Hədəf Türk Dünyasıdır?
07.01.2022 [10:17]
Qazaxıstandakı hadisələri sosial-iqtisadi vəziyyət diktə etmir...
Nurlan
Qazaxıstanda baş verən hadisələr dünya mediasının diqqət mərkəzindədir. Siyasi analitiklər prosesi müxtəlif aspektlərdən şərh edirlər, ayrı-ayrı iddialar və ehtimallar səsləndirirlər. Diqqət çəkən məqamlardan biri isə bu ölkədə baş verən hadisələrin Türk Dünyasına, yaxud Türk birliyinə qarşı yönəlməsi iddiasıdır. Qeyd olunur ki, geopolitik güc mərkəzləri son zamanlar Türk Dünyası coğrafiyasında güclənən inteqrasiyanın qarşısını almağa, Türk Dövlətləri Təşkilatının (TDT) regional güc mərkəzindən qlobal oyunçuya çevrilməsinə mane olmağa çalışırlar.
TDT-nin bəyanatında nə deyilir?
Yeri gəlmişkən, Türk Dövlətləri Təşkilatı Qazaxıstandakı vəziyyətlə bağlı bəyanat yayıb. Bəyanatda “Türk Dövlətləri Təşkilatına üzv dövlətlər olaraq baş verən son hadisələrin fonunda biz Qazaxıstanda sülh və sabitliyə əhəmiyyət verdiyimizi vurğulayır və üzv ölkəmiz Qazaxıstanla güclü həmrəyliyimizi ifadə edirik”, - deyə vurğulanıb. Bəyanatda daha sonra qeyd edilib: “Qardaş qazax xalqının sağlam düşüncəsinə və vəziyyətin normallaşmasını arzuladığına güvənirik. Qazaxıstan rəsmilərinin sülh yolu ilə gərginliyi azaltmaq, asayiş və sabitliyi yenidən bərpa etmək gücünə malik olduğuna inanırıq. Qazaxıstan hökumətinə və xalqına lazım ola biləcək hər cür dəstəyi verməyə hazır olduğumuzu bəyan edirik”.
Güc mərkəzləri nədən narahatdır?
Politoloq Qabil Hüseynli “Yeni Azərbaycan”a açıqlamasında deyib ki, son zamanlar Qazaxıstan, xüsusilə də keçmiş prezident Nursultan Nazarbayev Türk Dünyası birliyinin gücləndirilməsində mühüm xidmətlər göstərib: “Bilirsiniz ki, 2009-cu ildə Naxçıvanda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının təsis konfransı keçirildi. Ötən ilin noyabr ayında isə İstanbul şəhərində keçirilən Zirvə toplantısında qurumun Türk Dövlətləri Təşkilatı (TDT) adlandırılması barədə qərar qəbul edildi. Qazaxıstan bu qurumun ötən müddət ərzində mühüm beynəlxalq təşkilata çevrilməsində vacib rol oynayıb. Türk Dünyasında birliyin, TDT-nin fəaliyyətinin gücləndirilməsi isə bir sıra güc mərkəzlərini ciddi şəkildə narahat edir. Yeri gəlmişkən, son zamanlar bir sıra ölkələrin mətbuat orqanlarında bu təşkilata qarşı tənqidi yazılar dərc edilir, qızğın müzakirələr aparılır, o cümlədən Qazaxıstan, keçmiş prezident Nazarbayev hədəf seçilirdi. Xüsusilə də, görülən işlər, eləcə də bu ölkədə latın qrafikasına keçilməsi tənqid hədəfinə çevrilirdi”.
Motiv sosial-iqtisadi məsələlər deyil, çünki...
“Qazaxıstanın yeni əlaqələr vasitəsilə sosial-iqtisadi inkişafını sürətləndirməsi də həmin dairələr tərəfindən ciddi narahatlıqla qarşılanırdı. Qeyd edim ki, bu ölkə əhalinin rifahının yaxşılaşdırılması istiqamətində çox mühüm uğurlar qazanıb. Bu gün Qazaxıstanda sosial məsələlərlə əlaqədar etiraz aksiyalarının keçirildiyi qeyd edilsə də, o, MDB dövlətləri sırasında - postsovet məkanında ən yüksək həyat tərzinin olduğu ölkədir. Sıravi vətəndaşlar bir neçə saat ərzində şirkət qeydiyyatdan keçirə, dövlətdən minimum 30 hektar torpaq sahəsi almaqla, cüzi faizlə kredit götürməklə kənd təsərrüfatı sahəsində sahibkara çevrilə bilər. Qazaxıstanda kiçik və orta sahibkarlıq əhəmiyyətli dərəcədə inkişaf edib. Ona görə də söyləmək olar ki, aksiyalarda iştirak edənlər xarici dövlətlərin xüsusi xidmət orqanlarına çalışanlardır”, - deyə Q.Hüseynli əlavə edib.
Eyni ssenari üzrə... Yaxud əsas hədəf, bəlkə də, Çindir
Siyasi şərhçi Tofiq Zülfüqarov isə fərqli düşünür. Onun fikrincə, Türk dünyasının mədəni-mənəvi, tarixi və siyasi yaxınlığı, iqtisadi əlaqələri böyük gücləri ciddi narahat etmir. “Çünki Türk dövlətləri coğrafiyasında iqtisadi əməkdaşlıq yüksək səviyyədə deyil. Təbii ki, Azərbaycan istisna olmaqla. Ona görə də düşünürəm ki, hədəf Türk Dünyası və ya Türk Dövlətləri təşkilatı deyil. Ümumiyyətlə, hadisələrin sifarişçiləri xarici qüvvələrdir. Eyni zamanda, proseslərdə ciddi qəribəlik var. Üzdə qarşıdurma olsa da, Rusiyapərəst və Qərbpərəst qüvvələr, sanki, eyni ssenari üzrə hərəkət edirlər. Bunu, qismən də olsa, Belarus hadisələri zamanı görmüşük. Əsas hədəf, bəlkə də, Çindir”.
Türkiyə böhranın aradan qaldırılmasında mühüm rol oynaya bilər
T.Zülfüqarov əlavə edib ki, gələcəkdə bu məsələdə Rusiya-Türkiyə əməkdaşlığı müşahidə oluna bilər: “Türkiyə böhranın aradan qaldırılmasında mühüm rol oynaya bilər. Rusiya da istəyər ki, sabitliyin əldə olunmasında belə bir qüvvənin imkanlarından istifadə olunsun”.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15

