Azərbaycan 2011-ci ildə 60 milyon tona yaxın neft ixrac edəcək
21.12.2010 [09:45]
Dünya bazarında neftin qiymətinin bir barelinin 92 dolları ötməsi və ekspertlərin beynəlxalq birjalarda qiymətlərin yenidən qalxacağına dair nikbin proqnozları neft hasil edən dövlətlər, o cümlədən, Azərbaycan üçün əlverişli perspektivlərə yol açır. İqtisadiyyatında neft sektorunun xüsusi çəkiyə malik olduğu respublikamızın əldə etdiyi dividentlərin əsas bazasını da neft satışından daxil olan vəsaitlər təşkil edir. İndiki şəraitdə ölkəmizdə hasilatın artırılması üçün əlverişli şərait mövcuddur və bu tendensiya Azərbaycanın potensial ixracatçı dövlət kimi 2011-ci ildə yanacaq satışından milyardlarla dollar əlavə divident qazanmasına zəmin yaratmış olur.
Artıq hökumət 2011-ci ildə ölkənin enerji balansının əsas istiqamətlərini müəyyənləşdirib və burada daxili ehtiyatların təminatı ilə yanaşı, ixrac olunacaq neft-qaz və digər enerji resurslarının həcminə dair proqnozlar da öz əksini tapıb. Gələn il Azərbaycanda neft hasilatının həcmi 60 milyon tona yaxın proqnozlaşdırlır. Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib ki, hazırda dünya enerji bazarında aparıcı yer tutan Azərbaycanın qarşıdakı yaxın illərdə hasilatı 20-30 faiz artırması üçün potensial enerji mənbələri mövcuddur. X.Yusifzadənin sözlərinə görə, hazırda Azərbaycanda neft hasilatı 50 milyon tondan çoxdur. Qaz hasilatı isə 25 milyard kubmetrə yaxındır. Bu gün Azərbaycandan neft və neft məhsulları dünyanın 30 ölkəsinə ixrac edilir, qaz isə Gürcüstana, Türkiyəyə, Rusiyaya, İrana və Yunanıstana nəql olunur. Bu real göstəricilər Azərbaycanın zəngin enerji resursları ilə bölgədə böyük neft və qaz hasil, həmçinin, ixrac edən ölkəyə çevrildiyini şərtləndirir. X.Yusifzadənin fikrincə, yeni inkişaf mərhələsində ölkəmizin enerji siyasətində neft və qaz sənayesi mühüm əhəmiyyət kəsb edir. ölkəmiz Avropa İttifaqı ölkələrinin qazla təmin edilməsi üçün daha əlverişli marşrutlar araşdırır. Azərbaycan, həmçinin, İpək yolu və Cənub dəhlizinin yaradılması strategiyasını dəstəkləyir. Digər layihələr sırasına isə Türkiyə-Yunanıstan-İtaliya, “NABUCCO”, TransAdriatik qaz kəməri, “Ağ axın” layihələri və eləcə də, sıxılmış maye qazın Gürcüstan, Bolqarıstan və Rumıniyaya nəqlini nəzərdə tutan AGRİ layihələri və digərləri daxildir. X.Yusifzadə deyib ki, Azərbaycan Avropa ölkələrinin və digər regionların etibarlı qaz təminatının yaradılması üçün nəql axınlarının diversifikasiyasının tərəfdarıdır. 2011-ci ildə hər iki yanacaq növünün ixracı artacaq və bu ehtiyatlar Qərbi, Şərqi və Mərkəzi Avropa dövlətləri ilə yanaşı, uzaq Asiya, Yaxın Şərq və Mərkəzi Asiya regionu dövlətlərinə ixrac olunacaq.
Sənaye və energetika naziri Natiq Əliyev isə bildirib ki, ölkəmiz gələn ildən başlayaraq mövcud neft marşrutları ilə yanaşı, digər ixrac kəmərlərinin rentabelliyi məsələsini nəzərdən keçirəcək. Yəni, 2011-ci ildə neft resurslarının nəqlinin artması yanacağın əlavə marşrutlarla ixracını ortaya çıxarmış olacaq. Natiq Əliyev nəzərdə tutulan əsas ixrac marşrutlarından biri kimi çoxşaxəli Yaxın Şərq-Afrika nəql kəmərinin gücündən istifadənin mümkünlüyünü bildirib. Sənaye və energetika nazirinin qənaətinə görə, Azərbaycan Asiyanın bir çox dövlətlərində neft terminalları yaratmağa başlayıb. Yanacaq tankerlərlə həmin terminallara çatdırıldıqdan sonra strateji nəql marşrutlarına vurulacaq və beləliklə, bölgədə bir çox dövlətlərin ehtiyaclarını ödəyəcək. Bu cür marşrutlardan ən sərfəlisi və rentabellisi Aralıq-Qırmızı dəniz akvatoriyasındakı çoxşaxəli nəql infrastrukturu hesab olunur. Həmin marşrut birbaşa Misir və digər qonşu dövlətləri əhatə edir.
Azərbaycan hökuməti ilə Misir arasında əldə olunmuş razılığa əsasən, ölkəmizə məxsus yanacaq ehtiyatları Aralıq dənizi vasitəsilə bu dövlətə çatdırılacaq. Yəni, Bakı-Tbilisi-Ceyhan kəmərinin perspektivdə nəql gücünün artırılması və bu kəmərin digər ixrac marşrutları ilə birləşdirilməsi hazırda ən real layihədir. Bir neçə ay əvvəl Misirin neft naziri S.Fəhminin ölkəmizə səfəri zamanı bu məsələyə dair birgə razılaşma əldə olunub. Tərəflərin razılığına əsasən, Azərbaycan neftinin Misirin Aralıq və Qırmızı dəniz sahillərindəki dəniz limanı infrastrukturlarına çatdırılması nəzərdə tutulur. Neft burada inşa olunan terminallara boşaldılacaq.
Qeyd edək ki, hazırda yanacaq az da olsa, Misirin Aralıq dənizi sahilində yerləşən “MİDOR-Middle East Oil Refinery” neftayırma zavodunda emal olunur. Amma yanacağın böyük həcmdə və davamlı şəkildə emalı üçün iri komplekslər şəbəkəsi yaradılacaq. Artıq Misirin “SUMED-Arab Petrolium Co.”, “Enppi-Engineering for the Petroleum and Process İndustries” və “Petrojet” şirkətləri komplekslərin tikintisinə başlayıb. Bu şirkətlər, eyni zamanda, məşhur “OGS-Egyptian Oil and Gas Skills Company” korporasiyası neftlə yanaşı, qazın qəbulu, emalı və nəqli ilə bağlı konsorsium da yaradıblar və yaxın müddətdə ölkəmizə məxsus mavi yanacaq Misirə ixrac olunacaq.
Göründüyü kimi, bu gün Avropa dövlətlərinin yanacaq təminatında həlledici rol oynayan Azərbaycan hər il zəngin neft və qaz ehtiyatlarının həcmini artırmaqla, yeni ixrac marşrutlarının yaradılmasına imza atır. Respublikamız diversifikasiya siyasəti yürüdərək bölgənin geocoğrafi xəritəsini dəyişir, dünya yanacaq bazarına yeni keyfiyyət dəyişiklikləri gətirir. Bu faktorlar, eyni zamanda, Azərbaycanın 100, 200 il dünya bazarında böyük qaz tədarükçüsü kimi etibarlı təchizatçı olacağına dərin əsaslar yaradır.
Elbrus CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
08 İyun 23:32
Dünya
08 İyun 23:17
Müsahibə
08 İyun 22:45
Dünya
08 İyun 22:31
Dünya
08 İyun 22:18
Elanlar
08 İyun 22:01
Dünya
08 İyun 21:50
Sosial
08 İyun 21:29
İqtisadiyyat
08 İyun 21:10
Dünya
08 İyun 20:42
İdman
08 İyun 20:35
Dünya
08 İyun 20:17
YAP xəbərləri
08 İyun 20:02
Dünya
08 İyun 19:50
Dünya
08 İyun 19:23
Hadisə
08 İyun 19:05
Dünya
08 İyun 18:35
Dünya
08 İyun 17:19
Maraqlı
08 İyun 16:30
YAP xəbərləri
08 İyun 16:10
YAP xəbərləri
08 İyun 15:57
YAP xəbərləri
08 İyun 15:42
Siyasət
08 İyun 15:41
YAP xəbərləri
08 İyun 15:33
Dünya
08 İyun 15:27
YAP xəbərləri
08 İyun 15:13
Dünya
08 İyun 15:09
Dünya
08 İyun 14:48
Dünya
08 İyun 14:34
İdman
08 İyun 14:30
Dünya
08 İyun 14:26
Dünya
08 İyun 14:05
Xəbər lenti
08 İyun 14:05
Dünya
08 İyun 13:38
Dünya
08 İyun 13:10
Sosial
08 İyun 12:55
Dünya
08 İyun 12:51
Dünya
08 İyun 12:45
Dünya
08 İyun 12:25
İqtisadiyyat
08 İyun 12:21
Sosial
08 İyun 12:20
YAP xəbərləri
08 İyun 12:09
Dünya
08 İyun 11:42
YAP xəbərləri
08 İyun 11:34
İdman
08 İyun 11:19
İqtisadiyyat
08 İyun 11:02
Elm
08 İyun 11:01
Dünya
08 İyun 10:57
Sosial
08 İyun 10:56
Dünya
08 İyun 10:22
Dünya
08 İyun 09:45
YAP xəbərləri
08 İyun 09:27
Dünya
08 İyun 09:17
Dünya
08 İyun 08:50
Dünya
08 İyun 08:25
Dünya
08 İyun 07:46
Dünya
08 İyun 07:30
Hadisə
07 İyun 23:42
Dünya
07 İyun 22:30
Siyasət
07 İyun 21:23
Dünya
07 İyun 20:17
Dünya
07 İyun 19:31
Sosial
07 İyun 18:34
Sosial
07 İyun 17:12
Siyasət
07 İyun 16:13
Dünya
07 İyun 15:40
Dünya
07 İyun 14:27
Dünya
07 İyun 13:31
Dünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19

