/ / Milli mənəvi dəyərlərimizin qorunması və inkişafı Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir
Milli mənəvi dəyərlərimizin qorunması və inkişafı Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir
23.10.2010 [11:07]
Dünən Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə Şamaxı Cümə məscidində aparılan bərpa və yenidənqurma işlərinin gedişi ilə tanış olublar.
Məlumat verilib ki, Azərbaycan ərazisində, bütövlükdə Cənubi Qafqazda və Yaxın Şərqdə ən qədim müsəlman məbədlərindən olan Cümə məscidi 743-cü ildə inşa edilib. 1859-cu və 1902-ci illərdə baş verən zəlzələlər Cümə məscidinə ciddi ziyan vurub. Sonralar məscid Azərbaycanın ilk ali təhsilli memarı Zivər bəy Əhmədbəyovun və Polşa mühəndisi İosif Ploşkonun layihəsi əsasında yenidən bərpa olunub. Cümə məscidində keçən əsrin 70-80-ci illərində aparılan qazıntılar zamanı onun həyətində mədrəsə, xeyli hücrə və qəbirlər aşkarlanıb. 1918-ci ilin martında ermənilər tərəfindən Şamaxıda törədilən soyqırımı və talanlar zamanı ən böyük qırğın Cümə məscidində törədilib. Şamaxılıların Allah evi kimi məscidə sığınmasından istifadə edən ermənilər burada yanğın törədərək, təxminən 1700 nəfər günahsız insanı qətlə yetiriblər. Sovet dövründə məlum səbəblərdən təyinatı üzrə istifadə olunmayan məscid dağılmaq təhlükəsi ilə üzləşib.
Azərbaycanın bütün sahələrdə inkişafına, o cümlədən milli mənəvi dəyərlərimizin qorunmasına böyük diqqət və qayğı göstərən ümummilli lider Heydər Əliyevin tapşırığı və təşəbbüsü ilə 1980-ci ildə bu tarixi abidə təmir olunub. Milli mənəvi dəyərlərimizin qorunması və inkişafı Prezident İlham Əliyevin də daim diqqət mərkəzindədir. Dövlətimizin başçısının təşəbbüsü və tapşırıqlarına əsasən paytaxtda və digər bölgələrimizdə onlarla məscid, dini məbəd, tarixi abidə, ziyarətgah inşa edilib, bərpa olunub və yenidən qurulub. Prezident İlham Əliyevin ötən il Şamaxıya səfəri çərçivəsində Cümə məscidində olması və bu dövlət tarix-memarlıq abidəsinin bərpası ilə əlaqədar tədbirlər haqqında Sərəncam imzalaması da bu nəcib amaldan qaynaqlanır.
Heydər Əliyev Fondunun bu istiqamətdə həyata keçirdiyi layihələri də xüsusi qeyd etmək lazımdır. Fondun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun milli mənəvi dəyərlərimizin qorunması, dini memarlıq abidələrimizin bərpası istiqamətində həyata keçirdiyi layihələr və tədbirlər, ilk növbədə xalqımızın əsrlərlə formalaşan zəngin irsinin və mədəniyyətinin qorunmasına və gələcək nəsillərə ötürülməsinə xidmət edir. Fondun “Tolerantlığın ünvanı: Azərbaycan” layihəsi çərçivəsində Şamaxıdakı Cümə məscidində aparılan yenidənqurma işləri Azərbaycan-Şərq memarlığının incisi olan bu abidəyə də ikinci həyat verir.
Məlumat verilib ki, məscidin ibadət yeri 1316 kvadratmetrdir. Təxminən bir hektar ərazisi olan məsciddə bərpa və yenidənqurma işləri sürətlə davam edir. Artıq köhnə yardımçı binalar sökülüb və onun yerində yeniləri inşa olunur. Köhnə günbəzin yenisi ilə əvəz olunması ilə bağlı betonlama işləri də başa çatıb. Növbəti mərhələdə yeni günbəzin tikintisinə başlanacaq. Məscidin üstündəki günbəz qədim memarlıq üslubundakı naxış və ornamentlərlə bəzədiləcək. Məscidin 36 metr hündürlüyündə olacaq iki minarəsinin artıq özülü qoyulub. Minarələrin davamlılığını artırmaq məqsədi ilə 15 metr dərinliyində özül-bərkitmə işləri aparılıb. Cümə məscidini üç tərəfdən əhatə edən tağvarı dəhlizlər inşa olunur. Onlardan artıq dördü tikilib, beşincisi tamamlanmaq üzrədir, altıncısının isə bu yaxınlarda inşasına başlanacaq.
Bildirilib ki, məscidin ərazisində konfrans zalı, kitabxana, dəstəmaz yerləri və digər otaqlar tikiləcək. Şamaxı seysmik zona olduğu üçün məscidin bünövrəsi bir metr dərinliyində dəmir-beton konstruksiyalarla möhkəmləndirilib. Yeni layihəyə görə, məscidin qarşısında üstündə günbəz olan dörd metrlik giriş qapısı da olacaq. Ərazidəki qədim hücrələr də bərpa olunaraq ətrafda geniş abadlıq işləri aparılacaq.
Cümə məscidində aparılan bərpa və yenidənqurma işlərinin yüksək keyfiyyətlə, Azərbaycanın çoxəsrlik milli memarlıq irsi ənənələrinə uyğun şəkildə yerinə yetirilməsi üçün dövlətimizin başçısının Sərəncamı ilə Prezidentin Ehtiyat Fondundan Şamaxı Rayon İcra Hakimiyyətinə 4 milyon manat vəsait ayrılıb. Bu da bütün dövrlərdə əhali arasında müqəddəs ibadət yeri kimi tanınan və yüksək ehtiram göstərilən, memarlıq üslubu, qədimliyi və orijinallığı ilə seçilən Şamaxı Cümə məscidinin mükəmməl surətdə yenidən qurulmasına imkan verəcək.
Xəbər lenti
Hamısına baxDünya
05 Avqust 23:51
Dünya
05 Avqust 23:15
Dünya
05 Avqust 22:58
Dünya
05 Avqust 22:36
YAP xəbərləri
05 Avqust 22:23
İdman
05 Avqust 22:19
Dünya
05 Avqust 21:57
İqtisadiyyat
05 Avqust 21:37
Dünya
05 Avqust 21:28
Elm
05 Avqust 21:22
İqtisadiyyat
05 Avqust 20:50
Dünya
05 Avqust 20:47
Dünya
05 Avqust 20:15
Dünya
05 Avqust 19:50
İqtisadiyyat
05 Avqust 19:29
Dünya
05 Avqust 19:15
Dünya
05 Avqust 18:53
Turizm
05 Avqust 18:49
İqtisadiyyat
05 Avqust 18:48
Sosial
05 Avqust 18:45
Mədəniyyət
05 Avqust 18:33
Dünya
05 Avqust 18:20
Dünya
05 Avqust 18:11
Dünya
05 Avqust 17:49
İqtisadiyyat
05 Avqust 17:28
Sosial
05 Avqust 17:25
Dünya
05 Avqust 17:10
Dünya
05 Avqust 16:50
Elm
05 Avqust 16:41
İqtisadiyyat
05 Avqust 16:37
Sosial
05 Avqust 16:30
Dünya
05 Avqust 16:26
İdman
05 Avqust 16:06
İqtisadiyyat
05 Avqust 15:55
Dünya
05 Avqust 15:54
Mədəniyyət
05 Avqust 15:50
Elm
05 Avqust 15:45
Sosial
05 Avqust 15:45
Dünya
05 Avqust 15:32
İqtisadiyyat
05 Avqust 15:23
İdman
05 Avqust 15:20
Dünya
05 Avqust 14:59
Siyasət
05 Avqust 14:57
İdman
05 Avqust 14:55
İqtisadiyyat
05 Avqust 14:50
Sosial
05 Avqust 14:48
Turizm
05 Avqust 14:45
Mədəniyyət
05 Avqust 14:44
Elm
05 Avqust 14:42
İqtisadiyyat
05 Avqust 14:29
Dünya
05 Avqust 14:24
Siyasət
05 Avqust 14:10
İqtisadiyyat
05 Avqust 13:58
Dünya
05 Avqust 13:54
Elm
05 Avqust 13:45
İdman
05 Avqust 13:35
Dünya
05 Avqust 13:29
İqtisadiyyat
05 Avqust 13:25
Elm
05 Avqust 13:25
Mədəniyyət
05 Avqust 12:58
İqtisadiyyat
05 Avqust 12:55
Xəbər lenti
05 Avqust 12:55
İdman
05 Avqust 12:55
Elm
05 Avqust 12:48
Dünya
05 Avqust 12:45
İdman
05 Avqust 12:35
Mədəniyyət
05 Avqust 12:33
Dünya
05 Avqust 12:25
Sosial
05 Avqust 12:25
İqtisadiyyat
05 Avqust 12:10

