Sülh prosesi: quruculuq, yoxsa pozuculuq?
17.03.2022 [09:55]
Yaxud “vaxt qazanmağa” çalışan Ermənistan itirməyə davam edir
Nurlan QƏLƏNDƏRLİ
Dünyanın diqqəti təkcə Rusiya-Ukrayna müharibəsində deyil. Beynəlxalq ictimaiyyətin nəzəri həm də postmüharibə dönəminə qədəm qoymuş Cənubi Qafqaz regionundadır. Xüsusilə də, Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması məsələsi regionun strateji gündəliyinin və siyasi gündəminin aktual mövzusudur. Ekspertlər qeyd edirlər ki, yeni mərhələdə bölgədə sabitlik və əməkdaşlıq mühitinin formalaşması, qarşıdurma və təhdidlərin istisna olunması üçün sülh müqaviləsinin imzalanması vacibdir.
Bir neçə gün öncə Azərbaycanın iki dövlət arasında münasibətlərin yaradılması üçün baza prinsiplərinə dair təklifi vasitəçilər tərəfindən Ermənistana təqdim edilib. Burada iki dövlət arasında münasibətlərin normallaşması üçün beş baza prinsipi əks olunub - bunlar sülh quruculuğunun əsasını təşkil edən məsələlərdir. Amma İrəvanın yanaşması qeyri-adekvatdır. Ermənistanın Xarici İşlər Nazirliyi Azərbaycanla sülh danışıqlarının BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Pakt əsasında təşkil edilməsi üçün ATƏT-in Minsk Qrupu həmsədrlərinə müraciət etdiklərini bəyan edib. Xarici işlər naziri Ararat Mirzoyan isə bir tərəfdən danışıqların ön şərtsiz aparılmasını vacib saydığını söyləyib, digər tərəfdən iddia edib ki, guya “Ermənistan üçün Qarabağ məsələsi ərazi yox, insan haqları məsələsidir”.
Ön şərt qəbuledilməzdir!
Beləliklə, İrəvan yenə də qeyri-müəyyən, qeyri-konstruktiv mövqe ortaya qoyub, ön şərt irəli sürməyə çalışıb. Bu isə absurddur! Çünki birincisi, sülh danışıqları iki tərəf - Azərbaycan və Ermənistan arasında birbaşa aparılmalıdır. 30 il ərzində davam etmiş münaqişə dönəmində vasitəçilik missiyasını yerinə yetirə bilməyən Minsk qrupunun “siyasi reanimasiya”dan çıxarılaraq prosesə cəlb edilməsinin heç bir mənası, önəmi və faydası yoxdur. Bu, sadəcə olaraq, vaxt uzatmaq cəhdidir. Antalya Diplomatik Forumunda Türkiyənin xarici işlər nazirinin Bakı ilə İrəvan arasında vasitəçilərə ehtiyac olmadığını söyləməsi də bu səpkidə dəyərləndirilməlidir. Yəni Minsk qrupuna ehtiyac yoxdur! Azərbaycanın 5 bənddən ibarət təkliflərində də vasitəçilik məsələsi qeyd olunmayıb. Təkliflər birbaşa Ermənistan tərəfinə çatdırılıb və müzakirələrin ikitərəfli formatda aparılmalı olduğu ifadə edilib. İkincisi, regionda hazırkı gərgin situasiya, daha dəqiq desək, Rusiya ilə Qərb arasındakı geostrateji qarşıdurma ATƏT-in Minsk qrupunun həmsədrlərinin eyni platformada bir araya gəlməsini istisna edir. Yəni Moskva ilə Qərb heç bir beynəlxalq platformada əməkdaşlıq etmək niyyətində deyil. Bütün bunlar İrəvana da məlumdur. Belə olan halda, Ermənistanın hansısa ön şərt vasitəsilə və ya qeyri-konstruktiv mövqe ilə vaxt uzatmaq taktikasını seçməsi sülh quruculuğuna yönəlik pozuculuq fəaliyyətidir.
Bilirlər ki... İrəvana etibar etmək olmaz!
Əlbəttə, Ermənistanın proseslərə təsir etmək imkanı yoxdur. Çünki birincisi, bu ölkənin diplomatik üstünlüyü, geosiyasi təsir mexanizmləri mövcud deyil. “Armenianreport”da dərc edilmiş “Bizi total kapitulyasiyaya məcbur edirlər” sərlövhəli məqalədə deyildiyi kimi, İrəvan heç bir qüvvə ilə sağlam tərəfdaşlıq münasibətlərinə malik deyil, müttəfiq hesab etdikləri isə Qərbin gözündə şər qüvvələr sayılır. Digər tərəfdən, Ermənistan hazırda Rusiya-Ukrayna müharibəsi fonunda mürəkkəb regional situasiyadan istifadə etməyə - manevr imkanlarını genişləndirməyə çalışsa da, heç nəyə nail ola bilmir. Paşinyan Avropadan iqtisadi və siyasi dəstək almaq üçün müəyyən cəhdlər göstərir. Onun Fransaya səfəri də bu səpkidə dəyərləndirilə bilər. Lakin beynəlxalq ictimaiyyətə yaxşı məlumdur ki, Ermənistan müstəqil siyasət yeritmir - İrəvana etibar etmək olmaz. Hazırda Rusiya ilə Qərb arasında manevr etməyə çalışsa da, hər iki geosiyasi qütbdən asılıdır. Ermənistan mediası yazır ki, İrəvanın manevrləri Moskva tərəfindən birmənalı qarşılanmır və Kremlin adekvat cavab verəcəyi gözlənilir. Güman ki, Moskva “müttəfiqliyini və sədaqətini sübuta yetir” tələbi qoyacaq. Erməni ekspertlər söyləyirlər ki, Rusiya artıq Paşinyanın ikili oyunlarına dözmək niyyətində deyil. Situasiya gərginləşəcəyi təqdirdə, Ermənistanın Qərbdən tam dəstək alıb-almayacağı da qeyri-müəyyəndir. Əsas detallardan biri isə budur ki, əslində, bu geosiyasi qütblərin heç biri Ermənistanı müttəfiq kimi görmür. Onların nəzərində İrəvan müəyyən planları reallaşdırmaq üçün vasitə və yaxud alətdir.
Yeganə çıxış yolu...
Bütün bunların fonunda Ermənistan üçün yeganə çıxış yolu siyasi sabotajlardan və təxribatlardan əl çəkməkdir. Daha dəqiq desək, Azərbaycanla sülh müqaviləsinin imzalanması üçün konstruktiv mövqe ortaya qoymaq lazımdır. Lüzumsuz bəyanatlar səsləndirmək və ya ön şərt irəli sürmək, prosesə üçüncü qüvvələrin daxil olması barədə danışmaq İrəvana siyasi və iqtisadi itkilər bahasına başa gəlir. “İrəvan vaxtı uzatmağa, yaxud zaman qazanmağa çalışır” deyilir. Lakin “zaman qazanmağa çalışmaq”, əslində, itirməkdir - iqtisadi tənəzzül sürətlənir, geosiyasi təcrid dərinləşir, siyasi xaos mühiti formalaşır və s.
Savaş istəməsək də, müharibənin bərpası istisna deyil
Nəhayət, Cənubi Qafqazda postmüharibə dövrü olsa da, hərbi-siyasi təxribatlar, üçtərəfli Bəyanatda əksini tapmış öhdəlikləri yerinə yetirməkdən, sülh müqaviləsini imzalamaqdan yayınmaq kimi siyasi sabotajlar yeni müharibəyə səbəb ola bilər. Doğrudur, Azərbaycan müharibə olmasını istəmir, sülh və məsələlərin diplomatik yolla həllinin tərəfdarıdır. Amma Ermənistanın yanaşması adekvat olmalıdır. Nəzərə alınmalıdır ki, sülhə məcburetmə məsələsi aktualdır və nəticə əldə olunana qədər müharibənin bərpası istisna edilə bilməz. Hər halda, Bakı istənilən yolla hədəfinə çatacaq. Siyasi-diplomatik üsulların nəticə verməyəcəyi təqdirdə, müharibənin bərpası qaçılmaz ola bilər... İrəvanın seçimindən asılıdır...
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27

Dünya
19 Sentyabr 13:10

YAP xəbərləri
19 Sentyabr 13:07

YAP xəbərləri
19 Sentyabr 13:00

YAP xəbərləri
19 Sentyabr 12:58

Dünya
19 Sentyabr 12:27

Gündəm
19 Sentyabr 12:25

Gündəm
19 Sentyabr 12:23

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:10

Dünya
19 Sentyabr 12:08

Dünya
19 Sentyabr 11:53

YAP xəbərləri
19 Sentyabr 11:37

YAP xəbərləri
19 Sentyabr 11:17

YAP xəbərləri
19 Sentyabr 11:06

YAP xəbərləri
19 Sentyabr 11:00
YAP xəbərləri
19 Sentyabr 10:58

Gündəm
19 Sentyabr 10:58

YAP xəbərləri
19 Sentyabr 10:53
YAP xəbərləri
19 Sentyabr 10:52

YAP xəbərləri
19 Sentyabr 10:50

Analitik
19 Sentyabr 10:45

YAP xəbərləri
19 Sentyabr 10:41

YAP xəbərləri
19 Sentyabr 10:39

Siyasət
19 Sentyabr 10:37

Hadisə
19 Sentyabr 10:36
