/ / Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
16.08.2016 [15:19]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 14-də Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlətimizin başçısı Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana son səfərinin uğurla keçdiyini vurğulayaraq səfər zamanı Azərbaycan və Rusiya prezidentlərinin görüşündə əlaqələrimizin geniş spektrini əhatə edən sahələrlə bağlı müzakirələr aparıldığını, o cümlədən hərbi və hərbi-texniki əməkdaşlığın uğurla reallaşdığını bildirib. Prezident İlham Əliyev vurğulayıb ki, iki ölkənin dövlət başçılarının görüşü zamanı Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin yüksək səviyyədə olmasının əlaqələrimizin müxtəlif sahələrini əhatə edən məsələlərin, həmçinin regional təhlükəsizlik məsələlərinin həllinə imkan verəcəyi qeyd olunmuşdu.
Dövlətimizin başçısı deyib ki, bu yaxınlarda Rusiyada keçirilən Beynəlxalq Ordu Oyunlarında Azərbaycan komandasının ilk dəfə çıxış etməsini nəzərə alsaq, nəticəni uğurlu hesab etmək olar. Azərbaycan Prezidenti Rusiya komandasının həmin oyunlarda qələbəsi münasibətilə təbriklərini çatdırıb.
Prezident İlham Əliyev Rusiya müdafiə nazirinin Azərbaycana səfərinin hərbi və hərbi-texniki sahədə əməkdaşlığımızın perspektivləri ilə bağlı səmərəli müzakirələrin aparılması işinə töhfə verəcəyinə əminliyini ifadə edib.
Rusiyanın müdafiə naziri Sergey Şoyqu Prezident Vladimir Putinin Azərbaycana səfərinin və səfər zamanı Prezident İlham Əliyev ilə keçirdiyi görüşlərin ikitərəfli münasibətlərin, o cümlədən hərbi və hərbi-texniki sahədə əməkdaşlığın genişlənməsi baxımından önəmini vurğulayıb.
Sergey Şoyqu Azərbaycan Silahlı Qüvvələri nümayəndələrinin Rusiyada keçirilən Beynəlxalq Hərbi Oyunlarda fəal iştirakını məmnunluqla qeyd edib.
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10

