Azərbaycan Prezidenti İlham Əliyev İçərişəhərdə Marionet Teatrının açılışında iştirak edib
26.12.2016 [09:55]
Dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva İçərişəhərdə Marionet Teatrının açılışında iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı teatrın binasının rəmzi açılışını bildirən lenti kəsdi.
Azərbaycan Prezidenti və xanımı teatrın binasında yaradılan şəraitlə tanış oldular.
Dövlətimizin başçısına və xanımına görülən işlərlə bağlı ətraflı məlumat verildi. Bildirilib ki, Müslüm Maqomayev 20 ünvanında yerləşən Marionet Teatrının binası 1880-ci ildə antik obraz və motivlərdən istifadə edilərək neoklassisizm üslubunda inşa olunub. Yerli əhəmiyyətli tarixi-memarlıq abidəsi olan bina Bakı zadəganlarından olan Səlimxanovlara aid idi. Tarixi binanın fasadında XIX əsrin sonuna xas klassik rus memarlığı elementlərindən və Avropa dekorlarından istifadə edilib.
Qeyd olunub ki, milli dəyərlərə bağlılığı qorumaq və mədəni irsimizi gələcək nəsillərə ötürmək məqsədilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nəzdində Marionet Teatrı 2013-cü ildən fəaliyyət göstərir. Tarixi və mədəni irsimizin, milli-mənəvi dəyərlərimizin qoruyucusu olan, onu beynəlxalq aləmdə tanıdan Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın xüsusi dəstəyi ilə teatrın fəaliyyətinin genişləndirilməsi istiqamətində kompleks işlər həyata keçirilib. Nəticədə teatr üçün İçərişəhərdə bina ayrılıb və bu binanın teatrın fəaliyyətinə uyğunlaşdırılması işləri uğurla tamamlanıb. Teatrda istifadə olunan kuklalar buradakı emalatxanada hazırlanacaq.
Marionet Teatrı fenomeni yetərincə maraqlı olmaqla yanaşı, dünyada populyar olan teatr incəsənəti janrlarındandır. Bu janr teatr növləri arasında çox çətin başa gələn və eyni zamanda, ən maraqlı və cəlbedici sayılanlardan biridir. Çətin olduğuna görə, əksər ölkələrdə belə teatr ənənəsi mövcud deyil. Azərbaycanda Marionet Teatrı ilk dəfə 1980-ci illərin ortalarında rejissor və rəssam Tərlan Qorçunun təşəbbüsü ilə yaranıb. Bütün yaş qrupuna aid insanlarda maraq doğuran bu teatr janrı xalqımızın zəngin, çoxşaxəli mədəni irsinin ən müxtəlif sahələrini - memarlıq, milli geyim və musiqi, dilimizin nitq melodikasını, xalqımızın həyat tərzini və bayramlarımızı, rəqslərimizi özündə birləşdirir.
Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva teatrın səhnəsində marionet kuklalarının ifasında “Leyli və Məcnun” operasından bir hissəyə tamaşa etdilər.
Qədim Şərq folkloruna məxsus məhəbbət əfsanəsi “Leyli və Məcnun” orta əsrlər dövrü ədəbiyyatının ən məşhur mövzusu olub, 50-dən çox şair, o cümlədən dahi Azərbaycan şairləri Nizami Gəncəvi və Məhəmməd Füzuli eyniadlı poemalar yazıblar. Dahi bəstəkar Üzeyir Hacıbəyli 1907-ci ildə Şərq muğamı və Qərb klassik musiqisinin sintezi əsasında “Leyli və Məcnun” operasını bəstələyib. “Arşın mal alan” operettası və “Leyli və Məcnun” operası hazırda Marionet Teatrının repertuarında xüsusi yerlərdən birini tutur. Teatr 1990-cı ildə Fransada “Arşın mal alan”ın uğurlu premyerasını keçirib, sonrakı illərdə bu operettanı dünyanın bir çox ölkələrində nümayiş etdirib. Bu gün isə artıq teatrın qastrol xəritəsində Almaniya, ABŞ, Rusiya, Polşa, İsveçrə kimi ölkələr də yer alır.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva burada İçərişəhər Ənənəvi İncəsənət Mərkəzinin yeni “Şirvanşahlar” kolleksiyası ilə də tanış oldular.
İncəsənət Mərkəzi 2012-ci ilin oktyabrında Heydər Əliyev Fondunun təşəbbüsü ilə Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Londonda yerləşən Ənənəvi İncəsənət üzrə Şahzadə Məktəbi arasındakı razılaşma əsasında yaradılıb. Mərkəzin dördillik uğurlu fəaliyyəti nəticəsində Azərbaycan incəsənəti və sənətkarlığının gələcək inkişafı üçün yaradıcı gənc sənətkarlar qrupu yetişdirilib. Mərkəzdə Azərbaycanın tarixi və mədəni irsindən ilhamlanan, eyni zamanda, müasir bazarın kommersiya tələblərinə və estetik həssaslığına cavab verən müxtəlif məhsullar ərsəyə gətirilir. IX-XVI əsrlərdə Azərbaycan ərazisində hökmranlıq edən Şirvanşahlar dövlətinin zəngin mədəniyyəti kolleksiyada öz əksini tapıb. XIII əsrdə Şirvanşah III Fəribürzün əmri ilə tikilən Bayıl Qəsri, Şirvan-Abşeron memarlıq məktəbinin XIII-XVI əsrlərə aid Şirvanşahlar Saray Kompleksi memarlıq abidəsi, eləcə də Şirvanşahlar dövlətinin atributları kolleksiyanı yaradan dizaynerlər tərəfindən əsas ilham mənbəyi olaraq seçilib.
Bütün bunlar göstərir ki, Azərbaycan memarlığının və mədəniyyətinin nadir incisi sayılan İçərişəhərin qorunması diqqət mərkəzindədir. Xalqımızın milli sərvəti olan İçərişəhər dövlətimizin başçısının diqqət və qayğısı sayəsində intibah dövrünü yaşayır, burada həyata keçirilən bərpa işləri bu qədim şəhəri xalqımızın çoxəsrlik tarixinə həmişəlik daxil edib. Şirvan-Abşeron memarlıq məktəbinin ən məşhur nümunəsi olan İçərişəhərin UNESCO-nun Dünya İrs Siyahısına daxil edilməsi Azərbaycan xalqının bəşər mədəniyyətinə töhfələr verdiyini bir daha təsdiqləyir.
Sonda xatirə şəkli çəkdirildi.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50

