Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının icraçı sədr müavinini qəbul edib

Prezident İlham Əliyev Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının icraçı sədr müavinini qəbul edib

17.05.2017 [10:12]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının icraçı sədr müavini Malkolm Honlaynı qəbul edib.
AZƏRTAC xəbər verir ki, Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının icraçı sədr müavini Malkolm Honlayn Ulu öndər Heydər Əliyev ilə görüşünü və Ümummilli liderin onunla apardığı çox maraqlı söhbəti məmnunluqla xatırlayıb. O, Amerika yəhudi icmasının Azərbaycanda yəhudi məktəbinin inşasına investisiya qoymağı planlaşdırdığını diqqətə çatdırıb.
Malkolm Honlayn Azərbaycan-ABŞ əlaqələrindən, o cümlədən Amerika yəhudiləri ilə ölkəmiz arasında uğurlu əməkdaşlıqdan məmnunluğunu ifadə edib və bu əməkdaşlığın daha da gücləndirilməsinin önəmini vurğulayıb.
Prezident İlham Əliyev Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının icraçı sədr müavini Malkolm Honlaynın ölkəmizə böyük nümayəndə heyəti ilə bundan əvvəlki səfəri zamanı onunla görüşünü xatırlayıb. Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycanın yəhudi icması ölkəmizdə digər xalqların nümayəndələri ilə birlikdə dinc və əmin-amanlıq şəraitində yaşayır.
Söhbət zamanı Azərbaycanda bu ilin “İslam Həmrəyliyi İli” elan olunması, hazırda Bakıda İslam Həmrəyliyi Oyunlarının uğurla keçirilməsi və yüksək səviyyədə təşkil edilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun mədəniyyətlərarası dialoqun gücləndirilməsi işinə ölkəmizin töhfəsi kimi dəyərləndirilib, Azərbaycanda multikulturalizm mühitinin təmin olunmasının əhəmiyyətindən danışılıb və bu istiqamətdə görülən tədbirlərin maraqla izlənildiyi qeyd olunub.
Görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb.

Paylaş:
Baxılıb: 1017 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

İkisi bir boyda...

23 İyul 12:20  

Sosial

33 il öncə bu gün...

23 İyul 11:28  

YAP xəbərləri

Gündəm

Bir tarixin izi ilə...

22 İyul 13:39  

Analitik

103-cü hökumət...

22 İyul 12:38

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31