Azərbaycanda yoxsulluq göstəriciləri inkişaf etmiş ölkələrin səviyyəsinə uyğundur
05.05.2010 [10:32]
İqtisadi tərəqqinin sürətlənməsi xalqın həyat səviyyəsinin yüksəlməsi, sosial müdafiə sisteminin qabaqcıl dünya ənənələri əsasında təkmilləşdirilərək yenidən qurulması üçün möhkəm bünövrə formalaşdırıb. Davamlı iqtisadi inkişaf həm də yoxsulluqla ardıcıl mübarizəyə geniş imkan yaradıb. ölkəmizdə sosial məsələlərin həllinin daim ölkə rəhbərinin diqqət mərkəzində olması, sosialyönümlü layihələrin gerçəkləşdirilməsinin iqtidarın fəaliyyətində prioritet təşkil etməsi bu sahədə böyük nailiyyətlərə yol açıb. Bir tərəfdən yeni yaradılan iş yerləri işsizliyin aradan qaldırılması prosesini sürətləndirir, digər tərəfdən dövlət büdcəsindən sosial sahəyə ayrılan xərclərin xüsusi çəkisi ilbəil artır. Bu yolla əmək qabiliyyətlilər işlə təmin olunur, obyektiv səbəblərdən işləyə bilməyənlərə ünvanlı sosial yardımlar verilir.
Bir sözlə, ölkəmiz artan iqtisadi gücünü məhz yoxsulluqla mübarizəyə yönəldib. Bu məsələ Prezident İlham Əliyevin də fəaliyyətinin prioritetləri sırasındadır. Dövlətimizin başçısı 7 il öncə bu postda fəaliyyətə başlayarkən əhalinin bir qisminin yoxsulluq səviyyəsində yaşamasının yolverilməz olduğunu söyləyərək, bu məsələnin həlli üçün bütün müvafiq tədbirlərin görüləcəyini söyləmişdi: “Şübhə etmirəm ki, biz qısa müddət ərzində Azərbaycanda yoxsulluğun aradan qaldırılmasına nail olacağıq. Azərbaycanda bir nəfər də yoxsul adam olmamalıdır və olmayacaqdır”.
Beləliklə, 2003-2005-ci illəri əhatə edən “Yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı”nın icrası nəticəsində ölkədə yoxsulluq səviyyəsi 29 faizə endi. Sonrakı mərhələdə - həmin proqramın davamı olan “Yoxsulluğun azaldılması və davamlı inkişaf üzrə Dövlət Proqramının (2006-2015-ci illər)” icrası nəticəsində bu göstərici 16 faizə düşdü.
Hökumət sonrakı mərhələdə də yoxsulluqla mübarizə istiqamətində işlərini tədbirləri davam etdirdi. Nəticədə, iqtisadiyyatın inkişafına təkan verən bütün layihələrə dəstək verməklə yanaşı, yoxsul təbəqəyə də yardımlar ayrıldı. Büdcədən maksimum səmərəli istifadə və iqtisadi gəlirlərin düzgün istiqamətə yönləndirilməsi prinisipini əsas tutaraq vacib sahələr müəyyənləşdirildi. Əhalinin bir çox təbəqələrinə tətbiq edilən bir sıra güzəştlər ləğv edildi. Əvəzində yardımlarda ünvanlılıq prinsipi tətbiq edildi. Əhalinin müəyyən qismi üçün qazanmaq şəraiti yaradılır, sosial yardımlarla isə əmək qabiliyyətli olmayan ailələrə aylıq sosial yardımlar edilir. 20-dən çox sosial layihələr hazırlanıb ki, onların tətbiqi bir çox aztəminatlı ailələrin vəziyyətinin yaxşılaşdırılmasında mühüm əhəmiyyət kəsb edəcək.
Prezidentin aztəminatlı ailələrin vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə atdığı addımlardan biri də ötən il qaz borclarının silinməsi haqqında Fərmanı oldu. Prezident İlham Əliyevin “Əhalinin təbii qazdan istifadəsi üzrə yaranmış borclarının silinməsi tədbirləri barədə” həmin Fərmanına görə əhalinin dövlətə olan 320 milyon manat borcu ləğv edildi. Bunu böyük minnətdarlıqla qarşılayan aztəminatlı ailələr Prezidentin bu addımını dövlətin qayğısı kimi qiymətləndirdi.
Amma görülən bütün tədbirlərə baxmayaraq, çox təəssüf ki, əhalinin bir qismi hələ də yoxsulluq həddində yaşayır. Prezident İlham Əliyev Salyan rayonunda ictimaiyyət qarşısında çıxışı zamanı bu məqamı xüsusi vurğulayıb: “Azərbaycanda əlbəttə ki, yoxsul təbəqə də vardır. Onların sayı ildən-ilə azalır. Bu gün yoxsulluq şəraitində yaşayanlar 11 faizdir. Yəni bu, demək olar ki, inkişaf etmiş ölkələrin səviyyəsinə yaxındır. Ancaq o da çoxdur. Baxmayaraq ki, biz bu göstəricini 49 faizdən 11 faizə endirə bilmişik, 11 faiz də çoxdur. Mən istəyirəm ki, ümumiyyətlə, Azərbaycanda yoxsul və işsiz olmasın. İndi biz işsizliyin böyük hissəsini böyük şəhərlərdə həll etmişik. İndi xaricdən böyük şəhərlərə iş dalınca gəlirlər. Ancaq bölgələrdə hələ ki, işsizlik problemləri vardır. Əvvəlki illərdə bölgələrdən başqa ölkələrə işləmək üçün gedirdilər, bu gün Bakıya gəlirlər. Bu, əlbəttə ki, böyük bir addımdır. Amma elə etməliyik ki, ölkədə kifayət qədər iş yerləri olsun, insanlar bölgələrdə işləsinlər”.
RUHİYYƏ
Xəbər lenti
Hamısına baxDünya
08 Sentyabr 23:32
Dünya
08 Sentyabr 23:10
Dünya
08 Sentyabr 22:56
Dünya
08 Sentyabr 22:23
İqtisadiyyat
08 Sentyabr 21:45
Dünya
08 Sentyabr 21:34
İdman
08 Sentyabr 21:19
İqtisadiyyat
08 Sentyabr 20:42
Dünya
08 Sentyabr 20:31
Dünya
08 Sentyabr 20:17
Sosial
08 Sentyabr 19:50
İqtisadiyyat
08 Sentyabr 19:24
Sosial
08 Sentyabr 19:10
YAP xəbərləri
08 Sentyabr 18:18
Dünya
08 Sentyabr 18:16
YAP xəbərləri
08 Sentyabr 18:09
YAP xəbərləri
08 Sentyabr 17:41
YAP xəbərləri
08 Sentyabr 17:40
Dünya
08 Sentyabr 17:28
Sosial
08 Sentyabr 17:15
Siyasət
08 Sentyabr 17:11
YAP xəbərləri
08 Sentyabr 17:01
YAP xəbərləri
08 Sentyabr 16:59
YAP xəbərləri
08 Sentyabr 16:48
Din
08 Sentyabr 16:47
YAP xəbərləri
08 Sentyabr 16:36
YAP xəbərləri
08 Sentyabr 16:33
Dünya
08 Sentyabr 16:30
Elanlar
08 Sentyabr 15:49
YAP xəbərləri
08 Sentyabr 15:47
Dünya
08 Sentyabr 15:45
Diaspor
08 Sentyabr 15:41
Hadisə
08 Sentyabr 15:34
Elm
08 Sentyabr 15:33
Sosial
08 Sentyabr 15:26
Sosial
08 Sentyabr 15:25
Dünya
08 Sentyabr 15:17
Analitik
08 Sentyabr 14:31
İqtisadiyyat
08 Sentyabr 14:28
Dünya
08 Sentyabr 14:25
Gündəm
08 Sentyabr 14:22
Dünya
08 Sentyabr 14:10
Dünya
08 Sentyabr 13:39
Dünya
08 Sentyabr 13:10
Siyasət
08 Sentyabr 12:42
Dünya
08 Sentyabr 12:14
Hadisə
08 Sentyabr 11:58
Gündəm
08 Sentyabr 11:35
İqtisadiyyat
08 Sentyabr 10:40
İqtisadiyyat
08 Sentyabr 10:18
Analitik
08 Sentyabr 09:44
Analitik
08 Sentyabr 09:20
Sosial
08 Sentyabr 08:53
Sosial
08 Sentyabr 08:35
Sosial
08 Sentyabr 07:25
Dünya
07 Sentyabr 23:39
Dünya
07 Sentyabr 23:15
İdman
07 Sentyabr 22:43
Xəbər lenti
07 Sentyabr 22:30
Dünya
07 Sentyabr 22:17
Dünya
07 Sentyabr 21:59
YAP xəbərləri
07 Sentyabr 21:51
YAP xəbərləri
07 Sentyabr 21:43
YAP xəbərləri
07 Sentyabr 21:41
YAP xəbərləri
07 Sentyabr 21:35
YAP xəbərləri
07 Sentyabr 21:33
Dünya
07 Sentyabr 21:24
YAP xəbərləri
07 Sentyabr 21:09
İqtisadiyyat
07 Sentyabr 21:06
YAP xəbərləri
07 Sentyabr 21:06

