Azərbaycan-Suriya biznes forumu keçirilib
10.07.2009 [10:54]
Dünən Bakıda Azərbaycan-Suriya biznes forumu keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev və Suriya Prezidenti Bəşşar əl-Əsəd forumun açılışında iştirak ediblər. Biznes forumda Azərbaycandan 120-yə yaxın şirkət nümayəndələri və Suriyadan 70-ə yaxın iş adamı iştirak edib.
Prezident İlham Əliyev biznes forumda çıxış edərək deyib ki, əldə edilmiş razılaşmaların icrası nəticəsində Suriya-Azərbaycan əlaqələri gələcəkdə sürətlə inkişaf edəcək: “Dövlətlərimiz arasında ticarət dövriyyəsi ölkələrimizin potensialına cavab vermir və əlbəttə ki, siyasi əlaqələr gücləndikcə iqtisadi sahədə də daha böyük işlər görmək mümkün olacaqdır. Deyə bilərəm ki, bugünkü tarixi görüş iki ölkə arasında iqtisadi sahədə canlanmaya gətirib çıxaracaqdır. Bunu etmək üçün gözəl imkanlar, yaxşı potensial vardır”.
Dövlət başçısı İlham Əliyev Azərbaycan iqtisadiyyatının son illər ərzində sürətlə inkişaf etdiyini bildirib: “1990-cı illərin ortalarından Azərbaycanda geniş iqtisadi islahatlar aparılmağa başlanmışdır. Xüsusilə Azərbaycanın energetika, neft-qaz sahələrinə qoyulan sərmayələr bu gün də iqtisadiyyatımıza böyük təkan verir. Xüsusilə 1990-ci illərin ortalarında - o vaxt Azərbaycan haqqında bütövlükdə dünyada məlumat çox məhdud idi, olan məlumat da reallığı əks etdirmirdi, - məhz o illərdə başlanmış iqtisadi islahatlar hesabına biz bugünkü nailiyyətlərə çata bilmişik. Onu da qeyd etmək istəyirəm ki, bəzi başqa qonşulardan fərqli olaraq Azərbaycan bütün uğurlarını, bütün siyasi və iqtisadi nailiyyətlərini öz hesabına, Azərbaycan xalqının zəhməti hesabına, Azərbaycan dövlətinin siyasəti hesabına əldə etmişdir.
Azərbaycan özünü tam şəkildə təmin edən bir ölkədir və iqtisadi sahədə görülən işlər bunun bariz nümunəsidir”.
“Əgər 1991-ci ildə Azərbaycanda bazar iqtisadiyyatı sıfır səviyyədə idisə, - çünki biz Sovet İttifaqının tərkibində yaşayırdıq və Sovet İttifaqında bazar iqtisadiyyatı mümkün deyildi, - bu gün iqtisadiyyatın 85 faizi özəl sektorda formalaşıb və strateji müəssisələrdən başqa bütün digər sahələrdə genişmiqyaslı özəlləşdirmə siyasəti aparılmışdır”, - deyən Prezident İlham Əliyev vurğulayıb ki, bu gün Azərbaycan iqtisadiyatı çoxşaxəlidir.
Suriya-Azərbaycan əlaqələrinin sürətlə inkişaf etdiyini diqqətə çatdıran Prezident İlham Əliyev tövsiyyə edib ki, iş adamları da iqtisadi əlaqələri siyasi əlaqələrin səviyyəsinə gətirib çıxarsınlar: “Bizim dünən müzakirə etdiyimiz məsələlərdən biri də neft-qaz sahəsi olmuşdur. Bu sahədə çox gözəl imkanlar vardır. Biz dünən konkret məsələlər haqqında danışmışıq və istisna olunmur ki, gələcəkdə Suriya ilə Azərbaycan arasında qaz sahəsində əməkdaşlıq yaransın. Biz görürük ki, bunun üçün qarşılıqlı maraq vardır. Azərbaycan zəngin neft-qaz yataqlarına malik olan ölkədir və nəinki bu yataqlar mövcuddur, bu yataqlarda böyük işlər aparılır, hasilat aparılır, bütün nəqliyyat infrastrukturu yaradılmışdır. Azərbaycanda yeddi neft və qaz kəməri fəaliyyət göstərir. Bizim ehtiyatlarımız dünya və Avropa bazarlarına bu kəmərlərlə çıxarılır. Bütün istiqamətlərə ixrac etmək üçün bizim imkanlarımız vardır və hesab edirəm ki, Suriyanın Bakı-Tbilisi-Ərzurum qaz kəmərinə qoşulması layihəsi də çox real layihədir. Biz bu layihənin üzərində çox böyük məmnuniyyətlə işləyəcəyik.
Bu il Azərbaycanda qaz hasilatı təxminən 25-27 milyard kubmetr səviyyəsində olacaqdır, Azərbaycan qazı müxtəlif ölkələrə - Gürcüstana, Türkiyəyə, Yunanıstana, İrana nəql edilir. Gələn ildən bu yaxınlarda imzalanmış sazişə əsasən Rusiyaya da Azərbaycan qazı ixrac ediləcəkdir. Coğrafi məkan nə qədər çox genişlənsə, həm bizim üçün, həm istehlakçılar, həm də istehsalçılar üçün bir o qədər yaxşıdır. Ona görə əminəm ki, energetika sahəsində yaxın zamanlarda ciddi irəliləyiş ola bilər”.
Suriya Prezidenti Bəşşar əl-Əsəd forumda çıxış edərək söyləyib ki, ölkələrimiz arasında mədəni əlaqələrin tarixi çox qədimdir: “Ancaq tarixin müəyyən mərhələsində xalqlarımız bu əlaqələri lazımi səviyyədə inkişaf etdirə bilməmişlər. Doğrudur, prezidentlər Hafiz Əsəd və Heydər Əliyev arasında hələ sovet dönəmində sıx əlaqələr olmuşdur. Ancaq o münasibətlər şəxsi münasibətlər olmuşdur. Azərbaycan ötən əsrin 90-cı illərinin əvvəllərində müstəqilliyini bərpa etdikdən sonra bu münasibətlər dövlətlərarası əlaqələr səviyyəsinə yüksəlmişdir. Şübhəsiz ki, ölkələrimiz arasında əlaqələr çox yaxşı səviyyədədir və bu, məhz birgə səylərimiz sayəsində təşəkkül tapmışdır. 90-cı illərdən sonra biz yeni həyatdan yeni dərslər götürmüşük və başa düşmüşük ki, ölkələrimizi inkişaf etdirmək üçün biz çoxvektorlu siyasət aparmalıyıq. Azərbaycan haqqında geniş məlumatlara malikik. Bizim müştərək maraqlarımız çoxdur. ölkələrimiz arasında məsafə təyyarə ilə cəmi 2 saat 20 dəqiqədir. Yəni demək olar ki, məsafə çox qısadır. Bu, bizə həm iqtisadi, həm də sərmayə qoymaq baxımından səmərəli işlər görməyə imkan verir. Cənab Prezident, mən ilk növbədə demək istərdim ki, iş adamları çox həssas olurlar. Biz çox istərdik ki, iş adamlarının həssaslığından istifadə edək və onları ölkələrimizin maraqlarına xidmət edən məsələlərə istiqamətləndirək. İş adamları siyasi əlaqələrin səviyyəsini bilmək istəyirlər. Prezident Əliyevin sözlərini bir daha təsdiq etmək istərdim və mətbuata bəyanatımda da demişəm ki, bizim aramızda çox gözəl dostluq münasibətləri vardır. Biz, şübhəsiz ki, ölkələrimiz arasında da əlaqələrin yüksək səviyyədə olmasına çalışırıq. Prezident İlham Əliyevin bu foruma gəlməsi də onu göstərir ki, biz bu istiqamətdə səylərimizdə qətiyyətliyik və iş adamları da bu münasibətlərdən səmərəli istifadə etməlidirlər”.
Xəbər lenti
Hamısına baxAnalitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35

