91,2% - “tam etibar edirəm”
25.12.2021 [00:57]
İlham Əliyev xalqımızın inam və etimad ünvanıdır
Nurlan
Azərbaycan beynəlxalq müstəvidə Cənubi Qafqzazın lideri - regional güc mərkəzi, qüdrətli, nüfuzlu və qalib ölkə kimi tanınır. Prezident İlham Əliyevin milli maraqlara əsaslanan və müasir çağırışlara cavab verən praqmatik siyasəti qarşıda duran strateji hədəflərə çatmağa imkan verib. Ötən illər ərzində ölkə iqtisadiyyatı dayanıqlı inkişaf tempi qazanıb, müxtəlif sahələri əhatə edən layihələr uğurla reallaşdırılıb, islahatlar müvəffəqiyyətlə davam etdirilib. Digər tərəfdən, həyata keçirilən çoxvektorlu xarici siyasətin məntiqi nəticəsi kimi, Azərbaycanın beynəlxalq mövqeyi mütəmadi olaraq güclənir. Ölkəmizin təşəbbüsü və liderliyi ilə çox mühüm layihələr reallaşdırılır. Ən əsası, beynəlxalq hüquq normalarına əsaslanaraq əks-hücum əməliyyatlarını uğurla həyata keçirən müasir və qüdrətli Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyünü, tarixi ədaləti bərpa edib. Postmünaqişə dövründə görülən işlər isə milli və regional inkişafa xidmət edir, Azərbaycanın gücünün daha da artmasını şərtləndirir.
Bütövlükdə, ötən 18 ilin mənzərəsinə, reallıqlara nəzər saldıqda görünür ki, Ulu Öndərimizin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev Vətənə, dövlətə və xalqa sədaqət andını - bütün vədlərini gerçəkləşdirən böyük dövlət xadimi, qətiyyətli lider və müzəffər sərkərdədir. Əlbəttə, bütün bu müsbət reallıqlar, qazanılan nailiyyətlər Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir, xalqımız Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasəti tam və qətiyyətlə dəstəkləyir, bu siyasətə alternativ görmür. Təsadüfi deyil ki, ictimai rəyin öyrənilməsi üzrə müxtəlif sosioloji tədqiqat mərkəzlərinin Azərbaycan əhalisi arasında keçirdiyi sorğular da ölkəmizdə vətəndaşların Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətə mütləq inam və etimad bəslədiklərini, xalq-iqtidar birliyinin sarsılmaz təməllərə söykəndiyini göstərir. Yeri gəlmişkən, Sosial Tədqiqatlar Mərkəzinin “İnam İndeksi” jurnalının VI buraxılışında Prezidentin fəaliyyəti ictimai rəydə qiymətləndirilib. Keçirilən sorğu Naxçıvan Muxtar Respublikası və azad olunan ərazilər istisna olmaqla bütün regionları əhatə edib. Sorğuda iştirak edən vətəndaşların Prezidentə inam etimadı 91,2% “tam etibar edirəm”, 6,9% “əsasən etibar edirəm” olmaqla yüksək səciyyələnir. Sorğunun nəticələrinə görə, Prezident Qələbənin memarı kimi qlobal platformalarda intensiv çıxışları ilə Zəfər tariximizi uğurla beynəlxalq aləmə tanıdır (93,6%), Zəfərin tarixiləşdirilməsində vətəndaş iştirakçılığını və ümummilli həmrəyliyi stimullaşdırır (85,7%), Azərbaycanın informasiya siyasətində üstünlüyünü təmin edir və bu yöndə fəaliyyətə dair yeni imkanlar açır (85,7%), milli maraqlarımıza zidd cəhdlərə və xarici təsirlərə qarşı müqaviməti gücləndirir (81,9%), qalibiyyəti milli birliyin və uğurlu siyasətin təminatında əsas resursa çevirməyin vacibliyini şərtləndirir (79,8%).
Göründüyü kimi, cənab İlham Əliyev xalqımızın inam və etimad ünvanıdır. O, Prezident, Müzəffər Ali Baş Komandan, nümunəvi siyasətçi və alternativsiz Lider kimi Azərbaycanı yeni zirvələrə yüksəldir - hər an və hər məqamda xalqın etimadını yenidən doğruldur!
Xəbər lenti
Hamısına baxElm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53

