Sahibkarlara verilən kreditlərin həcmi artırılacaq
22.08.2009 [10:39]
Sahibkarlığa Kömək Milli Fondu dövlət tərəfindən sahibkarlara verilən kreditlərin həcminin artırılacağını bildirib. Qurum son illərdə dövlətin bu sahəyə dəstəyinin daha da gücləndiyini və özəl bölmənin inkişafı üçün maliyyə vəsaitlərinin həcminin artırıldığını xatırladaraq sahibkarların daha böyük həcmdə kreditlərlə təmin olunacağını bəyan edib. Fond bölgələrdə sahibkarlığın inkişafı üçün geniş vüsət alan kredit yarmarkalarının da davamlı xarakter alacağı, bütün iqtisadi rayonlar üzrə fəaliyyət göstərən sahibkarların maliyyə vəsaitləri ilə təmin ediləcəyini qeyd edib.
Prezident İlham Əliyev həmişə sahibkarlığın inkişafına xüsusi diqqət göstərdiyini, sahibkarların ən yaxın dostu olduğunu bəyan edib. Dövlət başçısının müvafiq tapşırıqlarına uyğun olaraq sahibkarlara dövlət dəstəyi gücləndirilib. Sahibkarlıq bölməsində çalışanlara ən böyük qayğının təzahürü kimi qiymətləndirilən bu siyasət son illərdə daha da dərinləşib. Dünyada maliyyə böhranı ilə bağlı bir sıra ölkələrdə dövlətin özəl bölməyə dəstəyinin azalması, sahibkarlıq bölməsinə yönəldilən kreditlərin həcminin aşağı düşməsi tendensiyası müşahidə olunduğu halda Azərbaycanda bu sahəyə hökumətin qayğısı daha da yaxşılaşıb. Dövlətin maliyyə dəstəyinin əhəmiyyətli dərəcədə artması, eləcə də, dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi əsas prioritetlərdən birinə çevrilib.
Dövlət başçısı sahibkarlıq sektorunda nəzərəçarpan inkişaf meyillərinin qürurverici olmasını xatırladaraq özəl bölmədə çalışanlara dəstəyin davamlı olmasını tövsiyə edib. Prezident İlham Əliyev sahibkarlara kreditlərin verilməsində ən əlverişli imkanların yaradılmasının vacibliyinə diqqət çəkərək müvafiq orqanlara tapşırıqlarını verib. 2009-cu ilin birinci yarısının sosial-iqtisadi göstəriciləri ilə bağlı keçirilən müşavirədə Prezident İlham Əliyev sahibkarların maliyyə vəsaitləri ilə təmin olunmasını iqtisadi siyasətin əsas istiqamətlərindən biri kimi qiymətləndirib: “Bu il sahibkarlığın inkişafı üçün daha da böyük vəsait nəzərdə tutulur. Dövlət tərəfindən ayrılan kreditlərin məbləği artır, eyni zamanda, ənənəvi olaraq kənd təsərrüfatının inkişafı üçün subsidiyalar nəzərdə tutulubdur. Sahibkarlığa Kömək Milli Fondundan ayrılan kreditlərin verilməsi davam edir. Bildiyimə görə, nəzərdə tutulmuş məbləğin təxminən 40 faizi artıq xərclənibdir. çalışın ki, tezliklə qalan hissə də xərclənsin, çünki kreditlər nə qədər tez verilərsə, sahibkarlar da bir o qədər tez işə başlaya bilərlər. Bu il 130 milyon manat vəsait nəzərdə tutulur”.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasətin əsas istiqamətlərindən biri özəl bölmənin və sahibkarlıq sektorunun maliyyə təminatının yaxşılaşdırılması ilə bağlı mühüm layihələrin gerçəkləşdirilməsindən ibarət olduğundan regionlarda sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənlərin sayı da artmaqda davam edir. Bunun nəticəsidir ki, hər ay qeydə alınan sahibkarlıq subyektlərinin sayında əhəmiyyətli artım müşahidə olunur. Son bir ildə sahibkarlıqla məşğul olmaq istəyənlərin sayı 90 minə yaxın artıb. Hazırda təkcə fiziki şəxs qismində qeydə alınmış sahibkarların sayı 300 minə yaxındır. Bu sahədə ən mühüm nailiyyətlərdən biri ondan ibarətdir ki, yeni yaradılan sahibkarlıq subyektləri daha çox rayonlarda fəaliyyətə başlayıb. Bu faktor isə həm də regionların inkişafı ilə bağlı siyasətin həyata keçirilməsində və bölgələrin tarazlı inkişafında sahibkarların xüsusi rola malik olmasını şərtləndirib. Yeni sahibkarlıq subyektlərinin fəaliyyətə başlaması eyni zamanda, rayonlarda məşğulluq siyasətinin güclənməsinə səbəb olmaqdadır.
Bölgələrdə keçirilən kredit yarmarkalarının ənənə halını alması isə sahibkarların maliyyə ehtiyacları ilə bağlı çətinliklərinin aradan qaldırılması ilə yanaşı, onların birbaşa bank strukturları ilə təmas qurmasına imkan yaradıb. 2009-cu ilin əvvəllərindən başlayaraq Dağlıq Şirvan, Aran, Quba-Xaçmaz, Gəncə-Qazax, Lənkəran-Astara, Şəki-Zaqatala iqtisadi rayonlarında sahibkarların kreditlərlə təmin olunması ilə bağlı yarmarkalar keçirilib. 2009-cu ilin ötən dövrü ərzində Sahibkarlığa Kömək Mili Fondu tərəfindən müvəkkil kredit təşkilatları vasitəsilə sahibkarlara verilmiş güzəştli kreditlərin həcmi 70 milyon manata çatıb. Güzəştli kreditlər alan sahibkarlıq subyektlərinin sayı isə 1100-ü ötüb. Güzəştli kreditlər hesabına maliyyələşdirilən layihələrin həyata keçirilməsi nəticəsində 5000-ə yaxın yeni iş yerlərinin yaradılması gözlənilir. Bu siyasət bölgələrdə çalışan sahibkarlıq subyektlərinin probleminə hökumət strukturlarının yaxından tanış olması üçün mükəmməl vasitə kimi dəyərləndirilə bilər.
Onu da xatırladaq ki, sahibkarlığın maliyyələşdirilməsi ilə bağlı tədbirlər çərçivəsində 2004-2008-ci illər ərzində respublikamızın 62 şəhər və rayonu üzrə (Bakı şəhəri istisna olmaqla) 6118 investisiya layihəsinin maliyyələşdirilməsinə 227,7 milyon manat güzəştli kredit verilib. Bu investisiya layihələrinin həyata keçirilməsi nəticəsində 54312 yeni iş yerləri yaradılıb. ümumiyyətlə, 2004-cü ildən indiyə kimi Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına maliyyələşdirilmiş bütün investisiya layihələrinin sayının 87,5 faizi, güzəştli kreditlərin 70,4 faizi, yeni yaradılan iş yerlərinin isə 79,6 faizi regionların payına düşüb. Bu siyasət özəl sektorun xüsusi çəkisinin ən yüksək göstəriciyə çatmasına imkan verib. Həyata keçirilən bu siyasətin məntiqi nəticəsi olaraq özəl sektorun üDM-də payı 90 faizə çatmaqdadır.
Prezident İlham Əliyev 2009-cu ildə və növbəti illərdə sahibkarlığın inkişafı ilə bağlı tədbirlərin daha da gücləndiriləcəyini xatırladıb: “Yerli sahibkarlığın inkişafı üçün əməli-praktik işlər görürük. Büdcədən sahibkarlara kömək məqsədi ilə ayrılan vəsaitin həcmi böyük dərəcədə artır. Artıq bu kreditlər verilməyə başlanmışdır və əminəm ki, onların hesabına yerli sahibkarlar yeni müəssisələr yaradacaq, yeni imkanlar əldə edəcək və ölkəmizin hərtərəfli inkişafına öz töhfəsini verəcəklər. Biz növbəti illərdə də bu siyasətə sadiq qalacağıq. Azərbaycanda özəl sektorun inkişafı üçün lazımi tədbirlər bundan sonra da görüləcəkdir”.
Xəbər lenti
Hamısına baxXəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:44
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

