nəqliyyat naziri Ziya Məmmədov mərkəzdə görülən işlər barədə dövlətimizin başçısına məlumat verib. Bildirilib ki, yeni texnologiyaların tətbiqi nəqliyyat vasitələrindən istifadə edən insanların təhlükəsizliyinin təminində, paytaxt yollarında hərəkətə nəzarətin təşkilində, tıxac probleminin aradan qaldırılmasında böyük əhəmiyyət kəsb edir. Məhz buna görə də 2008-ci ildə Bakıda nəqliyyatı intellektual idarəetmə sisteminin tətbiqi ilə bağlı Koreyanın “SK C&C” şirkəti ilə razılıq əldə olunub, yeni sistemin layihəsi hazırlanıb və icrasına başlanıb. 2009-cu ilin aprelindən başlayaraq Bakıda layihə çərçivəsində Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yaradılır. Nəzərdə tutulan işlərin böyük əksəriyyəti artıq reallaşıb. Layihə bu ilin sonunda başa çatdırılacaq.
Bildirilib ki, şəhərdə nəqliyyatın hərəkəti beşmərtəbəli inzibati binadakı müasir server, 18 şəbəkə avadanlığı, ümumi sahəsi 120 kvadratmetr olan monitor vasitəsilə idarə ediləcək. İntellektual idarəetmə, server və iclas otaqları binanın ikinci mərtəbəsində yerləşir. Binada ayrıca konfrans zalları və digər inzibati otaqlar var.
Prezident İlham Əliyev intellektual idarəetmə zalına baxıb. Qeyd edilib ki, burada dünyada nəqliyyat əməliyyatlarının intellektual idarə edilməsi sistemində tətbiq olunan və 600 rəqəmsal görüntünü əks etdirən ən böyük monitor quraşdırılıb. Monitor vasitəsilə 150 yol kəsişməsində nəqliyyatın vəziyyəti, eləcə də 2 min avtobusun idarə edilməsi ilə bağlı məlumat əldə etmək mümkündür. Monitorda Abşeron yarımadasının rəqəmsal xəritəsini izləmək olar.
Bildirilib ki, mərkəz cinayətkarlığın qarşısının alınmasında Daxili İşlər Nazirliyi ilə qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət göstərir. Nazirliyin 600 kamerasının qeydə aldığı görüntülərin də monitorinqi bu mərkəzdə aparılacaq.
Prezident İlham Əliyev nəqliyyatı intellektual idarəetmə sistemində istifadə edilən avadanlıqla da tanış olub. Qeyd edilib ki, dayanacaqlarda quraşdırılan, Koreya istehsalı olan informasiya terminalı vasitəsilə avtobusların hərəkət cədvəli, dayanacağa çatma müddəti barədə məlumat almaq mümkündür. Svetoforların idarə edilməsi avadanlığı da yollarda hərəkətin tənzimlənməsinə xidmət edir. Gələcəkdə nəqliyyatda tətbiq olunacaq vahid ödəniş sistemi isə sərnişinlərin rahatlığını xeyli artıracaq. Burada da Koreya istehsalı olan avadanlıq tətbiq ediləcək.
Dövlətimizin başçısı mərkəzin fəaliyyəti ilə bağlı təqdimata da baxıb. Qeyd edilib ki, mərkəzin yaxınlığında Nəqliyyat Nazirliyinin yeni binasının tikintisi nəzərdə tutulur.
ölkə üzrə intellektual nəqliyyat sisteminin təşkili prosesi ilə tanış olan Azərbaycan Prezidentinin diqqətinə çatdırılıb ki, üç mərhələdən ibarət olan sistemin hazırda birinci mərhələsi Bakı şəhərinin əsas küçə və prospektlərini əhatə edir. Bu proses ikinci mərhələdə 2 min 200 kvadratkilometr sahədə Böyük Bakı və Abşeron ərazisini, üçüncü mərhələdə isə respublikanın bütün bölgələrində yerləşən nəqliyyat infrastrukturunu əhatə edəcək. Birinci mərhələdə Bakıda intellektual nəqliyyat sistemi avadanlığının quraşdırılması artıq yekunlaşıb. İntellektual sistem üçün paytaxt ərazisində 450 kilometr müstəqil elektrik xətləri, 320 kilometr isə fiber-optik rabitə xətləri çəkilib. Nəqliyyatın axını haqqında informasiyanın toplanılması və tıxacların azaldılması üçün siqnal sistemlərinin idarə edilməsi məqsədilə paytaxt ərazisində 150 nəzarət sisteminin yaradılması da həyata keçirilir.
Qeyd edilib ki, yollardakı vəziyyətin avtomobilləri videoaşkarlayıcı vasitəsilə təhlil edilərək mərkəzi monitorda əks olunması üçün 326 sistem quraşdırılır.
Bildirilib ki, intellektual nəqliyyat sisteminin əsas xüsusiyyətlərindən biri də müşahidə kameralarıdır. Yollardakı vəziyyətin müşahidəsi, hərəkət zamanı nasazlıq yaranan nəqliyyat vasitələrinin, baş vermiş qəza hallarının müəyyənləşdirilməsi, sıxlıq yaranan ərazilərdə monitorinqin aparılması üçün magistrallarda 60 kamera yerləşdirilib. Yollarda vəziyyətin qrafik şəkildə sürücülərə ötürülməsi üçün isə 48 elektron məlumat tablosu qurulub. Paytaxtda tıxac yaradan əsas səbəblərindən biri kimi avtomobillərin icazəsiz yerlərdə saxlanılmasının qarşısının alınması məqsədilə şəhərin 44 yerində nəzarət sistemi quraşdırılacaq. İntellektual nəqliyyat sistemində avtobusların hərəkətinin eyni vaxtda izlənilməsi və hansı məkanda olmasını müəyyən edən avadanlığın quraşdırılması da həyata keçirilir. İlkin mərhələdə iki min avtobusun hərəkətinin bu sistem vasitəsilə izlənilməsi nəzərdə tutulub. Gələcəkdə ictimai nəqliyyatda cinayətkarlıq hallarının qarşısının alınması üçün avtobusların salonunda da kameralar quraşdırılacaq.
Koreyalı mütəxəssislərin fikrincə, Bakıda yaradılan nəqliyyatın idarə edilməsinin intellektual sistemi ən müasir standartlara cavab verir.
Mərkəzdə görülən işlərlə tanış olan Prezident İlham Əliyev müvafiq tapşırıq və tövsiyələrini verib.
Xəbər lenti
Hamısına baxDünya
08 İyun 23:32
Dünya
08 İyun 23:17
Müsahibə
08 İyun 22:45
Dünya
08 İyun 22:31
Dünya
08 İyun 22:18
Elanlar
08 İyun 22:01
Dünya
08 İyun 21:50
Sosial
08 İyun 21:29
İqtisadiyyat
08 İyun 21:10
Dünya
08 İyun 20:42
İdman
08 İyun 20:35
Dünya
08 İyun 20:17
YAP xəbərləri
08 İyun 20:02
Dünya
08 İyun 19:50
Dünya
08 İyun 19:23
Hadisə
08 İyun 19:05
Dünya
08 İyun 18:35
Dünya
08 İyun 17:19
Maraqlı
08 İyun 16:30
YAP xəbərləri
08 İyun 16:10
YAP xəbərləri
08 İyun 15:57
YAP xəbərləri
08 İyun 15:42
Siyasət
08 İyun 15:41
YAP xəbərləri
08 İyun 15:33
Dünya
08 İyun 15:27
YAP xəbərləri
08 İyun 15:13
Dünya
08 İyun 15:09
Dünya
08 İyun 14:48
Dünya
08 İyun 14:34
İdman
08 İyun 14:30
Dünya
08 İyun 14:26
Dünya
08 İyun 14:05
Xəbər lenti
08 İyun 14:05
Dünya
08 İyun 13:38
Dünya
08 İyun 13:10
Sosial
08 İyun 12:55
Dünya
08 İyun 12:51
Dünya
08 İyun 12:45
Dünya
08 İyun 12:25
İqtisadiyyat
08 İyun 12:21
Sosial
08 İyun 12:20
YAP xəbərləri
08 İyun 12:09
Dünya
08 İyun 11:42
YAP xəbərləri
08 İyun 11:34
İdman
08 İyun 11:19
İqtisadiyyat
08 İyun 11:02
Elm
08 İyun 11:01
Dünya
08 İyun 10:57
Sosial
08 İyun 10:56
Dünya
08 İyun 10:22
Dünya
08 İyun 09:45
YAP xəbərləri
08 İyun 09:27
Dünya
08 İyun 09:17
Dünya
08 İyun 08:50
Dünya
08 İyun 08:25
Dünya
08 İyun 07:46
Dünya
08 İyun 07:30
Hadisə
07 İyun 23:42
Dünya
07 İyun 22:30
Siyasət
07 İyun 21:23
Dünya
07 İyun 20:17
Dünya
07 İyun 19:31
Sosial
07 İyun 18:34
Sosial
07 İyun 17:12
Siyasət
07 İyun 16:13
Dünya
07 İyun 15:40
Dünya
07 İyun 14:27
Dünya
07 İyun 13:31
Dünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19

