Ermənistanı altı həftədə kapitulyasiyaya məcbur edən...
23.03.2022 [23:30]
Azərbaycanın qabaqcıl təcrübəsi XXI əsrin müasir müharibə modeli və nümunəsi kimi öyrənilir
Rusiya-Ukrayna müharibəsi fonunda tədqiqat mərkəzləri, nüfuzlu nəşrlər, ekspertlər, siyasətçilər və digərləri müxtəlif mövzularda müzakirələr aparırlar. Diqqət yetirilən məsələlərdən biri də müasir müharibə modeli və hərbi əməliyyatların aparılması texnologiyasıdır.Bu barədə hərbi-strateji araşdırma mərkəzlərinin hesabatlarına istinadən fərqli qənaətlər diqqətə çatdırılır və müxtəlif nümunələr göstərilir. Eləcə də İkinci Qarabağ müharibəsində möhtəşəm qələbə qazanan Azərbaycanın mütərəqqi və cəlbedici təcrübəsi strateji örnək kimi təqdim olunur.
“The Washington Post” qəzetində dərc edilən “Rusiya tankları məğlubiyyətə uğrayır: müasir döyüş meydanında onlara yer varmı?”sərlövhəli məqalədə də bu məqamlara xüsusi diqqət yetirilib. Vurğulanıb ki, Rusiya-Ukrayna münaqişəsi davam edir, ona görə də hər hansı bir yekun fikir bildirmək üçün tezdir. “Amma bu günədək gördüklərimiz artıq hərbi dairələrdə müharibələrin aparılması məsələləri barədə davam edən müzakirələrdə yeni arqumentlər ortaya çıxarır. Bu, xüsusilə də döyüş əməliyyatları zamanı tankların istifadəsinin aktuallığı barədədir” ,- deyə vurğulanan yazıda diqqətə çatdırılıb ki, 44 günlük müharibədə “Bayraktar TB2” PUA-larının və İsrail istehsalı olan döyüş sursatlarının istifadəsi Azərbaycan üçün çox səmərəli oldu. Bildirilib ki, İkinci Qarabağ müharibəsi döyüş əməliyyatları zamanı zirehli texnikadan istifadə olunmasının tərəfdarları və əleyhdarlarına müzakirələr üçün bir sıra mövzular təqdim edib: “Dronların dəqiq zərbələri ilə tankların məhv edilməsi zirehli texnikaların istifadəsinin sonunu ifadə edir, yoxsa pis müdafiə olunan zirehli texnikanın nə ilə üzləşə biləcəyini göstərir?. Artıq bəzi şəxslər tank və zirehli transportyorların köhnəldiyini bəyan edir. Onlar həddən çox bahadır və tank əleyhinə vasitələr və dronlarla çox asan məhv edilir”. Bununla yanaşı, “VICE News” nəşrində yer almış məqalədə də Azərbaycan tərəfindən İkinci Qarabağ müharibəsi zamanı dronlardanuğurlu istifadə olunması qeyd edilib: “Müharibə vaxtı Azərbaycan qoşunları dronların tətbiqi ilə Ermənistan texnikasını uğurla məhv edirdi”.
Şübhəsiz ki, İkinci Qarabağ müharibəsi bir çox cəhətləri ilə dünya hərb və siyasət tarixinə əbədi həkk olundu. Güclü Azərbaycanın qüdrətli ordusu Ermənistanın 30 il müddətində havadarlarının dəstəyi ilə qurduğu ordunudarmadağın etdi. Çox sayda tank, artilleriya qurğuları, raket sistemləri, canlı qüvvə məhv edildi, hərbi texnika, silah-sursat ələ keçirildi. Pilotsuz uçuş aparatlarından (PUA) səmərəli istifadə olunması da xüsusi qeyd edilməlidir. Ermənistan tərəfinin tankları, zirehli texnikaları, radar sistemləri və səngərləri Azərbaycanın hərbi dronları üçün ov oldular. Azərbaycan PUA-larının lentə aldığı videogörüntülərdə erməni əsgərlərinin yerinin dəqiqləşdirildiyi və hədəfə alındığı görünür, bundan başqa, dronlar kəşfiyyat əməliyyatlarında da istifadə olunub.Ermənistanın siyasi və hərbi rəhbərliyi dronlara qarşı lazımi texnoloji cavab tədbirlərini görə bilmədi. PUA-lardan səmərəli istifadə olunmasıXXI əsrin müharibəsinin əvvəlki savaşlardanfərqli olduğunu göstərdi. Ona görə də ekspertlər qeyd edirlər ki, artıq bir çox ölkə ordusunun silahlanmasında və müdafiənin təşkilində bu amili nəzərə almalıdır. Bütövlükdə, XXI əsrin modern müharibə modeli və hərb strategiyası Azərbaycana cəmi altı həftəyə Ermənistanı təslim olmağa məcbur etdi. Nəhayət, Ermənistan ordusu, ermənilərin özləri haqqında yaratdığı “məğlubedilməzlik” mifi darmadağın oldu.
Əlbəttə, bu qələbə təkcə silah-sursat və texnika hesabına təmin edilməyib. Yüksək döyüş qabiliyyəti, taktiki və strateji hazırlıq, nümunəvi vətənpərvərlik ruhu, milli həmrəylik və digər mühüm amillər Azərbaycanın mütləq qələbəsini şərtləndirən mühüm faktorlar kimi xüsusi qeyd edilməlidir. Ən əsası, dünya ictimaiyyəti İlham Əliyevin timsalında – nümunəsində müharibə vəziyyətində xalqın və dövlətin liderinin hansı keyfiyyətlərin daşıyıcısı olmasının həlledici, zəruri olduğunu gördü.İlham Əliyevin strateq, Ali Baş Komandan - cəsur və məğrur Sərkərdə kimi hərbi əməliyyyatlara uğurla rəhbərlik etməsi, eləcə də xalqın arasında, şəhid ailələrinin və qazilərin yanında olması Azərbaycan əsgərinin, zabitinin döyüş ruhunu artırdı, onlara əlavə güc və inam bəxş etdi!
Bütün bunlar XXI əsrin müharibəsinin Azərbaycan modelini əks etdirir. Və bu təcrübənin dünyada, o cümlədən aparıcı hərbi məktəblərdə geniş öyrənilməsi - nümunə kimi göstərilməsi ölkəmizin hərbi-strateji qüdrətininvə siyasi prestijinin əyani ifadəsidir!
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10

