Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / 47 partiyadan 250 təklif

47 partiyadan 250 təklif

24.11.2022 [10:08]

18 maddədə 66 düzəliş...

Sürətlə dəyişən dünyada siyasi partiyaların rolu

Mübariz ABDULLAYEV

Hazırda beynəlxalq miqyasda baş verən sürətli transformasiyalar dövründə yaşayırıq. Göz önündə dünyanın mənzərəsi dəyişir. Eyni zamanda, cəmiyyətlərdə və qlobal miqyasda proseslərin bir sıra hallarda siyasi qüvvələr tərəfindən istiqamətləndirildiyi də aydın şəkildə müşahidə edilir. Ayrı-ayrı ölkələrdə sağçıların və yaxud solçuların, demokratların və yaxud respublikaçıların hakimiyyətə gəlmələri onların ideyalarının və təməl prinsiplərinin həmin dövlətlərin siyasətində mütləq öz əksini tapır.

Azərbaycanın rəngarəng siyasi palitrası

Təəssüf doğuran haldır ki, bir sıra hallarda siyasi partiyaların fəaliyyətləri bəyanatlar verməkdən və yaxud iqtidarın həyata keçirdiyi siyasətə məqsədyönlü şəkildə əngəl olmaq cəhdlərindən uzağa getmir. Azərbaycanın siyasi həyatında biz bunu ayrı-ayrı marginal qrupların, məsələn, AXCP-nin, qondarma “milli şura”nın timsalında müşahidə edirik. Nə qədər qəribə görünsə də, həmin marginal qruplar ölkəmiz, xalqımız üçün bütün taleyüklü məqamlarda özlərini proseslərdən kənara çəkiblər, ümumi inkişafı hədəfləyən hər hansı bir təşəbbüs irəli sürməyiblər. 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın taleyi həll olunurdu, desək, yanılmarıq. Söhbət 30 il ərzində işğalçılıq siyasəti aparan Ermənistanın növbəti təxribatlarının qarşısının alınmasından, ölkənin ərazi bütövlüyünün təmin olunmasından gedirdi. Həmin günlərdə ölkənin, xalqın ürəyi cəbhədə gedən döyüşlərlə döyünürdü. Vətən müharibəsi günlərində Azərbaycanın siyasi həyatında yer alan 50 partiyanın təmsilçiləri vahid mövqe sərgilədilər, bəyanat qəbul edərək Prezident, Ali Baş Komandan İlham Əliyevin yanında olduqlarını, Ona dəstək verdiklərini bildirdilər. Bu, ölkənin, xalqın milli gücünün toparlanması, vahid amal uğrunda birləşməsi demək idi. Bütün dünya gördü ki, Azərbaycan cəmiyyəti ölkənin suverenliyinin, ərazi bütövlüyünün təmin edilməsi uğrunda yumruq kimi birləşib və mübarizəyə qalxıb. Sözügedən marginal qruplar isə siyasi partiyaların birliyinə qoşulmadılar, bununla da özlərini xalqdan, cəmiyyətdən təcrid etdilər. Belə qrupların hərəkətləri heç bir halda siyasi fəaliyyət anlamı ilə bir araya sığa bilməz.

Bəs siyasi partiyaların fəaliyyəti cəmiyyət üçün hansı aspektlərdən önəmli ola bilər? Təbii ki, hər bir partiya siyasət meydanına atılarkən özü üçün konkret məqsədlər və fəaliyyət istiqamətləri müəyyənləşdirir. Respublikamızın siyasi palitrası rəngarəngdir, qanunvericiliyin tələblərinə riayət edən bütün partiyaların fəaliyyətinə “yaşıl işıq” yandırılıb, aparılan ardıcıl islahatlar, görülən dövlət dəstəyi tədbirləri siyasi konfiqurasiyanın davamlı şəkildə təkmilləşməsini təmin edir. Yuxarıdakı sualın cavabı olaraq isə bir sıra məqamları sadalaya bilərik:

- Fikir, təcrübə mübadiləsi;

- Siyasi konfiqurasiyanın formalaşmasına qoşulmaq;

- Dövlət-cəmiyyət münasibətlərinin tənzimlənməsində yer almaq;

- Cəmiyyətdə sabitləşdirici funksiya yerinə yetirmək, milli həmrəyliyin və siyasi konsensusun təmin olunmasında iştirakçılıq;

- Yeni qanunvericilik bazasının yaradılmasına töhfə vermək;

- Ölkələrin inkişaf səviyyəsinə uyğun iqtisadi proqramlar hazırlamaq;

- Humanitar, ekoloji təşəbbüslər irəli sürmək və onların icrasına qüvvələri səfərbər etmək və s.

Siyasi partiyalar üçün yeni qlobal çağırışlar

Dünyanın əksər bölgələrində müşahidə edilən proseslər, yaşanan geosiyasi kataklizmlər proseslərə təsir göstərən bütün subyektlər, o cümlədən də siyasi partiyalar üçün yeni çağırışlar meydana çıxarıb. Bir sıra hallarda bu çağırışlar milli çərçivələrlə məhdudlaşmır, qlobal səciyyə daşıyır. Xüsusilə də qlobal güc mərkəzləri sayılan ölkələrdə hansı siyasi partiyanın hakimiyyətə gəlməsi böyük önəm daşıyır və bu müəyyən mənada dünya hadisəsinə çevrilir. Belə ki, həmin güc mərkəzlərinin siyasi hakimiyyətləri dünyanın gündəliyinin müəyyənləşməsinə öz təsirlərini göstərirlər. Beləliklə, indiki dövrdə siyasi partiyalar üçün qlobal çağırışların aktuallığı artıb. Azərbaycan Prezidenti İlham Əliyev Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) Bakı şəhərində keçirilən “Təhlükəsizlik və əməkdaşlıq: siyasi partiyaların rolu” mövzusunda xüsusi konfransının iştirakçılarına ünvanladığı məktubunda siyasi partiyalar üçün yaranan yeni qlobal çağırışlara diqqət çəkib. Dövlət başçımızın qeyd etdiyi kimi, beynəlxalq münasibətlər sistemində ciddi təlatümlərlə müşayiət olunan yeni dünya nizamının formalaşdığı hazırkı dövrdə siyasi partiyaların və beynəlxalq təşkilatların müxtəlif səviyyələrdə öz mövqelərini və hadisələrə təsir imkanlarını yenidən dəyərləndirmələrinə ehtiyac yaranmışdır. “Dövlətlərin üzləşdikləri müasir qlobal çağırışlar arasında sülh və təhlükəsizlik problemləri beynəlxalq münasibətlərin bütün sahələrinə və iştirakçılarına təsir göstərən ən aktual məsələlərdəndir”, - deyə fikirlərinə davam edən Prezident İlham Əliyev vurğulayıb.

Bu çağırışlar 2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində uzun illər məruz qaldığı hərbi təcavüzə son qoyaraq ərazilərini işğaldan azad etməklə BMT Təhlükəsizlik Şurasının 30 ilə yaxın müddət ərzində icra edilməyən dörd qətnaməsinin tələblərini həyata keçirmiş Azərbaycan, eləcə də bütün Cənubi Qafqaz regionu üçün həssas və prioritet məsələdir. Qalib Azərbaycan postmüharibə dövründə sülhə davamlı çağırışlar edir. Yaxşı haldır ki, ölkəmizdəki əksər siyasi partiyalar dövlətin sülhyaratma prosesləri ilə bağlı ardıcıl səylərini dəstəkləyir və buna öz töhfələrini verməyə çalışırlar. Yeni qlobal çağırışlar fonunda dünya ölkələrinin siyasi partiyalarının koordinasiyalı fəaliyyəti də mühüm önəm daşıyır. Məhz birgə səylərlə qlobal təhdidlərin qarşısını almaq mümkündür. Bu baxımdan Bakıda ICAPP-ın “Təhlükəsizlik və əməkdaşlıq: siyasi partiyaların rolu” mövzusunda xüsusi konfransının keçirilməsi təqdirəlayiq haldır. Qeyd edək ki, ICAPP Asiya regionunda 370-dən çox siyasi partiyanı bir araya gətirən nüfuzlu beynəlxalq təşkilat olaraq dövlətlərin aparıcı siyasi partiyaları səviyyəsində aktual regional və qlobal məsələlərin müzakirə edildiyi, fikir və təcrübə mübadiləsinin aparıldığı əhəmiyyətli platformadır. ICAPP-ın yaratdığı geniş diskussiya mühitinin əhatə dairəsi təkcə Asiya ilə məhdudlaşmır, onun tədbirlərində müntəzəm olaraq Afrika, Avropa və Latın Amerikası ölkələri siyasi partiyalarının da təmsilçiləri iştirak edirlər.

Yeni qanun layihəsində 18 maddədə 66 dəyişiklik

Partiyaların funksionallığının təmin edilməsində siyasi sistemin təkmilləşdirilməsi və qanunvericilik bazasının yenilənməsi xüsusi əhəmiyyət daşıyır. Respublikamızda siyasi konfiqurasiyanın ölkənin reallıqlarına və qlobal çağırışlara adekvatlığının təmin olunması hədəflənib. Bu məqsədlə praktiki müstəvidə ardıcıl tədbirlər həyata keçirilir. “Siyasi partiyalar haqqında” yeni qanunun qəbul edilməsi də ölkəmizin gündəliyində duran məsələdir. Respublikamızda müvafiq qanun 30 il bundan əvvəl qəbul olunub. Ötən dövrdə ölkənin həyatında fundamental dəyişikliklər baş verib. O cümlədən respublikamızda Prezident İlham Əliyevin təşəbbüsü və birbaşa rəhbərliyi ilə geniş məzmunlu siyasi islahatlar aparılır. Ölkədə iqtidar-müxalifət dialoqu davamlı prosesə çevrilib. Altıncı çağırış Milli Məclisin hazırkı tərkibi müxtəlif partiyaların təmsilçiliyi ilə formalaşıb. Bu gün parlamentin və onun komitələrinin rəhbərliyində, həm də müxalifət partiyalarından seçilən deputatlar yer alırlar. Bütün bunlar respublikamızda yeni siyasi konfiqurasiyanın formalaşmasına, bütövlükdə siyasi palitranın rəngarəngliyinə dəlalət edir. Hakim Yeni Azərbaycan Partiyası ilə yanaşı, ayrı-ayrı müxalifət partiyaları da Azərbaycanın həyatının, ölkədə gedən proseslərin fəal iştirakçılarına çevriliblər. Dövlət, şəxsən Prezident İlham Əliyev onda maraqlıdır ki, respublikamızda gedən müsbət proseslər geniş vüsət alsın və siyasi konfiqurasiya daha da təkmilləşsin. “Siyasi partiyalar haqqında” 1992-ci ildə qəbul olunan qanun isə indiki dövrün tələbləri ilə ayaqlaşmır. Siyasi partiyaların meydana çıxan indiki çağırışlara uyğun səmərəli fəaliyyətinin təmin olunması üçün yeni qanunun qəbul edilməsinə ehtiyac yaranıb. Buna görə də parlamentdə təmsil olunan bütün siyasi partiya nümayəndələrinin müraciəti əsasında “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi hazırlanıb. Sənədin ictimai əhəmiyyəti nəzərə alınaraq qanun layihəsi ilə bağlı siyasi partiyaların, Qeyri-Hökumət Təşkilatlarının, politoloqların və sosial media nümayəndələrinin iştirakı ilə ictimai dinləmələr keçirilib. Noyabrın 23-də isə “Siyasi partiyalar haqqında” qanun layihəsi artıq təkmilləşmiş variantda parlamentin İctimai birliklər və dini qurumlar, Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin birgə iclasında müzakirəyə çıxarılıb. “Azərbaycan Avropa məkanının tərkib hissəsi olduğu üçün, ilk növbədə, Avropanın qabaqcıl dövlətlərinin təcrübəsi, ölkəmizdəki siyasi sistemin prinsipləri mütləq nəzərə alınmalı idi. Sənəd hazırlanarkən 20-yə yaxın ölkənin təcrübəsi öyrənilib”. Bu fikirləri Milli Məclis sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli ifadə edib.

Qanun layihəsinin təkmilləşdirilmiş variantında ictimai müzakirələr zamanı irəli sürülən təkliflər nəzərə alınıb. Verilən məlumata görə, yeni qanun layihəsi ilə bağlı 47 siyasi partiyadan 250-ə qədər təklif gəlib, 18 maddədə 66 dəyişiklik edilib və bu, son deyil.  Yeni qanun layihəsindəki dəyişikliklər partiyaların qeydiyyata alınması, onların maliyyələşmə yolları, parlamentdə təmsilçilikləri, partiyalara üzvlük və bu kimi digər mühüm istiqamətləri əhatə edir.

Paylaş:
Baxılıb: 167 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Analitik

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Moldova böhranı

02 Dekabr 10:50

Xarici siyasət

Pelosinin xələfi...

02 Dekabr 10:41

Siyasət

Siyasət

Siyasət

Prezident bu gün

Prezident bu gün

02 Dekabr 10:16

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31