İslam İnkişaf Bankı Azərbaycanı ən yaxın tərəfdaşı hesab edir
30.06.2010 [10:24]
İslam İnkişaf Bankı (İİB) Azərbaycanla yeni əməkdaşlıq strategiyasına uyğun olaraq ölkəmizdə biznes strukturlarının inkişafına davamlı şəkildə dəstək göstərəcək. Bank birgə əməkdaşlıq layihələrinə yönəldilən sərmayələrin həcmini artıraraq kiçik və orta sahibkarlığın inkişafını stimullaşdırmaq niyyətindədir. Respublikamızın maliyyə-bank sisteminin sabit və dinamik inkişaf meyillərinə malik olması İslam Bankını Azərbaycandakı kommersiya banklarına dəstək verməyə sövq edir. Bununla yanaşı, İİB iri regional layihələrin və trans-nəqliyyat və kommunikasiya şəbəkələrinin yaradılmasında da Azərbaycanla sıx əməkdaşlığa üstünlük verir.
ümumiyyətlə, İslam İnkişaf Bankı islam dövlətləri içərisində Azərbaycanla strateji tərəfdaşlığın möhkəmlənməsi, əlaqələrin miqyasının daha da inkişaf etdirilməsi və birgə subregional və regional layihələrin həyata keçirilməsində maraqlıdır. Bu, bankın ölkəmizə olan böyük marağının və Azərbaycandakı yüksək iqtisadi inkişafı dəstəkləməsinin bariz nümunəsi kimi qiymətləndirilə bilər. İslam İnkişaf Bankı ilə Azərbaycan arasında əlaqələrin çox uğurla və sürətlə inkişafından məmnunluğunu ifadə edən Prezident İlham Əliyev bildirib ki, hər iki tərəf uzun illərdir bu səmərəli əməkdaşlıqdan böyük mənfəət götürür: “Azərbaycanın uğurlu iqtisadi inkişafında İslam İnkişaf Bankının xidməti çox böyük olmuşdur. Əminəm ki, gələcək illərdə də bu əməkdaşlıq dərinləşəcək və ölkəmiz qarşısında duran iqtisadi və sosial məsələlərin həlli üçün biz uğurlu əməkdaşlığımızı davam etdirəcəyik. Əməkdaşlığımızın gözəl perspektivləri vardır. Azərbaycan öz inkişaf dövrünü yaşayır və bankın xətti ilə Azərbaycanda həyata keçirilmiş layihələr özünü doğruldur. ölkəmizin hərtərəfli inkişafını təmin etmək üçün biz gələcəkdə də iqtisadi islahatlarımızı davam etdirəcəyik. Biz bu əməkdaşlıqdan çox məmnunuq və ümid edirik ki, biz gələcəkdə də bu əməkdaşlığın dərinləşməsinə bərabər səylərimizi göstərəcəyik”.
İİB-nin rəhbəri Əhməd Məhəmməd Əli də bəyan edib ki, Azərbaycandakı yüksək inkişaf dinamikası və sabit maliyyə sistemi islam ölkələrinin və Bankın ölkəmizlə sıx inteqrasiyası üçün əlverişli zəmin yaradır. İslam Bankı Azərbaycanı ən yaxın tərəfdaşı hesab edir və islam ölkələrinin ümumi inkişaf tendensiyasını sürətləndirmək üçün respublikamızın inkişaf modeli ən pozitiv və qabaqcıl iqtisadi xətt kimi dəyərləndirilir. Müsəlman dövlətləri arasında qarşılıqlı maliyyə və iqtisadi əməkdaşlığı dərinləşdirmək üçün davamlı səylər göstərən İİB Azərbaycanın yeni inkişaf proqramlarının mühüm səmərəsindən də faydalanmağı məqsədəuyğun hesab edir. İİB-in rəhbəri M.Ə.Əli hesab edir ki, islam dövlətlərinin birgə iqtisadi gücü onların siyasi gücünü və həmrəyliyini də möhkəmləndirmiş olur.
Buna görə də, İİB-in Bakıda keçirilən toplantısını mühüm iqtisadi və siyasi hadisə kimi qiymətləndirmək olar. Bu toplantı banka üzv olan ölkələr arasında əlaqələrin genişlənməsi və iqtisadi-ticari əlaqələrin yeni mərhələyə qədəm qoyması baxımından mühüm əhəmiyyət daşıyır. Bununla yanaşı, tədbir İslam həmrəyliyinin güclənməsi və İslam Konfransı Təşkilatının üzvü olan ölkələr arasında siyasi təmasların dərinləşməsi, strateji yaxınlaşma nöqteyi-nəzərindən mühüm önəmə malikdir. Tədbirdə müzakirə olunan detallar quruma üzv ölkələr arasında sıx inteqrasiyanın dərinləşməsi və perspektiv əməkdaşlıq üçün yeni mərhələ açmış olur. Yeni yaradılan Strateji Tərəfdaşlıq Forumu isə islam ölkələri arasında həmrəyliyin möhkəmlənməsinə, birgə siyasi və iqtisadi iradənin ortaya qoyulmasına əlverişli zəmin yaradır. Regionda qarşılıqlı əməkdaşlığın geniş şəbəkəsini yaratmaq və yeni proqramları həyata keçirməklə islam dövlətləri bölgədə güclü maliyyə sisteminin qurulmasına öz töhfələrini verə bilərlər.
İİB ilə sıx və hərtərəfli əməkdaşlıq tellərinə malik olan Azərbaycan isə islam dünyasının ən inkişaf edən dövlətlərindən biri kimi bölgədə geniş və çoxşəbəkəli əməkdaşlıq dəhlizlərinin yaradılmasında əsas təşəbbüskarlardandır. Respublikamız İslam həmrəyliyinin gücləndirilməsi üçün öz səylərini artıraraq regionda sülhün, təhlükəsizliyin möhkəmlənməsi və qarşılıqlı əməkdaşlıq dəhlizinin formalaşmasına çalışır. Azərbaycan bu məsələdə ən prinsipial və qətiyyətli mövqeyi ilə seçilir.
Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, İslam həmrəyliyinin gücləndirilməsi ölkəmizin ümumi işidir. ölkəmiz bu həmrəyliyi islam dövlətləri ilə birgə siyasi dəstəyin gücləndirilməsi, iqtisadi əlaqələrin inkişafı sayəsində daha da möhkəmləndirmək iqtidarındadır. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu cür imkanlar çox genişdir: “İslam Konfransı Təşkilatının üzvü olan ölkələr arasında iqtisadi sahədə əməkdaşlığın genişlənməsi hamımızın marağındadır. Azərbaycan öz tərəfindən bu istiqamətdə səylərini davam etdirəcəkdir. Nəinki iqtisadi və siyasi sahədə, eyni zamanda, bütün başqa sahələrdə - mədəniyyət, humanitar sahələrində əlaqələrimizi gücləndirməliyik”.
Elbrus CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43

