İranı parçalayan Qarabağ! Azərbaycanla münaqişəyə getsə, İran tək qalacaq
16.10.2021 [21:02]
Elbəyi Həsənli Sürixdən "Yeni Azərbaycan"a yazır
Türkiyə, Pakistan və İsrail isə Azərbaycana dəstək verəcək
İran heç Rusiyanın köməyinə də ümid edə bilməz
İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Abbas Musəvi vardı. Bilmirəm, yadınıza gəlirmi? O, "Tweeter"də ABŞ-a müraciətlə belə yazmışdı: "Siz (Amerika) tezliklə İran xalqının qarşısında diz çökəcəksiz". Amerikanın dizi ilə bağlı isə İran prezidenti Həsən Ruhani iqtidardan gedəcəyi ərəfədə yaddaşlara yazılan belə bir fikir söyləmişdi. Demişdi ki, ölkələri diz çökdürmək Amerika siyasətinə xas olan xüsusiyyətdir. Ancaq İran xalqının birliyi çəkicə dönüb Amerikanın dizini sındırdı. Bu barədə o vaxt "The Tehran Times" qəzeti də yazmışdı.
İslam İnqilabı Keşikçiləri Korpusunun general-mayoru, Qüds qüvvələrinin komandiri Qasım Süleymaninin ABŞ Xüsusi Əməliyyatlar üzrə Birləşmiş Komandanlığı tərəfindən 2020-ci ilin yanvarında (3) Bağdadda qətlə yetirildi. O vaxt İran generalın qisasını alacağını dönə-dönə, özü də ən yüksək səviyyədə dilə gətirdi. Di gəl ki, Amerikanı “diz çökdürən İran” hələ də xalq arasında çox sevilən generalın intiqamını ala bilməyib. Amerikanın hücumundan xoflanan İranın Ukraynaya məxsus "Boeing 737-800” mülki təyyarəsini iki ədəd "Tor-M1” "yer-hava” tipli raketlə vurması isə “Xeybər fatehləri”nin nə qədər qeyri-peşəkar olduğunu bütün dünyaya nümayiş etdirdi. Bu səhv 176 nəfərin ölümünə səbəb oldu.
Əlbəttə, Amerikanın diz çökdürəcəyini iddia edən İranın Azərbaycana yönəlik hədə-qorxu dolu bəyanatların ciddi qəbul etmək lazım deyil. Məsələn, İranda “Amerikaya ölüm”, “İsrailə ölüm” kimi şüarlar rəsmi dövlət siyasətin tərkib hissəsidir. Ancaq İranda kimsənin açıq şəkildə “Azərbaycana ölüm” deməsi mümkünsüz görünür. Çünki ortada Güney Azərbaycan faktoru var.
Qərb mətbuatını mütəmadi olaraq diqqətdə saxlayıram. Bu faktor o qədər önəmlidir ki, İran-Azərbaycan qarşıdurmasından yazan bütün müəlliflər bu məqamı xüsusi ilə qabardırlar.
Bu mövzu ilə bağlı ingilisdilli “Pravda.ru” saytında gedən “Armenia willing and able to take small revenge on Azerbaijan” (Ermənistan Azərbaycandan "balaca qisas" almağa hazırdır və bunu bacarar) adlı yazıda son dərəcə önəmli bir məqama toxunublar. Məqalənin müəllifi Lyuba Lulko qeyd edir ki, İranda 30 milyon nəfərdən çox azərbaycanlı yaşayır. O yazır: "Persiyalılar (əsasən farslar üçün istifadə olunan ifadədir. E.H) hesab edir ki, nüvə alimi Möhsün Fəxrizadə Mahabadi (27 noyabr 2020) Azərbaycanın Sitalçay hava limanından qalxan İsrail dronu tərəfindən vurulub”. Ümumiyyətlə, İranda İsrail ilə bağlı fobiya var.
O da maraqlıdır ki, İranda qəliz vəziyyət yaranıb. Ölkə əhalisinin yarıdan çoxu türkdür və onlar Ermənistan-Azərbaycan savaşında Azərbaycanın yanında yer alırlar. Heç də təsadüfi deyil ki, “Qarabağ bizimdir, bizim olacaq” çağırışları İranın türklər yaşayan bölgələrində mütəmadi şəkildə və təkidlə səslənməkdədir. Yəni, İran əhalisinin türk kəsimi Azərbaycan türklərinin yanındadır. Molla rejimində söz sahibi olan millətçi fars elita isə Ermənistana qucaq açıb. Faktiki olaraq, Qarabağ məsələsi İranı iki yerə bölüb. Çünki farslarla türklər arasında tarixdən gələn antaqonist ziddiyyətlər var. Mahiyyətdə İran düşüncədə artıq parçalanıb. Qərb mediası onu da yazır ki, Azərbaycanın İranla sərhədi olduqca uzundur. Azərbaycan və Türkiyə Quzey Azərbaycandakı türkləri silahlandırmaq fikrin düşə də bilər. Bu isə partizan müharibəsi üzərindən onsuz da düşüncələrdə parçalanmış İranın daxildən fiziki olaraq bölünməsinə təkan verə bilər.
Diqqət edin. Özünü Qüds qüvvələrinin komandiri general Qasım Süleymanini əsgəri adlandıran İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan Azərbaycanı əsasən iki şeydə ittiham edir:
1) Guya erməni işğalından təmizlədiyimiz ərazilərdə Suriyadan gələn terrorçu qruplardan (daha çox İŞİD-ə bağlı qrupların adını çəkirlər) istifadə etmişik. Yadınızdadırsa, iranlı xanım jurnalistin İlham Əliyevə verdiyi sualın biri də bu məsələ ilə bağlı idi. Ermənilər də Azərbaycana qarşı eyni ittihamı irəli sürür. Bu məsələdə ermənilərlə İran rəhbərliyi həmfikirdir. İran Suriyadan (Türkiyəyə bağlı silahlılar nəzərdə tutulur) Azərbaycana "gələn" terrorçuları da öz milli maraqlarına təhlükə sayır. Bildirir ki, müharibə başa çatsa da, suriyalı terrorçular hələ də öz yerində qalmaqdadır.
2) İsrail Azərbaycanda casus şəbəkəsi yaradıb və Azərbaycan üzərindən İranı təhdid edir. Rəsmi Bakı İsrailə öz ərazisindən hərbi məqsədlər üçün istifadə etməyə imkan yaradıb.
Məntiqlə ortaya belə bir məsələ çıxır. Azərbaycanın işğaldan azad olunmuş ərazilərində sünni silahlı terrorçular ilə sionist yəhudilər çiyin-çiyinə, birgə şəkildə İrana qarşı fəaliyyət göstərirlər. İran ayətullahları başa düşmürlər ki, Azərbaycan nə qədər barışdırıcı gücə sahib olsa da od ilə pambığı eyni məkanda saxlaya bilməz. Orada ya terrorçular olmalıdır, ya da sionistlər. Hər ikisinin eyni yerdə olması məntiqlə mümkün deyil.
Bir hünərli oğul lazımdır ki, bu sadə məntiqi İranın saqqalı xınalı ayətullahlarına anlada bilsin. O da maraqlıdır ki, İsrailin Azərbaycandakı hərbi varlığı ilə bağlı İranın irəli sürdüyü bu iddiaya Ermənistan heç bir reaksiya vermir. Aydındır ki, onlar ABŞ-dakı yəhudi lobbisini qıcıqlandırmaq istəmirlər.
Yunanıstanın ermənipərəst "greekcitytimes.com" saytı bu yaxınlarda yazmışdı ki, Tehranın iddiasına görə Azərbaycanda İsrailin 4 hərbi bazası var. Azərbaycan Türkiyə ilə son dərəcə yaxındır. Buna baxmayaraq, Azərbaycanda Türkiyənin hərbi bazası yoxdur. Rusiyanın bu işə müxalif olması faktı rəsmi Bakı tərəfindən nəzərə alınır. Əgər Rusiya Türkiyə hərbi bazasının Azərbaycanda olmasına etiraz edirsə, təbii ki, İsrailin birdən birə 4 bazasının Azərbaycanda olmasına heç vaxt göz yummazdı. Təəssüf ki, İran tərəfi məntiqlə yox, emosiya ilə idarə olunur. Ona görə də daha çox şayiə xarakterli iddiaları həqiqət şəklində ortaya qoymaqdan çəkinmirlər.
Bütün dünya görür ki, Türkiyə və Azərbaycan “iki dövlət, bir millət” düşüncəsindən “iki dövlət, bir ordu” mərhələsinə keçid edir. 2020-ci ilin 9 noyabr anlaşmasından indiyə qədər əsasən Qars və Naxçıvan yaxınlığında-Ermənistan sərhədinin beş addımlığında 50-yə yaxın birgə hərbi təlimlər keçirilib. 2021-ci ilin təkcə sentyabr ayında Laçın rayonunda-Rusiya “sülhməramlıları” gözünün qarşısında 7 hərbi təlim keçirilib. Təbii ki, ortada bəlli bir hədəf var. O hədəfə varmaq üçün mütəmadi hərbi təlimlərə üstünlük verilir.
“Diplomaticourier.com” saytı isə yazır ki, İranın Azərbaycana hərbə-zorba gəlməsi sağlam məntiqə sığmır. Çünki Azərbaycanın arxasında Türkiyə dayanıb. Azərbaycan İsraillə də strateji müttəfiqdir. Pakistanla da Azərbaycanın ciddi münasibətləri var: “İranla Azərbaycan arasında münaqişə yarasa, İran tək qalacaq. Azərbaycan isə ciddi şəkildə Türkiyə, Pakistan və İsrail tərəfindən müdafiə olunacaq. Bu münaqişədə İran heç Rusiyanın da köməyinə ümid edə bilməz. Hazırda Rusiyalı “sülhməramlılar” Dağlıq Qarabağdadır. Qafqazda ikinci bir müharibənin Rusiyanın marağında olması inandırıcı görünmür”...
Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında çıxış edən Nikol Paşinyan birmənalı şəkildə bildirdi ki, Zəngəzur dəhlizi açılacaq. Bu isə o deməkdir ki, Zəngəzur dəhlizinin açılmasının qarşısını almaq üçün İranın Azərbaycana göstərdiyi əzələ nümayişi iflasa uğradı. Ən pisi odur ki, Ermənistana və Dağlıq Qarabağın separatçı ermənilərinə dəstək verən rəsmi Tehran Azərbaycan qarşısında nüfuzunu ciddi şəkildə itirdi. Qarşılıqlı etimadı qarşılıqlı ittihamlar əvəz etdi. İran-Azərbaycan münasibətlərini əvvəlki axara qaytarmaq çox çətin olacaq.
Sonda daha bir məqamı vurğulamaqda fayda var. Azərbaycanın yeritdiyi xarici siyasət olduqca effektlidir. Belə ki, İranla münaqişə olacağı təqdirdə ən azı 3 ölkə (Türkiyə, Pakistan və İsrail) Azərbaycana açıq şəkildə dəstək verəcək. Şübhəsiz ki, Azərbaycana gizli və ya yarım-gizli şəkildə yardım edən ölkələrin sayı daha çox olacaq. O boyda İran isə Azərbaycanla müharibə olacağı təqdirdə yalnız qalacaq. Çünki rəsmi Tehranın yeritdiyi xarici siyasət İrana dost yox, düşmən qazandırır.
Xəbər lenti
Hamısına baxDünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43

