/ / Ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 7 illiyi münasibətilə təntənəli mərasim keçirilib
Ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 7 illiyi münasibətilə təntənəli mərasim keçirilib
11.05.2011 [10:06]
Dünən “Buta” sarayında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 7 illiyi münasibətilə təntənəli mərasim keçirilib.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva, ailə üzvləri və Latviyanın birinci xanımı Lilita Zatlere xatirə şəkli çəkdiriblər.
Dövlət və hökumət nümayəndələrinin, xarici ölkələrdən dəvət olunmuş nüfuzlu qonaqların iştirak etdikləri tədbir ümummilli lider Heydər Əliyevin şərəfli ömür yolunun müxtəlif anlarını əks etdirən fotoxronikanın nümayişi ilə başlayıb.
Mərasimdə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva çıxış edərək müstəqil Azərbaycanın mövcud olduğu 20 il ərzində ölkəmizin böyük uğurlar qazandığını bildirib. Bu gün Azərbaycanın güclü bir dövlət olduğunu vurğulayan Mehriban xanım Əliyeva deyib ki, biz müasir tariximizin hər bir səhifəsində dahi şəxsiyyət Heydər Əliyevin silinməz izlərini görürük. Müstəqilliyimizin ilk illərindəki kəşməkəşli vəziyyəti xatırladan Heydər Əliyev Fondunun prezidenti bildirib ki, ümummilli liderimiz Azərbaycanı böyük bəlalardan xilas etmiş və xalqa güvənərək yeni, müasir tariximizin şanlı səhifələrini yazmağa başlayıb.
Dahi şəxsiyyət Heydər Əliyevin ömür yolunun xalqa və Vətənə xidmət rəmzinə çevrildiyini vurğulayan Mehriban xanım Əliyeva Ulu öndərin adını daşıyan Fondun 7 illik fəaliyyətini xatırlatdı. Azərbaycanın birinci xanımı deyib ki, Fond ötən il də bir sıra irimiqyaslı layihələr həyata keçirib. Mehriban xanım vurğulayıb ki, ötən 7 ildə Fondun ən böyük uğuru Azərbaycan xalqının inamını və hörmətini qazanmasıdır.
Sonra ümummilli lider Heydər Əliyevin fəaliyyətindən bəhs edən film nümayiş olunub.
Prezident İlham Əliyev mərasimdə nitq söyləyib.
Ulu öndər Heydər Əliyevin ölməz xatirəsinə Azərbaycan xalqının dərin hörmət və ehtiramını ifadə edən dövlətimizin başçısı deyib ki, ümummilli lider bütün dövrlərdə doğma xalqına, Vətəninə sədaqətlə xidmət edib. Onun xidmətləri sayəsində Azərbaycan Sovet İttifaqında inkişaf baxımından ən qabaqcıl yerlərə çıxdı, ölkəmizin həyatının bir çox sahələrində sürətli inkişaf müşahidə olunub və beləliklə, ötən əsrin 70-ci illəri tariximizdə tərəqqi dövrü kimi qalıb. O, Sovet İttifaqının ali rəhbərliyində təmsil olunanda da Azərbaycanın inkişafı yolunda mühüm addımlar adıb, onun vəzifədən kənarlaşdırılmasından sonra isə ölkəmiz müxtəlif problemlərlə üzləşib, Dağlıq Qarabağda separatizm meyilləri güclənib. “Lakin Heydər Əliyevin Azərbaycana verdiyi töhfələr xalqın ürəyində yaşayırdı”,- deyən Prezident İlham Əliyev bildirib ki, Ulu öndər bütün dövrlərdə şərəflə yaşayıb, bütün sınaqlardan üzüağ çıxıb.
ümummilli liderin Azərbaycanın siyasi hakimiyyətinə qayıdışını zamanın və xalqın tələbi olduğunu bildirən dövlətimizin başçısı qeyd edib ki, əgər o vaxt Heydər Əliyevin qətiyyəti, cəsarəti və siyasi nüfuzu olmasaydı, müstəqilliyimiz əldən gedə bilərdi. 1993-2003-cü illərin Azərbaycanda sabitlik və inkişaf illəri kimi tarixdə qaldığını deyən Prezident İlham Əliyev bildirib ki, dövlətçiliyimizin, müstəqilliyimizin əsasları məhz, 1993-cü ildə qoyulub və o vaxtdan bu günə qədər Azərbaycan yalnız inkişaf yolu ilə gedir.
Müstəqilliyin bizim üçün ən böyük sərvət olduğunu vurğulayan Prezident İlham Əliyev bildirib ki, bu gün inkişaf edən, güclənən Azərbaycan Heydər Əliyevin xatirəsinə olan hörmətimizin ən gözəl nümunəsidir. Biz bu yolla gedəcəyik. Heydər Əliyevin siyasəti Azərbaycanda yaşayacaq. Biz bu yoldan dönməyəcəyik, Heydər Əliyev siyasətinə daim sadiq qalacağıq.
Sonra Heydər Əliyev mükafatının təqdimatı olub.
Heydər Əliyev Mükafatı Komissiyasının qərarı və Prezident İlham Əliyevin 2011-ci il 10 may tarixli Sərəncamı ilə Azərbaycan ədəbiyyatının inkişafında xüsusi xidmətlərinə görə yazıçı Anar Rəsul oğlu Rzayev Heydər Əliyev Mükafatı ilə təltif olunub.
Dövlətimizin başçısı mükafatı Anar Rzayevə təqdim edib.
Mərasimdə Heydər Əliyev Fondunun fəaliyyətindən bəhs edən film nümayiş olunub.
Daha sonra Heydər Əliyev Fondunun 2009-cu ildə təsis etdiyi “Qızıl çinar” beynəlxalq mükafatının 2011-ci il qalibləri elan olunub.
İlk nominasiyada qalib ümumbəşəri dəyərlərin qorunub saxlanılmasına, sivilizasiyalararası dialoqun genişləndirilməsinə, ölkəmizin YUNESKO ilə əlaqələrinin inkişafına, mədəniyyətlərarası mübadilədə Azərbaycanın uğurlu təqdimatına verdiyi töhfələrə görə YUNESKO-nun keçmiş baş direktoru Koişiro Matsuura elan olunub.
Növbəti nominasiyanın qalibi isə elm, təhsil və mədəniyyət sahəsində əlaqələrin yaradılması və xalqlar arasında dialoqun qurulmasında səmərəli fəaliyyətinə görə İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri elan edilib.
Hər iki qalibə Heydər Əliyev Fondunun beynəlxalq mükafatını Azərbaycanın birinci xanımı Mehriban Əliyeva təqdim edib.
Mükafatlandırma mərasimindən sonra Xalq Artisti Teymur Göyçayevin rəhbərliyi ilə Qara Qarayev adına Azərbaycan Dövlət kamera orkestrinin konserti olub. Konsertdə dünya şöhrətli “İl-divo” qrupunun və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, istedadlı tenor Samir Cəfərovun ifaları da maraqla qarşılanıb.
Xəbər lenti
Hamısına baxDünya
09 Avqust 23:19
Maraqlı
09 Avqust 22:26
Dünya
09 Avqust 21:35
Maraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06

