Prezident İlham Əliyev Dilarə Seyidzadəyə “Şərəf” ordenini təqdim edib
03.12.2019 [10:09]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 2-də Dilarə Seyidzadəyə “Şərəf” ordenini təqdim edib.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev deyib: “Hörmətli Dilarə xanım, bildiyiniz kimi, keçən həftənin sonunda Prezident Administrasiyasının yeni strukturu təsdiq edildi. Bu struktura görə, uzun illər rəhbərlik etdiyiniz katiblik, bir neçə şöbə ləğv olundu və bir neçə yeni şöbə yaradıldı. Bu, təbii prosesdir. Çünki ölkəmizin hər yerində islahatlar aparılır, o cümlədən struktur islahatları. Yaxın günlərdə Nazirlər Kabinetinin yeni strukturu təsdiq olunacaqdır. Yaxın gələcəkdə parlament yenidən formalaşacaq. Bu, təbii prosesdir. Eyni zamanda, gəncləşmə prosesi aparılır, bu da təbiidir. Çünki biz indi gənc kadrlara gərək imkan yaradaq ki, onlar öz bacarığını göstərsinlər.
Siz 1993-cü ildə Prezident Administrasiyasına Ulu Öndər Heydər Əliyev tərəfindən dəvət olunmusunuz. Demək olar ki, Heydər Əliyev Prezident kimi fəaliyyətə başlayandan dərhal sonra sizə bu böyük etimadı göstərmişdir və on il ərzində Onun rəhbərliyi altında işləmisiniz. Yəni, siz 26 ildir Prezident Administrasiyasında çalışırsınız, onun 20 ilini katibliyin rəisi kimi. Ulu Öndərin sizə olan xoş münasibətini mən şəxsən bilirəm, bunun şahidi olmuşam. O, sizə çox inanırdı, güvənirdi və məhz buna görə sizə böyük vəzifəni etibar etmişdir.
Son 16 il ərzində biz birlikdə işləyirik. Mən də sizin işinizdən həmişə razı olmuşam. Siz çox məsuliyyətli, bilikli, peşəkar insan kimi ölkəmizin ümumi inkişafına böyük töhfələr vermisiniz. Bütün bunları nəzərə alaraq, mən sizi yüksək dövlət ordeni - “Şərəf” ordeni ilə təltif edirəm. Siz bu yüksək ordenə layiqsiniz. Bu orden sizin gördüyünüz işlərə dövlət tərəfindən verilən yüksək qiymətdir. İcazə verin, bu yüksək mükafatı sizə təqdim edim”.
Dilarə Seyidzadə: Çox sağ olun.
* * *
Dövlətimizin başçısı “Şərəf” ordenini Dilarə Seyidzadəyə təqdim edib.
* * *
Prezident İlham Əliyev: Təbrik edirəm sizi.
Dilarə Seyidzadə: Çox sağ olun, cənab Prezident. Bilirsiniz, bu gün mənim üçün çox böyük bir gündür. Mən bütün həyatımı bir tarixçi kimi çalışmışdım. Bu, mənim üçün çox böyük bir şərəf idi. Siz çox sağ olun, elə bu ordenin də adı “Şərəf”dir. Çox şadam ki, böyük, unudulmaz şəxsiyyət, bizim dahi rəhbərimiz Heydər Əliyev mənə inanıb, etimad göstərib, əvvəlcə Özünə köməkçi, sonra isə katiblik yaradıb qarşımda çox məsuliyyətli vəzifələr qoymuşdur. O, katibliyi yaradanda mənə işin hamısını izah etmişdi. Görünür, O hesab edirdi ki, həmin dövrdə katiblik çox lazımi işlər görəcək.
Mən Sizə çox böyük minnətdarlığımı bildirirəm ki, Siz də bizə etimad göstərdiniz, mənim başçılıq etdiyim katibliyə diqqət, qayğı göstərdiniz. Biz bu diqqət və qayğını hər gün hiss edirdik. Biz fəxr edirdik ki, gündəlik işimizlə Sizə nəsə kömək göstəririk. Bu, bizim həyatımızın mənası idi.
Bu gün də yüksək diqqət göstərib, vaxt ayırıb məni qəbul etdiniz, mənə belə böyük bir mükafat verdiniz. Mən həmişə Sizin çıxışlarınıza valeh oluram, çox diqqətlə qulaq asıram. Onlar bizim tariximizi daim hər bir insanın ürəyinə çatdırır. Deyə bilərəm ki, Azərbaycan xalqının çox böyük oğlusunuz. Biz hamımız Sizinlə həmişə fəxr edirik, Sizi hamı sevir. Arzum odur ki, Siz həmişə xoşbəxt olasınız, həmişə bizim bu gözəl Vətənimizi irəliyə aparasınız.
Prezident İlham Əliyev: Çox sağ olun. Xoş sözlərə görə təşəkkür edirəm. Sizə də cansağlığı arzulayıram. Əminəm ki, Siz çox gözəl tarixçi, ictimai xadim kimi bundan sonra da ölkəmizin ümumi inkişafına dəyərli töhfə verəcəksiniz və Azərbaycan tarixini, xüsusilə müasir tarixini olduğu kimi, bütün həqiqətləri tam təfsilatı ilə nəzərə alaraq həm ictimaiyyətə, həm də xüsusilə gənc nəslə çatdıracaqsınız.
Çünki mənim Bakı Dövlət Universitetinin 100 illiyinə həsr edilmiş tədbirdəki çıxışım məhz böyük dərəcədə gənclərə verilən çox ciddi mesaj idi. Həqiqəti onlar olduğu kimi bilməlidirlər, bugünkü reallıqları qiymətləndirməlidirlər, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının qarşısında göstərdiyi tarixi xidmətləri bilməlidirlər. Biz hamımız o acı günləri yaxşı xatırlayırıq. Azərbaycanda xaos, anarxiya, özbaşınalıq hökm sürürdü, ölkəmizin müstəqilliyi sual altında idi. Demək olar ki, Azərbaycan parçalanma ərəfəsində idi. Məhz Heydər Əliyevin qətiyyəti, cəsarəti, biliyi, xalqın Ona olan inamı, bizi bu ağır vəziyyətdən çıxardı və inkişaf yoluna qoydu.
Ona görə hesab edirəm ki, müasir tariximizlə bağlı daha böyük əsərlər yazılmalıdır, həm elmi əsərlər, həm publisistik əsərlər. Çünki buna böyük ehtiyac var. Xüsusilə ona görə ki, biz bu tarixi yaşamışıq, biz hamımız o tarixin şahidləriyik. Hesab edirəm ki, bu tarixi olduğu kimi çatdırmaq, onu bizim tarixlə bağlı kitablarda əks etdirmək böyük iş olar. Əminəm ki, Siz tarixçi kimi və Azərbaycan dövlətçiliyinin formalaşmasında önəmli rol oynamış insan kimi bundan sonra da öz elmi fəaliyyətinizdə bu işləri görəcəksiniz. Sizə cansağlığı və yeni uğurlar arzulayıram.
* * *
Sonda xatirə şəkli çəkdirilib.
Xəbər lenti
Hamısına baxXəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06

