Oljas Süleymenov niyə susur?
09.01.2022 [12:42]
Təkcə dövlət yox, həm də qazaxların milli kimliyi hədəfə alınıb
Qazaxıstanda baş verən hadisələr milli, regional və beynəlxalq məsələ kimi beynəlxalq ictimaiyyət tərəfindən həm maraqla, həm də həyəcanla izlənilir, müxtəlif fikir, qənaət, ehtimal və iddialar səsləndirilir. Əlbəttə, proseslər ilk növbədə Qazax xalqı üçün milli – tarixi, ictimai, siyasi və mədəni nöqteyi-nəzərdən taleyüklü olmaqla yanaşı, Avrasiyanın gələcək geosiyasi nizamının formalaşmasında vacib rol oynayacaq. O səbəbdən müxtəlif ölkələrin öz maraqlarını maksimum dərəcədə təmin etmək təşəbbüsləri, ictimai-siyasi xadimlərin, siyasətçi, ideoloq və strateqlərin fəallığı müşahidə olunur. Məsələyə öz düşüncələri əsasında analitik qiymət verənlər, prosesləri obyektiv dəyərləndirənlər də var, ölkələrinin və ya müxtəlif hərbi-siyasi dairələrin maraqlarını ifadə edən ideoloji açıqlamalarla çıxış edənlər – tezislər irəli sürənlər də. Məsələn, Rusiya Liberal Demokrat Partiyasının sədri, Dövlət Dumasının üzvü Vladimir Jirinovski “Komsomolskaya Pravda”nın “Radio KP” efirində Qazaxıstanı süni və zəif bir dövlət adlandırıb, bu ölkənin, demək olar ki, bütün ərazisinin keçmiş Rusiya torpaqları olduğunu deyib. “Hətta mənim doğma şəhərim Almatı Vernıy adlanıb və çar Rusiyasının Asiyada forpostu olub”,-deyə o bildirib. Buna bənzər digər siyasi-ideoloji xarakterli açıqlamalar da var. Amma diqqət çəkən əsas məsələ Qazaxıstan milli mühitinin dünya şöhrətli nümayəndələrinin ölkələrinin tarixi keçmişinə, siyasi, mədəni irsinə və potensialına dair iddialara, anti-Qazax təbliğatına, o cümlədən konkret ssenari əsasında cərəyan edən hazırkı proseslərin əsl mahiyyətinə dair susqunluq nümayiş etdirmələridir. Elə Qazaxıstanın Xalq yazıçısı, görkəmli şair və ictimai xadim Oljas Süleymenov kimi.
Sual oluna bilər: dünyanın 22 görkəmli mütəfəkkiri sırasına daxil edilən, tarix və etimologiyaya dair çox sayda əsərlərin müəllifi, Qazaxıstan xalqının tarixi, siyasi və mədəni həyatı ilə əlaqədar bir çox filmlərin ssenari müəllifi olan Süleymenov ölkəsinin, xalqının total –siyasi-ideoloji hücumlara məruz qaldığı bir vaxtda nə üçün susqunluq nümayiş etdirir? Və bu səpkidə 2 məqamı da xüsusi nəzərə almaq lazımdır: birincisi, bu hadisələrdən bəhs edən bir çox analitiklər və araşdırma mərkəzləri proseslərin həm də Türk dünyasında son zamanlar güclənən inteqrasiyaya qarşı yönəldiyini söyləyirlər; ikincisi isə, Qazaxıstan xalqına “süni və zəif toplum” nəzəri ilə baxanlar, Avrasiyaçılıq konsepsiyasını antitürk təbliğatına çevirərək onu türk düşmənliyi kimi təbliğ edənlər həm də qazax milli kimliyini hədəf alırlar, ideoloji vasitələrlə böyük bir tarixi keçmişin və milli-mədəni irsin üzərindən xətt çəkməyə çalışırlar. Görəsən, bütün bunlar öz elmi, ictimai, publisistik irsi ilə xalqının dünyada ziyalı obrazını yaradan bir alimi, ictimai xadimi və vətəndaşı narahat etmir? Axı o, xalqının düşünən beyni, ölkəsinin ləyaqətli və məsuliyyətli vətəndaşı, Türk dünyasının ideoloqlarından biri kimi tanınır, əli qələm, dili söz tutur. O, həmçinin araşdırmaları ilə Türk dünyasında birliyin gücləndirilməsi – milli kimliyin möhkəmləndirilməsi ilə əlaqədar mühüm siyasi və mənəvi irs yaradıb – ideoloji təməllər formalaşdırıb. Xüsusilə də, indi Qazaxıstan xalqının hazırkı hadisələr fonunda mənəvi-siyasi və ictimai birliyini təmin etmək üçün siyasətçilərdən daha çox inam və etimad ünvanı olan - öz təmiz obrazı, sağlam imici ilə fərqlənən ziyalı sözünə, tövsiyəsinə ehtiyacı var. O. Süleymenov həm də səfir rütbəsi daşıyır, yəni o, keçmiş diplomatdır. Diplomatiyada isə keçmiş və bu gün yoxdur, hər addım gələcəyə hesablanıb – yönəlib. Elə bütün bu hadisə və proseslərin fonunda əsas müzakirə mövzusu da Qazaxıstan xalqının və dövlətinin gələcəyi məsələsidir...
Bütün bunlara rəğmən, xalq, millət və tarix qarşısında mənəvi məsuliyyət daşıyanlar, o cümlədən Oljas Süleymenov susur. Səbəbini özü bilsə və anlasa da, bu sükunət ictimai rəydə və milli düşüncədə anlaşılan, hətta qəbuledilən deyil. Kim bilir, bəlkə də, onun başqa düşüncə və gözləntiləri var. Yeri gəlmişkən, 20 yanvar hadisələri zamanı Bəxtiyar Vahabzadə Çingiz Aytmatova müraciət etmişdi ki, o da mövqe bildirsin. Aytmatov isə demişdi ki, “məni bu işlərə qatmayın”. Səbəbi bəlli idi: o, Nobel mükafatı almaq istəyirdi. Bəs Oljas Süleymenovun niyyəti, susqunluğunun səbəbi nədir? Hansı ki, bu gün Qazaxıstan ictimai rəyində “bu hadisələr 20 yanvar – Bakı hadisələrinin təkrarıdır” düşüncəsi hökm sürür. Görəsən, Süleymenov niyə bu düşüncələrə önəm vermir – məhəl qoymur? Bəlkə, o da nə isə umur? Nəhayət, vaxtilə “BATIR MAXAMBETİN QƏTLQABAĞI DUASI” şeirində
“Uzaq yürüşlərdə mən
unudaram özümü.
Qanlı döyüşlərdəyəm
aylar-illər uzunu”,-deyə yazan Süleymenov xalqının timsalında özünü yenidən qanlı döyüşlərdə hiss etmir? Yaxud bəlkə,
“Unudaram hər şeyi:
döyüşü, yanğını da,
lap elə tanrını da!” sətirlərində olduğu kimi, hər şeyi unudub – xalqının dünənini və bu gün olanları – olayları yaddaşından silib?!Hər halda, belə mövqe və yanaşmaların fonunda – tarixi məsuliyyət anında “danışmaq gümüşdürsə, susmaq qızıldır” prinsipi özünü doğrultmur. İndi həqiqət anı, danışmaq zamanıdır!
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxİdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47

