Respublikamızda iqtisadi islahatların dinamikası daha da sürətlənəcək
28.07.2010 [03:06]
Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda həyata keçirilən kompleks iqtisadi islahatlar kursu yeni inkişaf erasının astanasında Azərbaycanın güclü dövlətə çevrilməsinə dərin əsaslar yaradıb. Makroiqtisadi inkişafın pozitivliyini təmin edən hökumət qarşıdakı mərhələdə sosial-iqtisadi proqramların məzmununu həm keyfiyyət, həm də kəmiyyət baxımından zənginləşdirmək niyyətindədir. İqtisadiyyatın modernizasiyasını dərinləşdirmək məqsədilə yeni dövrün tələblərinə uyğun çevik iqtisadi siyasət yürüdüləcək, ölkənin bütün bölgələrinin inkişafını stimullaşdıran davamlı tədbirlər həyata keçiriləcək. Azərbaycanın hazırkı inkişaf dinamikası yaxın perspektiv üçün bütün makroiqtisadi hədəflərin əhatəli şəkildə reallaşacağını şərtləndirmiş olur. Artıq bütün iqtisadi bölmələri əhatə edən diversifikasiya siyasətinin mühüm nəticələri iqtisadiyyatın strukturunda ciddi dəyişikliklərin baş verməsinə səbəb olmaqdadır. Bu, həm qeyri-neft sektorunun inkişaf dinamikasında, həm də instisional islahatların məzmununda özünü qabarıq şəkildə biruzə verir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ölkəmizin iqtisadi inkişafının istiqamətləri çoxşaxəlidir və bu istiqamətdə davam etdirilən siyasət prioritet məsələ kimi başlıca hədəflərdən sayılır: “2010-cu ildə də bu müsbət meyillər davam etmişdir və iqtisadiyyatımızın bütün sahələrində inkişaf var, tərəqqi var. Bu rəqəmlər bir daha onu göstərir ki, Azərbaycanda iqtisadi islahatlar düzgün istiqamətdə aparılır. Altı ayda iqtisadi inkişaf 3,7 faiz təşkil etmişdir. Nəzərə alsaq ki, keçən ilin iqtisadi inkişafının bazası çox yüksək idi, bu, çox yüksək göstəricidir. ümumiyyətlə, bu gün Azərbaycanda iqtisadi inkişafın istiqamətləri çoxşaxəlidir və bildiyiniz kimi, biz bu gün qeyri-neft sektorunun inkişafına üstünlük veririk. Bu, bizim prioritet məsələmizdir”.
Hökumət iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı genişmiqyaslı tədbirləri özündə əks etdirən konseptual sənədi həyata keçirməklə mövcud uğurlara nail olub. Qeyd edək ki, bu strategiyanın əsas hədəfləri neftdən kənar bölmələrdə diversifikasiya siyasətinin dərinləşdirilməsindən ibarətdir. Diversifikasiya ilə bağlı aparılan davamlı işlər respublikamızın inkişafı üçün əlverişli zəmin yaradıb və bu tendensiya valyuta gəlirlərinin artımı müqabilində sosial nailiyyətlərə də əhəmiyyətli dərəcədə təkan verib. Əhalinin pul gəlirlərinin 10 faizə yaxın artması, vətəndaşların orta aylıq maaşlarının yüksəlməsi və inflyasiyanın səviyyəsinin aşağı salınması həmin siyasətin mühüm nəticələri kimi dəyərləndirilə bilər.
Azərbaycan hökuməti ən son texnologiyaların tətbiqinə əsaslanan innovativ iqtisadiyyatın təmin edilməsi üçün kompleks tədbirlərə start verib. Respublikamızın qarşıdakı illər üzrə sosial-iqtisadi inkişaf göstəricilərinə əsasən hazırlanmış proqnozlar və ssenarilər də Azərbaycanda yeni iqtisadi modelin tətbiq olunmasını ehtiva edir. Həyata keçirilən düşünülmüş iqtisadi siyasət, liberallaşmanın struktur və keyfiyyət baxımından dərinləşməsi, sahibkarlığa dövlət dəstəyinin artırılması, rəqabət qabiliyyətinin təmin olunması, ticarət qaydalarının və idxal-ixrac əməliyyatlarının sadələşdirilməsi, investorların hüquq və maraqlarının qorunması, vergi-gömrük və fiskal qanunvericiliyinin təkmilləşdirilməsi və digər islahatlar iqtisadiyyatın şaxələndirilməsinin əsas komponentləridir.
Respublikamızda qeyri-neft sektorunun yüksək inkişaf perspektivləri iqtisadiyyatın diversifikasiyası üçün başlıca stimullardan biridir və yeni strateji plana əsasən Azərbaycan yaxın onillikdə qeyri-neft məhsullarının ixracatçısı kimi dünyada böyük nüfuza malik olacaq. Təbii ki, ilkin mərhələdə iqtisadiyyatın diversifikasiyasının sürətləndirilməsi üçün neftdən daxil olan vəsaitlərin həcmi xüsusi rol oynayacaq. Azərbaycan hökuməti zəngin neft resurslarının satışından daxil olan valyuta ehtiyatlarını səmərəli şəkildə xərcləməklə iqtisadiyyatın bütün sektorlarının dinamik inkişafı üçün əlverişli baza yaratmağa nail olub və hazırda qeyri-neft sektoru valyuta gətirə biləcək strateji bölməyə çevrilib. Həyata keçirilmiş məqsədyönlü investisiya proqramlarının icrası nəticəsində neftdən kənar sahələr valyutatutumlu olmaqla, gələcək iqtisadi inkişaf üçün dərin zəmin yaradır.
Bu məqsədlə hazırlanmış mükəmməl strateji iqtisadi inkişaf modelinə uyğun olaraq 2010-2015-ci illərdə islahatların dinamikası daha da sürətləndiriləcək, modernizasiya tədbirlərinin miqyası genişləndiriləcək. Uzunmüddətli inkişaf strategiyasının əsas prioritetləri iqtisadiyyatın diversifikasiyasının əhatəli şəkildə həyata keçirilməsindən ibarətdir. Artıq bu istiqamətdə mühüm proqramların icrasına start verilib və əldə olunan effektiv nəticələr bunu təsdiq edir.
Elbrus CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
02 Avqust 12:16
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Dünya
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Ədəbiyyat
01 Avqust 21:31
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Gündəm
31 İyul 19:43
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19
YAP xəbərləri
31 İyul 16:43
Gündəm
31 İyul 16:39
Gündəm
31 İyul 15:59
YAP xəbərləri
31 İyul 15:20
Gündəm
31 İyul 15:17
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:54
YAP xəbərləri
31 İyul 14:52
Elm
31 İyul 14:27
Sosial
31 İyul 14:09
Elanlar
31 İyul 13:55
YAP xəbərləri
31 İyul 13:52

