Azərbaycanın iqtisadi uğurları davamlı xarakter alıb
06.08.2011 [01:41]
İqtisadi cəhətdən Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanda həyata keçirilən düşünülmüş iqtisadi siyasət bu gün əldə olunan uğurlara yol açıb. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən mühüm iqtisadi nailiyyətlər, yüksək makroiqtisadi göstəricilər, sistemli və köklü islahatlar bütün sektorlarda müsbət və şəffaf biznes mühitinin yaranmasına, rəqabətliliyin möhkəmlənməsinə, bununla da, ümumi inkişaf tempinin dinamiklik əldə etməsinə yol açıb.
ümumiyyətlə, Azərbaycan dövləti hər zaman ölkədə makroiqtisadi sabitliyin saxlanması, milli iqtisadi potensialın artırılması, neft və qeyri-neft sektorlarının paralel inkişafı üçün davamlı islahatlar həyata keçirir. Bu isə, nəticə etibarı ilə öz bəhrəsini verməkdədir. ölkəmizdə qeyri-neft sektorunun uğurlu inkişafı bunu deməyə əsas verir. Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasda dövlət başçısı Azərbaycanda qeyri-neft sektorunun artımının 7,2 faiz təşkil etdiyini diqqətə çatdırıb: “Bu, əslində son illər ərzində apardığımız islahatların nəticəsidir. çünki əsas məqsədimiz qeyri-neft sektorunun inkişafıdır, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinin təmin edilməsidir. 7,2 faiz səviyyəsində artan qeyri-neft sektorunun göstəriciləri bizi çox sevindirir. Bu, onu göstərir ki, ölkə dinamik inkişaf edir. Azərbaycan iqtisadiyyatının enerji amilindən asılılığı azalır. Eyni zamanda, bizə ümid verir ki, növbəti aylarda və illərdə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi üçün əlavə də imkanlar yaradılacaqdır”.
Qeyd etmək lazımdır ki, ölkəmizdə iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə əldə olunan nailiyyətlər həyata keçirilən proqramların uğurlu nəticələrini daha aydın təsəvvür etməyə imkan verir. Məsələn, kənd təsərrüfatında artımın 6,2 faiz olması, bununla yanaşı, əhalinin pul gəlirlərinin son 6 ayda 17 faiz artması, qarşılığında isə inflyasiyanın cəmi 8,8 faiz artması dövlətimizin vətəndaşların sosial vəziyyətinin yüksəldilməsi istiqamətində apardığı tədbirlərin əhəmiyyətini ortaya çıxarır.
Bundan başqa, ölkəmizin strateji valyuta ehtiyatları da artır. Prezident İlham Əliyev öz çıxışında qeyd edib ki, ilin əvvəlindən ehtiyatlarımız 9 milyard dollar artıb: “Biz həm əldə edilmiş gəlirləri ölkə iqtisadiyyatının inkişafı üçün lazım olan sahələrə məqsədyönlü şəkildə xərcləyirik, eyni zamanda, ehtiyatları daha da artırırıq. Bütövlükdə, hazırda ölkəmizin strateji valyuta ehtiyatları 38 milyard dollar səviyyəsindədir. Bu, çox böyük rəqəmdir və əminəm ki, bu rəqəm ilin sonuna qədər artacaqdır. Bu, bizə imkan verir ki, ölkə iqtisadiyyatının inkişafını təmin edək, insanların sosial problemlərinin həlli üçün əlavə maliyyə resursları cəlb edək. Bir sözlə, ölkə iqtisadiyyatının hərtərəfli inkişafına nail olaq”.
Vurğulamaq lazımdır ki, ölkəmizin əldə etdiyi bu mühüm göstəricilərin ortaya çıxmasında iqtisadi amillərlə yanaşı, siyasi məsələlərin də rolu böyükdür. Prezident İlham Əliyevin də bildirdiyi kimi, bu gün Azərbaycanda kompleks tədbirlər həyata keçirilir. Bu isə vətəndaşların rifahının yüksəldilməsinə xidmət göstərir: “Həm iqtisadi siyasət, siyasi sabitlik, sahibkarlığın, kənd təsərrüfatının inkişafı, kreditlərin, subsidiyaların verilməsi, texnikanın alınması və fermerlərə icarəyə verilməsi, gübrə və yanacağın güzəştli şərtlərlə fermerlərə verilməsi - bütün bu kompleks tədbirlər, üstəgəl ölkəmizdə aparılan böyük infrastruktur layihələrin icrası, elektrik xətlərinin, yolların, o cümlədən, kənd yollarının çəkilişi, qazlaşdırmanın aparılması bu vəziyyətə gətirib çıxarıbdır”.
Digər tərəfdən, ölkəmizin qlobalmiqyaslı layihələrdə yaxından iştirakı, karbohidrogen ehtiyatlarının daşınmasında tranzit ölkə rolunu oynaması ümumi inkişafımızın sürətlənməsinə təsir göstərən mühüm məqamlardandır. Qeyd edək ki, bu gün Azərbaycan yerləşdiyi Cənubi Qafqaz regionunun iqtisadi cəhətdən ən güclü və dayanıqlı ölkəsi olmaqla yanaşı, həm də bölgənin iqtisadi təhlükəsizliyinin təminatçısı qismində çıxış edir. Prezident İlham Əliyev çıxışında vurğulayıb ki, Azərbaycanda icra edilən infrastruktur layihələri nəinki ölkəmiz üçün, bölgə üçün də böyük əhəmiyyət daşıyır: “Mən şübhə etmirəm ki, nəzərdə tutulmuş bütün layihələr, proqramlar ilin sonuna qədər uğurla icra ediləcəkdir. Biz çalışmalıyıq ki, makroiqtisadi sabitliyə daha da çox üstünlük verək”.
Amma təəssüfləndirici haldır ki, bəzi xarici bədxahlar öz maraqları xatirinə ölkəmizin iqtisadi inkişafının üstünə kölgə salmağa çalışır. Lakin Azərbaycan dövləti hər zaman əməli, yalnız inkişafı hədəfləyən addımları ilə bu cür xırda, korporativ maraqların əsirinə çevrilənlərin ölkəmizlə bağlı “qara arzularını” ürəklərində qoyub. Azərbaycan dövləti hər zaman yalnız milli maraqlara xidmət göstərən iqtisadi-siyasi qərarlar qəbul etdiyini nümayiş etdirib. Bu isə öz növbəsində Azərbaycan dövlətinin inkişafına, vətəndaşlarımızın rifahının yüksəldilməsinə xidmət edir.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
08 İyun 23:32
Dünya
08 İyun 23:17
Müsahibə
08 İyun 22:45
Dünya
08 İyun 22:31
Dünya
08 İyun 22:18
Elanlar
08 İyun 22:01
Dünya
08 İyun 21:50
Sosial
08 İyun 21:29
İqtisadiyyat
08 İyun 21:10
Dünya
08 İyun 20:42
İdman
08 İyun 20:35
Dünya
08 İyun 20:17
YAP xəbərləri
08 İyun 20:02
Dünya
08 İyun 19:50
Dünya
08 İyun 19:23
Hadisə
08 İyun 19:05
Dünya
08 İyun 18:35
Dünya
08 İyun 17:19
Maraqlı
08 İyun 16:30
YAP xəbərləri
08 İyun 16:10
YAP xəbərləri
08 İyun 15:57
YAP xəbərləri
08 İyun 15:42
Siyasət
08 İyun 15:41
YAP xəbərləri
08 İyun 15:33
Dünya
08 İyun 15:27
YAP xəbərləri
08 İyun 15:13
Dünya
08 İyun 15:09
Dünya
08 İyun 14:48
Dünya
08 İyun 14:34
İdman
08 İyun 14:30
Dünya
08 İyun 14:26
Dünya
08 İyun 14:05
Xəbər lenti
08 İyun 14:05
Dünya
08 İyun 13:38
Dünya
08 İyun 13:10
Sosial
08 İyun 12:55
Dünya
08 İyun 12:51
Dünya
08 İyun 12:45
Dünya
08 İyun 12:25
İqtisadiyyat
08 İyun 12:21
Sosial
08 İyun 12:20
YAP xəbərləri
08 İyun 12:09
Dünya
08 İyun 11:42
YAP xəbərləri
08 İyun 11:34
İdman
08 İyun 11:19
İqtisadiyyat
08 İyun 11:02
Elm
08 İyun 11:01
Dünya
08 İyun 10:57
Sosial
08 İyun 10:56
Dünya
08 İyun 10:22
Dünya
08 İyun 09:45
YAP xəbərləri
08 İyun 09:27
Dünya
08 İyun 09:17
Dünya
08 İyun 08:50
Dünya
08 İyun 08:25
Dünya
08 İyun 07:46
Dünya
08 İyun 07:30
Hadisə
07 İyun 23:42
Dünya
07 İyun 22:30
Siyasət
07 İyun 21:23
Dünya
07 İyun 20:17
Dünya
07 İyun 19:31
Sosial
07 İyun 18:34
Sosial
07 İyun 17:12
Siyasət
07 İyun 16:13
Dünya
07 İyun 15:40
Dünya
07 İyun 14:27
Dünya
07 İyun 13:31
Dünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19

