Brüssel fəallığını artırır
28.03.2023 [09:50]
Mübariz FEYİZLİ
Postmüharibə dövründə ayrı-ayrı ölkələr və beynəlxalq təşkilatlar Azərbaycanla Ermənistan arasında sülhyaratma prosesində vasitəçi qismində iştirak etməyə çalışırlar. Respublikamız sülhyaratma prosesinə xoş məramla qoşulan, konstruktiv mövqe sərgiləyən bütün vasitəçilərin səylərini qəbul edir və yüksək dəyərləndirir. Məğlub Ermənistanın məsuliyyətsizliyi ucbatından çətin irəliləyən sülhyaratma prosesində vasitəçi qismində iştirak edən beynəlxalq təşkilatlardan biri də Avropa İttifaqıdır (Aİ). Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel martın 25-də Prezident İlham Əliyevə zəng edib. Telefon danışığı əsnasında bir sıra aktual məsələlər müzakirə olunub.
Azərbaycan Brüssel formatına sadiqdir
Xatırladaq ki, indiyədək Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə bir neçə görüşü baş tutub. Liderlər arasında Brüsseldə ilk görüş 2021-ci il dekabrın 14-də keçirildi. Brüssel formatında sonuncu görüş isə 2022-ci il 6 oktyabr tarixində Praqada Azərbaycan Prezidenti İlham Əliyevin, Fransa prezidenti Emmanuel Makronun, Ermənistanın baş naziri Nikol Paşinyanın və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə baş tutdu. Görüşdən sonra verilən bəyanatda bildirildi ki, Azərbaycan və Ermənistan BMT-nin nizamnaməsinə və bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyan 1991-ci il Almatı Bəyannaməsinə sadiqliklərini təsdiq edirlər. Ötən ilin dekabrında isə Brüssel formatında liderlərin gözlənilən görüşü baş tutmadı. Buna səbəb Ermənistanın şərti oldu. Məğlub ölkə Fransa prezidentinin də liderlərin görüşünə qatılmasını təkid etdi. Bu, qeyri-adekvat şərt Azərbaycan tərəfindən qəbul edilmədi. Azərbaycanın sərt mövqeyini şərtləndirən əsas amil odur ki, Fransa özünün münaqişə tərəfi olan Ermənistanın havadarı kimi aparır. Fransa Avropa İttifaqı Şurasının yanvarın 23-də Ermənistana uzunmüddətli missiya göndərilməsi ilə bağlı Azərbaycanla razılaşdırılmayan qərar qəbul etməsində, sözün əsl mənasında, canfəşanlıq göstərdi. Belə birtərəfli qaydada tərəf saxlayan Fransa prezidentinin Brüssel formatında iştirakı hansı məntiqə sığardı? Sağlam məntiq bunu inkar edir. Azərbaycanın mövqeyinə gəldikdə, Prezident İlham Əliyev Brüssel formatını, Şarl Mişelin konstruktiv yanaşmalarını və fəallığını təqdir etdiyini dəfələrlə bildirib. Azərbaycan Fransanın iştirakı olmadan Brüssel formatında müzakirələrin bundan sonra da davam etdirilməsinin tərəfdarıdır. Təsadüfi deyildir ki, Prezident İlham Əliyev bəhs olunan telefon danışığında Azərbaycanın Brüssel prosesini dəstəklədiyini bir daha vurğulayıb.
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Prezident İlham Əliyevə telefon açması Aİ-nin Azərbaycanla Ermənistan arasında sülhyaratma prosesində fəallığını artırmaq niyyətinin ifadəsidir. Telefon danışığı zamanı Şarl Mişel 2023-cü il fevralın 17-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində dövlətimizin başçısı ilə keçirdiyi görüşü məmnunluqla xatırlayıb, 2021-ci il dekabrın 14-dən 2022-ci il avqustun 31-dək olan dövr ərzində üçtərəfli formatda keçirilmiş görüşlərdə müzakirə edilmiş müxtəlif məsələlərə toxunub.
Telefon danışığı zamanı Şarl Mişel Avropa İttifaqının regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunması üçün səylərini bundan sonra da davam etdirəcəyini deyib. Avropa İttifaqı Şurasının Prezidenti Azərbaycanın Laçın-Xankəndi yolu ətrafındakı məsələlərə toxunub və son günlərdə Ermənistanla Azərbaycanın dövlət sərhədində baş vermiş insidentlərlə əlaqədar narahatlığını ifadə edib.
Laçın yolundan 5 minə yaxın nəqliyyat vasitəsi keçib
Postmüharibə dövründə müxtəlif manipulyasiyalara əl atmaqla sülhyaratma prosesini ləngidən Ermənistan azərbaycanlı ekoloqların və vətəndaş cəmiyyəti təmsilçilərinin Qarabağ iqtisadi rayonundakı faydalı qazıntı yataqlarının qeyri-qanuni istismarına, sərvətlərimizin talanmasına və ekologiyaya ziyan vurulmasına etiraz əlaməti olaraq Laçın-Xankəndi yolunda təşkil etdikləri dinc aksiyanı beynəlxalq ictimaiyyətə qərəzli şəkildə təqdim edir. İddia olunur ki, guya azərbaycanlı fəallar Rusiya sülhməramlı kontingentinin müvəqqəti xidmət apardığı Azərbaycan ərazilərində erməniləri blokadada saxlayır və burada humanitar böhran yaşanır. Halbuki belə iddiaların heç bir əsası yoxdur. Aksiyaların keçirildiyi ərazidən təqdim olunan foto və video materiallardan aydın şəkildə görünür ki, burada Beynəlxalq Qızıl Xaç Komitəsinin və Rusiya sülhməramlı kontingentinin avtomobillərinin hərəkətinə hər hansı bir maneə yaradılmır. Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti ilə telefon danışığında bütün bu kimi məqamları qarşı tərəfin diqqətinə çatdırıb. Laçın-Xankəndi yolu ətrafındakı vəziyyətə toxunan Azərbaycan Prezidenti qeyd edib ki, bu yolun guya bağlı olması ilə əlaqədar Ermənistanın irəli sürdüyü iddialar tamamilə yalandır. Belə ki, 2022-ci il dekabrın 12-dən bu günədək Rusiya sülhməramlılarına və Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus 5 minə yaxın nəqliyyat vasitəsi, tibbi yardıma ehtiyacı olan şəxs və onları müşayiət edənlər bu yoldan keçiblər.
Dövlətimizin başçısı Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərinə Ermənistan tərəfindən silah-sursat və şəxsi heyətin daşınması prosesinin hələ də həyata keçirildiyini bildirib.
Ermənistanın eskalasiya cəhdləri
Qalib Azərbaycanın sülh təşəbbüslərinə rəğmən, məğlub Ermənistan postmühaibə mərhələsində də regionda sabitliyə və təhlükəsizliyə təhdidlər yaratmaqda davam edir. Bu ölkədən tez-tez revanşizm çağırışları eşidilir. Məğlub ölkə üçtərəli Bəyanatla üzərinə götürdüyü öhdəliklərə əməl etmir. Hələ də Rusiya sülhməramlı kontingentinin müvəqqəti xidmət apardığı Azərbaycan ərazilərindən erməni hərbi birləşmələri tam çıxardılmayıb. Separatçılar ərazilərimizdə mina terrorunu davam etdirirlər. Prezident İlham Əliyev telefon danışığı zamanı Ermənistan rəhbərliyinin təhlükəli və eskalasiyaya yönəlmiş rəsmi açıqlamalarına diqqət çəkib. Dövlətimizin başçısı qeyd edib ki, 2023-cü il martın 20-də Avropa İttifaqı missiyasının yerləşdiyi Ermənistan-Azərbaycan dövlət sərhədi istiqamətində Ermənistanın növbəti təxribatı zamanı Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu yaralanıb və martın 5-də Azərbaycanın Qarabağ bölgəsində qeyri-qanuni erməni hərbi birləşmələrinin törətdikləri təxribat zamanı 2 hərbi qulluqçumuz şəhid olub. Qeyd olunduğu kimi, bütün bunlar Ermənistanın apardığı təhlükəli siyasətin nəticəsidir.
Xəbər lenti
Hamısına baxDünya
08 Sentyabr 23:32
Dünya
08 Sentyabr 23:10
Dünya
08 Sentyabr 22:56
Dünya
08 Sentyabr 22:23
İqtisadiyyat
08 Sentyabr 21:45
Dünya
08 Sentyabr 21:34
İdman
08 Sentyabr 21:19
İqtisadiyyat
08 Sentyabr 20:42
Dünya
08 Sentyabr 20:31
Dünya
08 Sentyabr 20:17
Sosial
08 Sentyabr 19:50
İqtisadiyyat
08 Sentyabr 19:24
Sosial
08 Sentyabr 19:10
YAP xəbərləri
08 Sentyabr 18:18
Dünya
08 Sentyabr 18:16
YAP xəbərləri
08 Sentyabr 18:09
YAP xəbərləri
08 Sentyabr 17:41
YAP xəbərləri
08 Sentyabr 17:40
Dünya
08 Sentyabr 17:28
Sosial
08 Sentyabr 17:15
Siyasət
08 Sentyabr 17:11
YAP xəbərləri
08 Sentyabr 17:01
YAP xəbərləri
08 Sentyabr 16:59
YAP xəbərləri
08 Sentyabr 16:48
Din
08 Sentyabr 16:47
YAP xəbərləri
08 Sentyabr 16:36
YAP xəbərləri
08 Sentyabr 16:33
Dünya
08 Sentyabr 16:30
Elanlar
08 Sentyabr 15:49
YAP xəbərləri
08 Sentyabr 15:47
Dünya
08 Sentyabr 15:45
Diaspor
08 Sentyabr 15:41
Hadisə
08 Sentyabr 15:34
Elm
08 Sentyabr 15:33
Sosial
08 Sentyabr 15:26
Sosial
08 Sentyabr 15:25
Dünya
08 Sentyabr 15:17
Analitik
08 Sentyabr 14:31
İqtisadiyyat
08 Sentyabr 14:28
Dünya
08 Sentyabr 14:25
Gündəm
08 Sentyabr 14:22
Dünya
08 Sentyabr 14:10
Dünya
08 Sentyabr 13:39
Dünya
08 Sentyabr 13:10
Siyasət
08 Sentyabr 12:42
Dünya
08 Sentyabr 12:14
Hadisə
08 Sentyabr 11:58
Gündəm
08 Sentyabr 11:35
İqtisadiyyat
08 Sentyabr 10:40
İqtisadiyyat
08 Sentyabr 10:18
Analitik
08 Sentyabr 09:44
Analitik
08 Sentyabr 09:20
Sosial
08 Sentyabr 08:53
Sosial
08 Sentyabr 08:35
Sosial
08 Sentyabr 07:25
Dünya
07 Sentyabr 23:39
Dünya
07 Sentyabr 23:15
İdman
07 Sentyabr 22:43
Xəbər lenti
07 Sentyabr 22:30
Dünya
07 Sentyabr 22:17
Dünya
07 Sentyabr 21:59
YAP xəbərləri
07 Sentyabr 21:51
YAP xəbərləri
07 Sentyabr 21:43
YAP xəbərləri
07 Sentyabr 21:41
YAP xəbərləri
07 Sentyabr 21:35
YAP xəbərləri
07 Sentyabr 21:33
Dünya
07 Sentyabr 21:24
YAP xəbərləri
07 Sentyabr 21:09
İqtisadiyyat
07 Sentyabr 21:06
YAP xəbərləri
07 Sentyabr 21:06

