/ / Azərbaycan, Rusiya və Monqolustan prezidentləri cüdo üzrə dünya çempionatının qarışıq komanda yarışlarına baxıblar
Azərbaycan, Rusiya və Monqolustan prezidentləri cüdo üzrə dünya çempionatının qarışıq komanda yarışlarına baxıblar
28.09.2018 [09:28]
Sentyabrın 27-də cüdo üzrə dünya çempionatı çərçivəsində qarışıq komanda yarışları keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri, ölkəmizdə işgüzar səfərdə olan Rusiya Prezidenti Vladimir Putin, Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa və Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer yarışlara baxıblar.
Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizə işgüzar səfərə gələn Rusiya Prezidenti Vladimir Putini qarşılayıb.
Rusiya Prezidenti Azərbaycan Prezidentinin ailə üzvləri, Monqolustan Prezidenti və Beynəlxalq Cüdo Federasiyasının prezidenti ilə görüşüb.
Bakıda keçirilən cüdo üzrə dünya çempionatının sonuncu günündə komanda yarışlarına start verilib. Yaponiya, Koreya və Fransa komandaları gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmalardan sonra yarımfinala vəsiqə qazanıblar. Bunun ardınca Almaniya ilə qarşılaşmadan qalib ayrılan Rusiya yığması da yarımfinala çıxıb. Finalda Yaponiya və Fransa komandaları üz-üzə gəliblər.
Azərbaycan yığmasının çıxışlarına gəlincə, Avstriya ilə qarşılaşmada rəqibini 5:1 hesabı ilə məğlub edən cüdoçularımız dörddəbir finalda Yaponiya yığmasına uduzublar. Ancaq seçməmiz təsəlliverici görüşdə iştirak hüququ qazanıb və onun rəqibi Niderland yığması olub. Bu mərhələdə Azərbaycan yığması rəqibindən üstün olmağı bacarıb. Millimiz 4-2 hesabı ilə qalib gələrək çempionatın bürünc medalı uğrunda mübarizəyə vəsiqə qazanıb.
Azərbaycan millisi Bakıda keçirilən cüdo üzrə dünya çempionatında fərdi yarışları 11-ci pillədə başa vurub. Komandamızın üzvlərindən Uşangi Kokauri gümüş, Hidayət Heydərov isə bürünc medal qazanıb.
Bakıdakı dünya çempionatında cəmi 22 ölkə medal qazana bilib, 14 qızıl medalın yarısı Yaponiyanın olub. Qalan qızıl medallardan 2-si Koreya Respublikasına, hərəyə 1 medal Fransa, Gürcüstan, İran, Ukrayna və İspaniyaya nəsib olub. Mundialda 125 ölkədən 800-dək cüdoçu mübarizə aparırdı.
Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycan yığmasının üzvləri ilə görüşüblər.
İdmançıları təbrik edən Prezident İlham Əliyev deyib: “Sizi bu gözəl qələbə münasibətilə təbrik etmək istəyirəm. Bizim idmançılarımız gümüş və bürünc medal qazanıblar. Digər idmançılarımız da çox gözəl döyüş nümayiş etdiriblər, komandamız da qabaqcıl komandalar arasındadır. Bütün bunlar çox böyük nailiyyətlərdir, Azərbaycan cüdo məktəbinin böyük uğurudur və Siz bütün xalqımızı sevindirirsiniz.
Cüdo üzrə dünya çempionatının Azərbaycanda keçirilməsi özlüyündə böyük bir hadisədir. Bu, onu göstərir ki, Azərbaycan dünya miqyasında uğurlu inkişaf yolunda çox böyük addımlar atıb. Əlbəttə, siz hamınız istəyirdiniz ki, idmançılarımız gözəl döyüş nümayiş etdirsinlər, belə də oldu. Həm medallar qazanıldı, həm də medal qazanmayan idmançılarımız çox ləyaqətli döyüş nümayiş etdirdilər. Mən bu münasibətlə sizin hamınızı ürəkdən təbrik etmək, sizə yeni uğurlar arzulamaq istəyirəm. Onu da qeyd etməliyəm ki, sizin komanda yarışında döyüşləriniz hələ davam edəcək, siz bürünc medal uğrunda döyüşəcəksiniz, rəqibiniz də çox güclüdür. Əlbəttə, biz hamımız sizə uğurlar arzulayırıq.
Onu da bilməliyik ki, bu, idmandır, idmanda qələbə də olur, məğlubiyyət də. Əsas odur ki, bizim idmançılarımız ləyaqətli döyüş nümayiş etdirsinlər. Fəxr edirik ki, bizim görkəmli cüdoçularımız var. Elnur, Nazim, Elxan, Olimpiya, dünya çempionları, Natiq, veteranlar Sizin üçün böyük nümunədir. Mehman da yadımdadır, Olimpiya Oyunlarında biz onun döyüşlərini böyük maraqla izləmişik. Ona görə hesab edirəm ki, bizim cüdoçularımız bundan sonra da ancaq irəliyə gedəcək, xalqımızı, Vətənimizi sevindirəcəklər”.
Sonra çıxışını rus dilində davam etdirən Prezident İlham Əliyev deyib: “Bizim komandada elə uşaqlar var ki, onlar Azərbaycan dilini o qədər də yaxşı bilmirlər. Buna görə mən onlara da müraciət etmək, onları uğurları, nailiyyətləri münasibətilə təbrik etmək istərdim. Siz ölkəmizi həmişə ləyaqətlə təmsil etmisiniz və xalqımızı sevindirmisiniz. Sizi təbrik edirəm və gələcəkdə sizə uğurlar diləyirəm”.
* * *
Xatirə şəkilləri çəkdirilib.
* * *
Prezident Vladimir Putin də Rusiya yığmasının üzvləri ilə görüşüb.
* * *
Daha sonra Prezident İlham Əliyev çempionatda iştirak edən və mükafat qazanan Azərbaycan yığmasının üzvlərindən, cüdo üzrə Olimpiya çempionlarından və məşqçi heyətindən bir qrupunu Rusiya Prezidenti Vladimir Putinə təqdim edib.
Xəbər lenti
Hamısına baxSiyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Siyasət
15 İyul 18:15
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17
Xəbər lenti
15 İyul 16:57
YAP xəbərləri
15 İyul 16:46
YAP xəbərləri
15 İyul 16:38
YAP xəbərləri
15 İyul 16:32
YAP xəbərləri
15 İyul 16:31
Siyasət
15 İyul 16:21
Elanlar
15 İyul 16:20
Mədəniyyət
15 İyul 16:17
Gündəm
15 İyul 16:16
Sosial
15 İyul 15:58
YAP xəbərləri
15 İyul 15:49
Siyasət
15 İyul 15:29
Sosial
15 İyul 15:27
Xəbər lenti
15 İyul 14:56
Dünya
15 İyul 14:25
Xəbər lenti
15 İyul 13:50
İqtisadiyyat
15 İyul 13:33
İdman
15 İyul 12:51
İqtisadiyyat
15 İyul 12:49
YAP xəbərləri
15 İyul 12:09
Siyasət
15 İyul 11:56
Siyasət
15 İyul 11:55
Sosial
15 İyul 11:30
Sosial
15 İyul 11:30
Gündəm
15 İyul 11:14
Siyasət
15 İyul 11:13
YAP xəbərləri
15 İyul 10:43
Gündəm
15 İyul 10:41
Maraqlı
15 İyul 10:39
Siyasət
15 İyul 10:38
İqtisadiyyat
15 İyul 10:30
Gündəm
15 İyul 10:21
Xəbər lenti
15 İyul 10:19
Ədəbiyyat
15 İyul 10:01
Dünya
15 İyul 09:58
Ədəbiyyat
15 İyul 09:37
YAP xəbərləri
15 İyul 09:33
MEDİA
15 İyul 09:30
İdman
15 İyul 08:46
Dünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43

