/ / Prezident İlham Əliyev Rusiyanın Rostov vilayətinin qubernatorunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Rusiyanın Rostov vilayətinin qubernatorunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
04.03.2020 [09:28]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Rusiya Federasiyasının Rostov vilayətinin qubernatoru Vasili Qolubevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, nümayəndə heyətinin üzvlərini salamlayan Prezident İlham Əliyev deyib: “Xoş gəlmisiniz, sizi görməyə çox şadam. Əminəm ki, səfəriniz məhsuldar və xoş olacaq. Bizi qədim dostluq telləri bağlayır. Şadam ki, bu gün bizə gəlmisiniz. Əlbəttə, sizin səfərinizin gündəliyi yetərincə zəngindir. Bildiyimə görə, çoxlu görüşləriniz olacaq. Mənim fikrimcə, bu görüşlərin hamısı çox konstruktiv olacaq və onların nəticələrinə əsasən gələcək əməkdaşlıq yollarını planlaşdıracağıq. Ona görə ki, həm əmtəə dövriyyəsinin artırılması, həm də investisiya layihələrinin, mədəni layihələrin həyata keçirilməsi sahəsində böyük potensial var. Ümumiyyətlə, biz qonşuyuq, demək olar ki, eyni regionda yaşayırıq. Buna görə də, kənd təsərrüfatı istiqamətləri ümumiyyətlə oxşardır. Odur ki, kooperasiya üzrə istiqamətlər çoxdur. Bildiyiniz kimi, biz sizin kənd təsərrüfatı texnikasından fəal istifadə edirik və bizim fermerlər razıdırlar. Beləliklə, görüləsi işlər çoxdur, gündəlik zəngindir. Ümidvaram ki, səfəriniz çox səmərəli olacaq. Bir daha xoş gəlmisiniz”.
Rostov vilayətinin qubernatoru Vasili Qolubev deyib: “Sağ olun, İlham Heydər oğlu. Əvvələn, səmimi qəbul üçün Sizə təşəkkür edirik. Biz artıq işə başlamışıq və xeyli görüşlər olub. Biznes nümayəndələri işləyirlər. Bilirəm ki, bu layihələr çox konkretdir, hər iki tərəfin marağına uyğundur. Bu, Sizin dediyiniz kimi, maşınqayıranlara da, “Waterfall PRO” şirkətinə də aiddir. Polimerlər istehsal edən bu şirkət xammalı Azərbaycandan alır. Potensial böyükdür, təqribən 60 min ton məhsuldan söhbət gedir. Ümidvaram ki, həmin şirkətlərlə əldə edilmiş razılaşmalar reallaşacaq. Onlar praktiki olaraq reallaşmağa başlayıb. Rostov vilayəti geniş şaxələndirilmiş regiondur. Son illərdə bizdə sənaye sektorunun, aqrar sənaye sektorunun inkişaf dinamikası yaxşıdır. Turizm potensialının inkişaf etdirilməsi üçün gözəl imkanlarımız var. Bir neçə şirkət elə bu gün əlaqələrin inkişafı barədə sazişlər imzalamağa hazırdır - sabah bu sazişlər imzalanacaq.
Mən humanitar əməkdaşlıq mövzusunu ayrıca qeyd etmək istərdim. Bizim ali məktəblər arasında əməkdaşlıq haqqında bu gün də müqavilələr var. Bilirəm ki, bizim Rostov Dövlət Texniki Universitetinin, Cənub Federal Universitetinin və bir sıra başqa ali məktəblərin konkret əlaqələri reallaşıb. Çox xoşagələn haldır ki, bu tərəfdaşlıq münasibətləri qədim tarixə malikdir”.
* * *
Rostov vilayətinin qubernatoru Vasili Qolubev Prezident İlham Əliyevə videoyazı olan xatirə albomunu təqdim edib.
Videoalbom 1980-ci ildə o vaxt Azərbaycana rəhbərlik edən Ulu Öndər Heydər Əliyevin Rostov vilayətinə səfərinə həsr olunub. Səfər zamanı Ulu Öndər Böyük Vətən müharibəsi illərində misilsiz şücaət göstərmiş Azərbaycan əsgərlərinin qəhrəmanlığına həsr edilən və Rostov vilayətinin azad olunmasının rəmzi olan “Sambek yüksəklikləri” xatirə abidəsinin açılışında iştirak edib. O zaman alman faşistləri ilə döyüşlərdə böyük hünərlə vuruşan həmvətənlərimizdən ibarət 130-cu və 416-cı atıcı diviziyalar “Taqanroq” fəxri adına layiq görülmüşdü.
* * *
Prezident İlham Əliyev deyib: “Bizim ortaq tariximizi xatırlatdığınıza görə çox təşəkkür edirəm. Əlbəttə, 40 il bundan əvvəl Heydər Əlirza oğlu Əliyev Rostov vilayətində bu memorialın açılışında iştirak edib. Bu tarix bizə çox əzizdir. Sağ olun ki, bu xatirəni qoruyursunuz. Riqqət hissi doğuran belə videoçarxa görə sağ olun. Əlbəttə, bu il bizim ümumi Qələbəmizin böyük bayram ilidir. Azərbaycanda Böyük Vətən müharibəsi veteranları dövlət tərəfindən həm mənəvi, həm də maddi baxımdan dəstəklənirlər. Biz onların fədakarlığını, qəhrəmanlığını həmişə xatırlayırıq. Mən hər il mayın 9-nu adətən Bakıda veteranlarla birgə keçirirəm. Lakin, bu il Vladimir Vladimiroviç Putindən dəvət almışam və mayın 9-da Moskvada olmağı planlaşdırıram. Onu da demək istəyirəm ki, bizim ümumi Qələbəmiz şərəfinə Azərbaycan Ordusunun zabitləri Qızıl Meydanda paradda iştirak edəcəklər.
Fürsətdən istifadə edib onu da demək istərdim ki, bu məsələ barədə Rusiyanın və Azərbaycanın mövqeləri tamamilə eynidir. Böyük Vətən Müharibəsi haqqında həqiqətin təhrif edilməsi, tarixi yenidən yazmaq, faşizmi və faşistləri qəhrəmanlaşdırmaq cəhdlərinə qarşı biz də qətiyyətlə mübarizə aparırıq. Buna görə də, bu məsələdə bizim mövqelərimiz tamamilə üst-üstə düşür. Bu mövqelər həm tarixi həqiqətə, ədalətə, həm də ona əsaslanır ki, gələcək nəsillər kimin təcavüzkar, kimin təcavüz qurbanı olmasına, kimin qalib gəlməsinə və bu Qələbənin nəyin bahasına qazanılmasına heç vaxt şübhə etməsinlər.
Biz həlak olmuş bütün sovet vətəndaşlarının xatirəsini, əlbəttə, bizim nümayəndələrin də xatirəsini Azərbaycanda ehtiramla yad edirik. Müharibədə Azərbaycandan iştirak edənlərin yarısı, 300 min nəfərdən çoxu həlak olub. Müharibə illərində Sovet ordusunun sürtkü yağlarına tələbatının 90 faizini, benzinin və tanklar üçün yanacağın 80 faizini Azərbaycan təmin edirdi. Bu, bizim ümumi Qələbəmizdə mühüm rol oynayıb. Bizim zavodlarda zəruri silahlar, o cümlədən məşhur “Katyuşa” raketləri istehsal edilirdi. Ona görə də, biz həmin günü ehtiramla yad edirik və bu xatirə hədiyyəsinə görə bir daha təşəkkürümü bildirmək istəyirəm. Sağ olun”.
Xəbər lenti
Hamısına baxDünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03

