Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev Yaponiyanın ölkəmizdəki səfiri Masamitsu Okini diplomatik fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib

Prezident İlham Əliyev Yaponiyanın ölkəmizdəki səfiri Masamitsu Okini diplomatik fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib

01.10.2010 [11:59]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Masamitsu Okini diplomatik fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib. Dövlətimizin başçısı Masamitsu Okinin ölkəmizdəki diplomatik fəaliyyətini yüksək qiymətləndirib və onun Azərbaycan ilə Yaponiya arasında əlaqələrin inkişafına verdiyi töhfənin önəmini vurğulayıb. Masamitsu Okiyə gələcək fəaliyyətində uğurlar arzulayan Prezident İlham Əliyev ölkələrimiz arasında ikitərəfli münasibətlərin bundan sonra da möhkəmlənəcəyinə ümidvar olduğunu bildirib. Masamitsu Oki Azərbaycanla bağlı xoş xatirələrinin olduğunu deyib. Qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunan diplomat qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Yaponiyaya səfəri ölkələrimiz arasında ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi işinə güclü təkan verib.

Paylaş:
Baxılıb: 1201 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ana dilimizin bayramı

01 Avqust 11:17

Analitik

14 gün sonra...

01 Avqust 10:21

Ədəbiyyat

Fransız xalqı

01 Avqust 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Avqust 08:30  

Xəbər lenti

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31