Regionda uğurlu əməkdaşlıq nümunəsi
16.04.2022 [00:05]
Azərbaycanla Gürcüstan arasında həm ikitərəfli, həm də çoxtərəfli formatda əldə olunmuş razılıqlar uğurla həyata keçirilir
ÜMİD
Bu gün Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində müstəqil siyasət həyata keçirən güclü və nüfuzlu dövlət, etibarlı tərəfdaş kimi tanınır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kurs ölkəmizin maraqlarının təmin olunmasına xidmət edir, qarşıya qoyulan milli-strateji hədəflərə çatmağa imkan verir, Azərbaycanın beynəlxalq mövqeyinin daha da möhkəmlənməsini təmin edir. Bütövlükdə, respublikamızın strateji tərəfdaşlıq əlaqələri güclənir, dostlarının və tərəfdaşlarının sayı artır. Bunlarla yanaşı, Azərbaycan ikitərəfli münasibətlərini inkişaf etdirməklə bərabər, beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı-faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir. Bu, Azərbaycanın regional və qlobal müstəvidə əməkdaşlığın dərinləşdirilməsinə, sülhün və təhlükəsizliyin qorunmasına mühüm töhfələr verdiyini göstərir. Avrasiyanın yeni enerji və nəqliyyat-kommunikasiya xəritəsini yaradan Azərbaycanın iştirakı olmadan regionda hər hansı bir geostrateji əhəmiyyətli layihə reallaşdırıla bilməz. Ölkəmizin təşəbbüsü və liderliyi ilə həyata keçirilən layihələr beynəlxalq təhlükəsizliyin möhkəmlənməsi və əməkdaşlığın dərinləşdirilməsi baxımından olduqca mühüm əhəmiyyətə malikdir.
Digər tərəfdən, Azərbaycan möhtəşəm qələbə qazanmaqla tarixi ədalətin və ərazi bütövlüyünün bərpasına nail olub. Şübhəsiz, bu tarixi qələbə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kursun məntiqi nəticəsidir. Beləliklə, Azərbaycan olduqca mühüm geostrateji reallıqlar yaradıb. Yeni reallıqlar təkcə Azərbaycan dövləti deyil, həm də region xalqları və ölkələri üçün gələcək inkişaf və rifah naminə strateji əhəmiyyət daşıyır, mühüm perspektivlər vəd edir. Bütün bunların məntiqi nəticəsi kimi, ölkəmizlə qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətləri beynəlxalq münasibətlər sisteminin aparıcı dövlətləri və güc mərkəzləri üçün də strateji əhəmiyyət daşıyır. Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı dövlətləri və nüfuzlu təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı və inkişaf mənbəyi adlandırırlar. Həmin geosiyasi subyektlər Azərbaycanla əməkdaşlığın əhəmiyyətini yüksək qiymətləndirir, ölkəmizin Cənubi Qafqaz və Xəzər dənizi regionunda əvəzolunmaz tərəfdaş kimi böyük dəyərə malik olduğunu bəyan edirlər.
Azərbaycan regionda ikitərəfli və üçtərəfli əməkdaşlıq formatlarının da əsas təşəbbüskarı və aparıcı fiqurudur. Müxtəlif regional əməkdaşlıq formatları məhz Azərbaycanın təşəbbüsü ilə yaranıb. Mühüm məqamlardan biri ölkəmizin region dövlətləri ilə əlaqələrinin inkişaf etməsidir. Bu baxımdan, Azərbaycanla Gürcüstan arasında qarşılıqlı-faydalı əməkdaşlıq ayrıca qeyd edilməlidir. İki ölkə regional təhlükəsizliyin təmin olunması, iqtisadi-ticari əlaqələrin genişləndirilməsi kimi istiqamətlərdə sıx əməkdaşlıqda maraqlı olduqlarını nümayiş etdirirlər. Müxtəlif dövrlərdə qarşılıqlı səfərlər təşkil edilir, təhlükəsizliyə və əməkdaşlığa dair ən aktual məsələlərlə əlaqədar fikir mübadiləsi, məsləhətləşmələr aparılır.
Bununla yanaşı, Azərbaycan Gürcüstana ən fəal və davamlı investisiya yatıran ölkə kimi mühüm mövqeyə malikdir. Eyni zamanda, Azərbaycanla Gürcüstan Xəzər-Qara dəniz, Şərq və Qərbi əhatə edən daha geniş coğrafiyada strateji layihələri gerçəkləşdirməklə bölgədə təhlükəsizliyin, sabitliyin möhkəmlənməsinə mühüm töhfə verirlər. Bu, Bakı-Tbilisi geosiyasi xəttində diplomatik təmasların Cənubi Qafqazda inkişafa, inteqrasiyaya və əməkdaşlığa xidmət etdiyini göstərir.
Prezident İlham Əliyevin aprelin 15-də Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvilini qəbulu zamanı da bu məsələlər diqqət mərkəzində olub. Dövlətimizin başçısı Azərbaycan-Gürcüstan əlaqələrinin geniş gündəliyə malik olduğunu qeyd edərək həm ikitərəfli, həm də çoxtərəfli formatda əldə olunmuş razılıqların uğurla həyata keçirildiyini bildirib və bu baxımdan, ilk növbədə, ölkələrimizin icra etdiyi birgə nəqliyyat və enerji layihələrinin önəmini vurğulayıb. Prezident İlham Əliyev Azərbaycanla Gürcüstan arasında yükdaşımalarının həcminin, mövcud infrastrukturun buraxılış qabiliyyətinin artırılmasının zəruriliyini qeyd edib və bunun üçün yaxşı əsasın yaradıldığını bildirib. Dövlətimizin başçısı, eyni zamanda, ticarət dövriyyəsinin artımından məmnunluğunu ifadə edərək onun həcminin daha da çoxaldılması perspektivlərinin müəyyənləşdirilməsinin vacibliyini qeyd edib.
Ölkələrimiz arasında sıx əlaqələrin mövcudluğunu vurğulayan Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili isə bütün sahələrdə, o cümlədən iqtisadi sferada əlaqələrin uğurla inkişaf etdiyini bildirib, ölkələrimiz arasında həyata keçirilən enerji və nəqliyyat layihələrinin həm regional, həm də qlobal əhəmiyyətini qeyd edib. Qonaq, eyni zamanda, ticarət dövriyyəsinin artırılması üçün də böyük potensialın mövcud olduğunu bildirib. Görüşdə kənd təsərrüfatında və iqtisadiyyatın digər sahələrində birgə layihələrin həyata keçirilməsinin əhəmiyyəti, Azərbaycan-Gürcüstan iqtisadi əməkdaşlığının hər iki ölkənin iqtisadi inkişafında vacib rolu qeyd edildi.
Beləliklə, Azərbaycan-Gürcüstan münasibətləri uğurlu regional əməkdaşlıq nümunəsidir və yaxşı perspektivlərə malikdir.
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

