Bakıda Respublika Perinatal Mərkəzi istifadəyə verilib
29.12.2009 [10:37]
AzərTAc: Dünən Bakıda Respublika Perinatal Mərkəzi istifadəyə verilib.
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər. Mərasim iştirakçıları dövlətimizin başçısını və xanımını hərarətlə qarşılayıblar. Mehriban xanıma gül dəstəsi təqdim olunub.
Əhalinin sağlamlığının etibarlı qorunması Azərbaycan dövlətinin qarşıya qoyduğu prioritet vəzifələrdən biridir. Son illərdə ölkədə səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun yeniləşdirilməsi istiqamətində mühüm addımlar atılır. Dövlətimizin başçısının təşəbbüsü ilə bu sahədə həyata keçirilən layihələr, ilk növbədə insanların sağlamlığının qorunması işinə xidmət edir. ölkəmizdə ana və uşaq sağlamlığının qorunması istiqamətində də mühüm işlər görülür, bu sahədə mühüm layihələr həyata keçirilir.
Prezident İlham Əliyevin tapşırığına əsasən qəbul olunmuş “Ana və uşaqların sağlamlığının qorunmasına dair tədbirlər Proqramı”na uyğun olaraq paytaxtda yaradılmış Respublika Perinatal Mərkəzi də bu baxımdan diqqət çəkir.
Ana və uşaqların sağlamlığının qorunması Heydər Əliyev Fondunun da fəaliyyətinin prioritet sahələrindən biridir. Fondun prezidenti Mehriban xanım Əliyevanın birbaşa təşəbbüsü ilə həyata keçirilən tədbirlər genefondun qorunmasına, bu sahədə mövcud problemlərin əsaslı surətdə həllinə yönəlib. Respublika Perinatal Mərkəzi isə ana olmağa hazırlaşan qadınlara, o cümlədən dünyaya yenicə göz açan körpələrə yüksək ixtisaslı diaqnostik, konsultativ və müalicə yardımı göstərən yeni tipli səhiyyə müəssisəsidir. Mərkəzin binası ən son tələblərə cavab verən tibb müəssisəsi kimi layihələşdirilərək yenidən qurulub.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva mərkəzlə tanış olublar.
Səhiyyə naziri Oqtay Şirəliyev məlumat verib ki, mərkəz Dövlət Proqramında nəzərdə tutulan və yaxın vaxtda istifadəyə veriləcək daha 6 regional perinatal mərkəzə təşkilati-metodik rəhbərlik etməklə yanaşı, ana olmağa hazırlaşan qadınlara və körpələrə tibbi yardım göstərən müəssisələrin fəaliyyətini əlaqələndirəcək. Eyni zamanda, bu mərkəzdə yüksək risk qrupuna daxil olan hamilə qadınlara konsultativ-diaqnostik yardım göstəriləcək. Tibb müəssisəsində biokimyəvi və genetik analizlər aparmaq üçün ən müasir şərait yaradılıb.
Dövlətimizin başçısı və xanımı cərrahiyyə və reanimasiya şöbələri ilə tanış olublar. Reanimasiya şöbəsindəki kardiomonitorların hamısı kompyuter mərkəzinə qoşulub. Mərkəzdə hər bir xəstənin məlumat bazası yerləşdiriləcək. Prezident İlham Əliyev mərkəzdə yaradılmış konfrans zallarına da baxıb.
Bildirilib ki, 120 çarpayılıq Respublika Perinatal Mərkəzində ən müasir tibbi avadanlıq və cihazlarla təchiz olunan hamiləliyin patologiyası, anesteziologiya və reanimasiya, yeni doğulmuşların intensiv terapiyası, konsultativ məsləhət və digər şöbələr vardır. Mərkəzdə çalışacaq həkim və orta tibb işçiləri müsabiqə yolu ilə seçiliblər. Beləliklə, bu tibb müəssisəsinin yaradılması ilə ana olmağa hazırlaşan qadınlara və körpələrə tibbi yardımın keyfiyyəti daha da yaxşılaşdırılacaq, ana və uşaq sağlamlığının qorunması işi yeni səviyyəyə qaldırılacaq.
Mərkəzin fəaliyyəti ilə tanış olan dövlətimizin başçısı səhiyyə ocağının tibbi heyəti ilə görüşüb, onları təbrik edərək deyib: “Bir daha sizi ürəkdən təbrik edirəm. Burada ən gözəl şərait yaradılıb, bütün imkanlar vardır. Bu il Azərbaycanda “Uşaq ili” elan edilmişdir və il başa çatır. İl ərzində müxtəlif tədbirlər keçirilib. O tədbirlərin içində bu Perinatal Mərkəzin açılışı xüsusi yer tutur. Uşaqların sağlam böyüməsi üçün ilk növbədə uşaqlar doğulan zaman onlara yaxşı baxılmalıdır. Hər bir insanın həyatı doğum evindən başlayır. Azərbaycanda uşaqlara diqqət, qayğı həmişə yüksək səviyyədə olub. Belə gözəl tibbi müəssisələrin yaradılması Azərbaycan dövlətinin bu sahəyə verdiyi əhəmiyyəti bariz şəkildə göstərir. ümumiyyətlə ölkəmizdə 2009-cu ildə çoxsaylı tibb məntəqələri açılmışdır, tibb ocaqları, müalicə-diaqnostika mərkəzləri, Talassemiya Mərkəzi, uşaq xəstəxanaları istismara verilmişdir. Bakıda və bütün rayonlarımızda bu sahəyə çox böyük diqqət göstərilir. “Uşaq ili”nin sonunda yeni, müasir Perinatal Mərkəzin istifadəyə verilməsi rəmzi xarakter daşıyır. Biz hamımız yaxşı xatırlayırıq ki, bu bina hansı vəziyyətdə idi. çox bərbad vəziyyətdə idi, köhnəlmişdi. Xarici görünüşü də müasir Bakımızın simasına tamamilə zidd idi. Həm xarici görünüşü gözəlləşdi, həm də ən önəmlisi, burada yaradılan şərait, avadanlıq, gözəllik və böyük zövqlə yenidən qurulan bu bina əminəm ki, Azərbaycanın səhiyyə sisteminin gələcək inkişafı üçün öz vacib rolunu oynayacaqdır. Bu mərkəzdə çalışan bütün insanlara uğurlar diləyirəm, uşaqlara yaxşı baxın. Uşaqlar burada yaxşı, sağlam doğulsunlar, böyüsünlər və Azərbaycan dövlətinin gələcək inkişafında öz rolunu oynasınlar. Sizi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edirəm. Sizə cansağlığı, yeni uğurlar arzulayıram”.
Tibb işçiləri Prezident İlham Əliyevə minnətdarlıq ediblər.
Sonda dövlətimizin başçısı və xanımı mərkəzin kollektivi ilə xatirə şəkli çəkdiriblər.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

